Wednesday, November 6, 2013

Elxan Elatlı 
"Adsız tablo"

Bakıda amansız qətl hadisəsi baş verir. Bu qətl bəzi intim sirləri üzə çıxarsa da, qətlin öz sirrini açmaq mümkün olmur. Cinayət axtarışı üzrə məşhur ekspert Qanbay Qasımlı təhqiqata cəlb edilir. Onun qarşıda üç gündən az vaxtı var. İşə başlayır və o da müstəntiq kimi səhv yola düşür. Əslində, ona görə ki, diqqətini qətlin sirrinin açılmasından daha çox bir namuslu qadının böhtan ləkəsindən xilas edilməsinə verir. Amma son nəticə başqa cür olur. Qasımlı bu yolda elə bir şeyə rast gəlir ki, o hər şeyi alt-üst edir və əsl qatilin kimliyi üzə çıxır. Görəsən, buna təsadüf demək olarmı?.. 
ISBN 978-9952-29-085-1, 2013, 272 səh.


Tuesday, November 5, 2013

Mətləb Əlizadə, Fərhad Eminov
İnformatika və geoinformatika


Dərslikdə informatika, fərdi kompüterlər və noutbuklar, onların iş prinsipi, daxilində yerləşən qurğular, həmçinin onlarla birgə işləyəcək periferiya qurğuları  haqqında, həmçinin coğrafi informasiya sistemləri və internet, bu sistemlərin qarşılıqlı əlaqəsi haqında məlumatlar verilib.
“Səda”, ISBN 5-86874-133-1 , 2013, şəkilli,  520 səh., 15x21, sərt, 500



DƏK Seriyasından yeni çapdan çıxan 5 kitab bunlardır

(abunəçilərimizin nəzərinə)
1.  Jorj Simenon, S/Əsərləri
2.  Moris Meterlink, S/Əsərləri
3.  Mixail Şoloxov, S/Əsərləri
4.  İvan Bunin, S/Əsərləri
5.  Redyard Kipling, S/Əsərləri
Beləliklə Dünya Ədəbiyyatı Kitabxanası Seriyasında kitabların sayı 84 oldu.
Qeyd: Abunə yazılma qaydaları - http://kitabklubu.org/arxiv/dak-abune.htm


Monday, November 4, 2013

Георгий Заплетин, Гюльнара Ширин-заде
«Русские в истории Азербайджана»

В книге раскрывается история переселения и проживания граждан русской национальности в Азербайджане, насчитывающая почти 200 лет. На конкретных примерах показано их участие в развитии экономики, сельского хозяйства, науки и культуры в становлении суверенного Азербайджана, в государственном строительстве и общественно-политической жизни страны.
Архивные материалы и фотодокументы, которыми воспользовались авторы, позволили им успешно выполнить свою задачу и предоставить читателям богатую информацию о прошлом, да и настоящем нашей страны.
Книга приуроченна к 15-летию Русской общины Азербайджана.

Авторы: Георгий Заплетин, Гюльнара Ширин-заде
Языки: Русский
Издательство: "Ганун"
ISBN - ; 2008 г.
Страниц: 368 стр.
Формат: 60x90 1/8 (220x290 мм)
Тираж: 1000 экз.
Переплёт: тв. обложка



Saturday, November 2, 2013

Nail Əliyev 
"1917-1920-ci illərdə Azərbaycanda türk-müsəlman soyqırımları ilk mənbələrdə"

Mənbəşünaslıq sahəsində ilk monoqrafik olan bu kitab xalqımızın həyatında baş vermiş soyqırımlar və deportasiya dövrlərində soydaşlarımızın faciələrindən, düçar olduqları müsibətlərdən, AXC-nin təşkil etdiyi FİK-nin tədqiqatlarından, azərbaycan diplomatlarının bu sahədəki çoxsahəli fəaliyyətindən və s. tarixi sənədlərin dili ilə ətraflı söhbət açır. Kitab uydurulmuş “erməni genosidi” təbliğatı ilə məşğul olan erməni lobbisinin təbliğatının beynəlxalq miqyasda zərərsizləşdirilməsi sahəsində faydalı vəsait kimi istifadə edilə bilər. 
2009, 204 səh.


Rövşən Yerfi 
"Penitensiar lövhələr" 

Kitaba uzun illər Penitensiar Xidmətin əməkdaşı olmuş müəllifin cəzaçəkmə müəssisəsinin həyatına dair əhvalatlarla bağlı hekayələri, “Həbsxana bənövşəsi” adlı pyesi və bir müsahibəsi toplanıb. 
ISBN 978-9952-484-68-7, 2013, 96 səh.
Qiyməti 2.00 man.

Friday, November 1, 2013

Məsumə Şahmərdanlı 
Sağlam və saleh övlad

Kitabda evlənmək, toy gecəsi, hamiləlik dövrü, bu dövrdə xanımlarda yaranan dəyişikliklər və bu haqda faydalı məsləhətlər, doğumdan öncə və sonrakı çətinliklər və onlara uyğun tövsiyyələr, yeni körpəyə qulluq və uşaq psixologiyası, hər gün yavaş-yavaş boy atan övladın qidalanması və inkişafı ilə bağlı tövsiyyələr, südvermə dövrü və onu başa vurmaq yolları xoşagəlməz hallar zamanı ilk yardım, böyüməkdə olan uşaqda baş verən dəyişikliklər, onu anlamaq, təlim-tərbiyə zamanı düzgün davranmaq yolları və daha neçə-neçə gənc ata-anaları maraqlandıran məsələlərə toxunulub, dəyərli məsləhətlər verilib. 
ISBN 978-9952-8025-5-9, 2013, 232 səh., qiyməti 5 man.

http://kitabklubu.org/saglam-ve-saleh-ovlad.html