Saturday, January 11, 2014

"Sərvət” albomlar silsiləsi (36 adda)
Layihənin Rəhbəri: Çingiz Fərzəliyev

Azərbaycan Respublikası Milli İncəsənət Muzeyinin əməkdaşlarının iştirakı ilə hazırlanan bu layihəyə təsviri sənət və qrafika sahəsində öz sözünü demiş dünya şöhrətli Azərbaycan rəssamlarının həyat və yaradıcılığı əks olunan 36 albom daxil edilib.
Azərbaycan təsviri sənət ustalarına həsr olunmuş “Sərvət” albomlar silsiləsindən olan bu kitablar Azərbaycan və ingilis dillərində təqdim olunur və sənətsevərlər, sənət adamları, rəssamlar və sənətşünaslar üçün nəzərdə tutulur. Nəfis bir seriyaya (36 adda) sahib olmaq istəyirsinizsə, buyurun...

“Şərq-Qərb” Nəşriyyat Evinin nəşrləri, 2013, 104 səh. (nəfis, tam rəngli)
Layihənin Rəhbəri: Çingiz Fərzəliyev

1.         “Bəhruz Kəngərli” - rəngkarlıq qrafika
2.         “Böyükağa Mirzəzadə” - rəngkarlıq qrafika səhnə tərtibatı
3.         “Cavad Mircavadov” - rəngkarlıq qrafika
4.         “Elbəy Rzaquliyev” - rəngkarlıq qrafika kino rəssamlığı
5.         “Elçin Məmmədov” - qrafika rəngkarlıq teatr sənəti
6.         “Ələkbər Rzaquliyev” - qrafika rəngkarlıq
7.         “Elmira Şahtaxtinskaya” - qrafika rəngkarlıq plakat
8.         “Əzim Əzimzadə” - rəngkarlıq qrafika
9.         “Hüseyn Əliyev” - rəngkarlıq qrafika
10.       “Kamil Əliyev” - xalça sənəti
11.       “Lətif Kərimov” - xalça sənəti
12.       “Maral Rəhmanzadə” - qrafika rəngkarlıq
13.       “Mikayıl Abdullayev” - rəngkarlıq qrafika
14.       “Nadir Əbdürrəhmanov” - rəngkarlıq qrafika
15.       “Ömər Eldarov” - heykəltəraşlıq
16.       “Oqtay Sadıqzadə” - rəngkarlıq qrafika
17.       “Rasim Babayev” - rəngkarlıq qrafika
18.       “Səttar Bəhlulzadə” - qrafika rəngkarlıq
19.       “Tağı Tağıyev” - rəngkarlıq qrafika
20.       “Tahir Salahov” - rəngkarlıq qrafika səhnə tərtibatı
21.       “Tofiq Cavadov” - rəngkarlıq qrafika
22.       “Toğrul Nərimanbəyov” - rəngkarlıq qrafika
23.       “Vəcihə Səmədova” - rəngkarlıq qrafika
24.       “Xalidə Səfərova” - rəngkarlıq qrafika
25.       “Fuad Əbdürrəhmanov” - heykəltəraşlıq
26.       “Calal Qaryağdı” - heykəltəraşlıq qrafika
27.       “Mirəli Mirqasımov” - heykəltəraşlıq
28.       “Tokay Məmmədov” - heykəltəraşlıq
29.       “Fazil Nəcəfov” - heykəltəraşlıq qrafika
30.       “Kamal Əhməd” - rəngkarlıq qrafika
31.       “Rüstəm Mustafayev” - rəngkarlıq qrafika səhnə tərtibatı
32.       “Reyhan Topçubaşova, İzzət Seyidova, Bədurə Əfqanlı” - rəngkarlıq qrafika teatr geyimi
33.       “Qəzənfər Xalıqov, Salam Salamzadə, İsmayıl Axundov” - rəngkarlıq qrafika
34.       “Sadıq Şərifzadə, Kazım Kazımzadə” - rəngkarlıq
35.       “Zivər Məmmədova, Elmira Hüseynova, Həyat Abdullayeva” - heykəltəraşlıq
36.       “Kamil Xanlarov, Baba Əliyev, Nəcəfqulu İsmayılov” - rəngkarlıq

Kitab-albomların satış məsələləri Bakı Kitab Klubuna aiddir.. Tezliklə saytımızda!
Qiyməti:
Tək-tək - 15 AZN
Komplekt - tiraj tükənib

FB - https://www.facebook.com/media/set/?set=a.622598997806165.1073741830.601510713248327&type=1

Thursday, January 9, 2014

Cəlaləddin Qasımov
27 ildən sonra 

Kitabda yer alan “Silinməyən ləkə” və “24 ilin ölüsü” adlı romanlarda Azərbaycanın başına gətirilən faciələrdən bəhs olunur. Dərin psixoloji və dramatik məqamların əks olunduğu əsərlər geniş oxucu kütləsi üçün nəzərdə tutulub. 
ISBN 978-9952-8142-4-8, 2013, 368 səh.


Wednesday, January 8, 2014

Курбан Саид
Девушка из Золотого Рога

Роман Курбан Саида «Девушка из Золотого Рога» – трогательная история эмигрантской жизни турчанки Азиадэ и принца Абдул Керима. После долгих и безуспешных попыток вписаться в чуждый для них западный мир, не найдя в европейской цивилизации духовно – нравственных ценностей, могущих дать им душевный покой, они обращаются к другим истокам – религиозным. …Разрушена старая жизнь, уничтожены привычные нормы, незыблемыми остались лишь религиозные устои.
2013, 288 стр.




Monday, January 6, 2014


İzahlı kompüter terminləri lüğəti nəşr olunub

Bakı «Kitab Klubu» 2014-cü ilin ilk günlərində «İngiliscə-Azərbaycanca izahlı kompüter terminləri lüğəti» kitabını çap edib. Bu, lüğətin birinci nəşridir. Kitabı Rafiq Məmmədli tərtib edib.

Öz özlüyündə Azərbaycan dilində unikal olan lüğətə İnternet, kompüter və İKT sahəsində ən çox işlədilən söz, ifadə və xüsusi terminlərin ingiliscə açılışını və azərbaycanca qarşılığını, lazım olanda isə izahını verir.

Orta məktəb şagirdləri, tələbə və müəllimlərlə yanaşı kompüterdə çalışan istənilən istifadəçi üçün faydalıdır.
Sahəyə aid təxminən 60 min söz və söz birləşməsi arasından seçilən 8 min 300-dək ən çox rast gəlinən, gündəlik işlədilən, kompüterdə çalışanların bilməsi vacib olan sözlərdən ibarət bu lüğət izahlıdır və öyrətmə funksiyası daşıyır.

Lüğət sosial şəbəkələrdə vaxtını keçirənlər üçün də faydalıdır: Facebook, Twitter və chat proqramlarında işlənən ən vacib və ən yeni terminlər də buraya əlavə olunub.

Baza toplanarkən qrafiki proqramlara daha çox diqqət verilib, Photoshop, Corel həvəskarları və mütəxəssislər də lüğətdən maksimum yararlanacaqlar.

Kitab artıq satış yerlərinə paylanılıb.



Rendi Qeyc (Randy Gage) | Pul məktəbi
(tərtibçi və tərcüməçi: Aydan Xəyal)

Kitab, biznes seminarlardan yığılmış seçmələr əsasında tərtib edilmişdir.
Amerikada və Amerika jurnallarında onu “Ceday ustası” adlandırırlar. Tərəqqi ustası. Bu insan, adi qabyuyandan bu günkü multimilyonerə qədər mürəkkəb bir həyat yolu keçib...

Kitabdan sərlövhə:

Mən inanıram ki, siz dünyaya varlı olmaq üçün gəlmisiz. Siz xoşbəxt olmaq üçün doğulmusuz. Siz sağlam yaşamaqcün mövcudsuz.
Əgər siz həqiqətən də varlı olmaq istəyirsinizsə, kasıb insan-lardan maliyyə məsləhətləri almağı tərgidin. Əgər siz dağın başına dırmanmaq istəyirsinizsə, alpinistlə məsləhətləşin. Əgər təyyarə sürmək istəyirsinizsə, təyyarəçi ilə.
Mən onların necə düşündüklərini öyrənmək istəyirəm. Çünki mən yalnız onlar kimi düşünməyə başlayacağım, onlar kimi düşünməyi öyrənəcəyim andan milyarder olacağıma əmin ola bilərəm.

Varlılar kasıblar kimi düşünmür. Mən sizə zəmanət verirəm ki, multi-milyarderlər də multimilyonerlər kimi düşünmür.


PUL MƏKTƏBİ

MÜNDƏRİCAT

1-ci dövrə: Tərəqqi dövrəsi
2-ci dövrə: Neytral dövrə
3-cü dövrə: Neqativ dövrə

Prinsip № 1: Kainat çox yaxşıdır, mən hər dəfə həyatımda boşluq yaradanda oraya yaxşı şeylər dolur
Prinsip № 2: Uğur və tərəqqi ilk növbədə beyində yaranır və burada biz təhtəlşüuru (altşüuru) köməyə çağırır və işləməyə vadar edirik
Prinsip № 3: Siz irəliyə getdikcə hər şeyi böyüdülmüş ölçülərdə geri alacaqsınız
Prinsip № 4: Materiya azaddır və o daima bizim ətrafımızda hərəkət edir
Prinsip № 5: Tərəqqi: o həm cəlb edilə, həm rədd edilə bilər
Prinsip № 6: Kainat hər zaman öz hissəsini, öz payını alır
Prinsip № 7: Şüur bir-biri ilə münaqişədə olan iki iddianı, fikri eyni vaxtda həzm edə bilmir

MƏRHƏLƏ: 2

Açar-1: Asılılıq mentalitetindən (vərdişindən) necə qurtulmalı
Açar-2: Siz paxıllığı, bunu qısqanclıq mentaliteti də adlandırmaq olar, tanımalısınız
Açar-3: Siz “tükənən” və “tükənməyən” sözləri arasındakı fərqi dərk etməlisiniz
Açar-4: Öz ustadlarınızı və məşqlərinizi düşüncəli şəkildə seçin
Açar-5: Bu, təkrarlanan tərəqqi yerləridir
Açar-6: Siz mütləq öz altşüurunuzu proqramlaşdırmağı öyrənməlisiniz
Açar-7: Gündəlik olaraq özünüzü təkmilləşdirin

Arzu öləndə nə etməli?

Məqsədlərə nail olma yolu - ”Leverage (ling)“ prinsipi
Şəbəkə marketinqi nə deməkdir?



Thursday, January 2, 2014

Yeni ildə (bu gündən) Dünya Ədəbiyyatı Kitabxanası seriyasından olan növbəti 25 kitab tərəfimizdən pərakəndə satışa çıxarıldı: 
Hər birinin qiyməti – 10-12 AZN (həcmindən asılı olaraq)

1 Frans Kafka, S/Əsərləri
2 Andrey Platonov, S/Əsərləri
3 Somerset Moem, S/Əsərləri
4 Stiven Kinq, S/Əsərləri
5 Xulio Kortasar, S/Əsərləri
6 Lev Tolstoy, S/Əsərləri 2 cild
7 Qabriel Qarsia Markes, S/Əsərləri
8 Herman Hesse, S/Əsərləri
9 Robert Stivenson, S/Əsərləri
10 Lev Tolstoy, S/Əsərləri 3 cild
11 Con Qolsuorsi, S/Əsərləri
12 Ernest Heminquey, S/Əsərləri
13 Lyuis Sinkler, S/Əsərləri
14 Corc Oruell, S/Əsərləri
15 Harold Pinter, S/Əsərləri
16 Gi de Mopassan, S/Əsərləri
17 İoqan Volfqan Gete, S/Əsərləri
18 Vladimir Nabokov, S/Əsərləri
19 Rabindranat Taqor, S/Əsərləri
20 Uilyam Qoldinq, S/Əsərləri
21 Lion Feytxvanger, S/Əsərləri
22 Con Maksvel Kutzee, S/Əsərləri
23 Uilyam Folkner, S/Əsərləri
24 Yasunari Kavabata, S/Əsərləri
25 Onore de Balzak, S/Əsərləri

Qeyd: Beləliklə əvvəlki 35 kitabla bərabər DƏK layihəsindən ümumilikdə 60 kitab tərəfimizdən pərakəndə satışa çıxarılıb.



Yazıçı və rəssam Çingiz Mehbaliyevin "Şərqdə Fırtına" adlı ikinci kitabı çap olunmuşdur. Kitabın maraqlı mövzusu vardır. Belə ki, yazıçı öz kitabında 2009-2011-ci illərdə dünyanı titrədən iki qlobal hadisəyə oxucuların diqqətini yönəldir: "Ərəb baharı" və ümumdünya iqtisadi böhranı. Ç. Mehbaliyev bədii təxəyyülün gücü ilə bu iki hadisə arasındakı gizli bağlılığı üzə çıxartmağa çalışır. Kitabın baş qəhramanı olan cəsus və analitik Mark Edqarın qarşısında çətin tapşırıq var. O, bu tapşırığın öhdəsindən gəlmək üçün özünün dahilik maniyası ilə "Şərqdə Fırtına" planını yazır və onun icrasına başlayır. Sadə insanı böyük işlər görməyə ilhamlandıran çox səbəb ola bilər: pul, sevgi və qadın... Amma cəsus Mark Edqar "Şərqdə Fırtına" planını yazarkən və inadla icra edərkən bunların heç biri onu qətiyyən maraqlandırmırdı. Onun üçün daha önəmlisi dahi insan olduğunu sübut etməkdir. Bəs, o bunu bacara biləcəkmi? Yazıçı hadisələrin və kitabın mahiyyətindən çıxış edərək oxuculara sual verir: niyə görə "Ərəb baharı" və ümumudünya iqtisadi böhranı eyni vaxtda baş verdi? Onlar arasındakı görünməz bağlılıq nədir? "Şərqdə Fırtına" planında nələr yazılıb? Oxucular bu və digər həyacanverici sualların cavabını isə "Fərqdə Fırtına" kitabını oxuyandan sonra tapacaqlar. "Şərqdə Fırtına" kitabı dünya iqtisadiyyatının mətbəxinə boylanmağa, qlobal hadisələrin pərdəarxası məqamlarına baxmağa çağırır və hadisələrə bir çoxlarının ehtimal etmədiyi istiqamətdən yanaşmanı nümayiş etdirir. Oxucular "Şərqdə Fırtına" kitabını Bakumoz və Zero kitab evindən, Akademiya və Akademkitab mağazasında "Əli və Nino" kitab mağazaları şəbəkəsindən əldə edə bilərlər. Xatırladaq ki, Ç. Mehbaliyevin bundan öncəki kitabı intellektual detektiv janrında yazılan "Miras: Bakının sirri" kitabı da oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.
http://www.youtube.com/watch?v=cC5u2_qYyoA&feature=c4-overview&list=UU0EJku7pJCuwMQWNeSADJcg