Saturday, February 8, 2014

Əlisa Nicat 
Qızılbaşlar 

Kitaba müəllifin eyniadlı romanı daxil edilib. 
2013, 360 səh.


Friday, February 7, 2014

Бахтияр Мамедов
Разговор с собой (Избранное)

В данной книге собраны мысли и размышления, взятые из первых трех книг автора: «Философия одной Души», «Святой Грешник» и «Разговор с Собой»,
2010, 258 стр.


Thursday, February 6, 2014

Fridrix Nitsşe
"Külliyyatından qızıl seçmələr" (Əlisa Nicatın şərhləri ilə)

Mətbuat və təfəkkür tarixində unikal hadisə olan bu kitabda ətrafda nə varsa və nə baş verirsə onların əsasları barədə heç yerdə rast gəlinməyən fikirlər, mülahizə və qənaətlər toplanıb Bu qənaətlər üçün beyinlərinizdə yer ayrılmadığı üçün kitabı və özünüzü qınamayın Təsəvvür edin ki, beyniniz manqal bitkiləri üçündür, amma siz ora çinar əkirsiniz. Bu işdə heç bir şöhrət, heç bir sərvət və heç cür vəzifə sahibi olmağınız da sizə kömək edə bilməz. Bu kitab atalarınızın deyil. Allahın uzun müddət ərzində yoğurub kiməsə bağışladığı beyinlər üçündür.
2014, 288 səh., 11x17, yumşaq, 500



Wednesday, February 5, 2014

Şəmistan Nəzirli
1920-ci ildə Qarabağ döyüşləri

Ulu və zəngin hərb tariximizin elə öyündürücü, dəyərli səhifələri var ki, indiyədək oxucu nəfəsi duymayıb. Belə unudulmuş səhifələr, ibrətli döyüş epizodları XIX-XX əsrlərdə yaşamış generallarımızın ömür və döyüş yolunda daha çox olub. Bütün bu tarixi həqiqətlər sovet totalitar rejimi illərində “Tamamilə məxfi”dir qrifi ilə arxivlərdə gizlədilib. Bizə maddi və mənəvi yara vuranların məqsədi bəlli idi. Xalqımızı manqurtlaşdırmaq, onun igidlik tarixini saxtalaşdırmaqla qan yaddaşından silmək istəyiblər. Bu kitabda Azərbaycan sərkərdələrinin Port-Artur, Birinci dünya müharibəsi və 1920-ci ilin mart ayında daşnaq ermənilərinə qarşı aparılan ölüm-dirim döyüşləri tarixi faktlar əsasında qələmə alınıb. Əsər qəhrəmanlıq tariximizi yaşatmaq, milli-mənliyimizi qorumaq, yurd eşqi dəyər damarımıza güc vermək baxımından çox dəyərlidir.
2009, 480 səh.



Tuesday, February 4, 2014

Asif Hüseynli 
Qədim türk hökmdarları 

Kitab tarixlə maraqlanan geniş oxucu dairəsi üçün nəzərdə tutulub. “Dünya hökmdarları” silsiləsinə daxil olan kitabda qədim dövrdə mövcud olmuş bir sıra türk dövlətlərinin hökmdarları haqqında məlumatlar toplanılıb. 
“Nərgiz”, 2013, 96 səh., 14x20, yumşaq, 600


Monday, February 3, 2014

Автор: Гаджи Зираддин Тагиев
Три веры, три молитвы

Сборник состоит из трех блоков: 1. Из Священных Писаний, Библии и Корана, извлечены главные Заповеди: «Десять Заповедей» из Торы, «Нагорная Проповедь» из Евангелии и этические нормы из «Священного Корана». Это тот минимум, которому должны следовать иудеи, христиане и мусульмане. 2. Но, поскольку, человек может допустить в жизни промахи, ошибки и грешить и значит, нарушать указанные выше моральные принципы, в сборнике даны наиболее частно творимые молитвы: «Шма, Израил», «Отче Наш» и «Аль-Фатиха». 3. В заключение приводятся три притчи, в которых в разных вариантах приводится «Золотое правило»: мы должны относиться к людям так, как нам хотелось бы, чтобы они относились к нам. Сборник адресован широкому кругу читателей.

Автор: Гаджи Зираддин Тагиев
Языки: Русский
Издательство: «Абилов, Зейналов и сыновья»
ISBN 5-87459-217-2; 2005 г.
Страниц: 52 стр.
Формат: 60x90 1/16 (100x140 мм)
Тираж: 5000 экз.
Переплёт: мягк. обложка


Saturday, February 1, 2014

Vilhelm Reyx
Dinlə, Kiçik Adam (tərcümə: Tural Osman) 

“Dinlə, Kiçik Adam” adlı bu kitab elmi bir əsər deyil, oxucu ilə səmimi söhbətdir. 1946-cı ildə akademik dairələr üçün yazılmış kitabı, müəllifin geniş kütlə üçün çap etdirmək niyyəti olmayıb. Bu sadəcə olaraq, bir naturalist alimin və həkimin, uzun illər boyunca, əvvəlcə uşaqsayağı bir saflıqla, daha sonra böyük bir heyrətlə və nəhayətdəhşət içində araşdırmaqda olduğu “kiçik adam”la bağlı öz daxilindəki qarmaşıq fikirləri sistemləşdirmək cəhdi olub. Küçədəki Kiçik Adam nələrə dözmək məcburiyyətində qalır və buna necə üsyan edir? Düşmənlərini başının üstünə qaldırmasının, dostlarını isə öldürməsinin səbəbləri nələrdir?..Bu Kiçik Adam “xalqın təmsilçisi” olaraq müəyyən bir gücü ələ keçirdiyi anlarda bu səlahiyyəti hansı formada boşa xərcləməklə, ziyan etməklə səhv istifadə edir? Niyə eyni gücü daha əvvəl əlində tutan və onu , Kiçik Adamı əzmək üçün istifadə edən yuxarı təbəqələrin sadist fərdləri kimi davranır, əlinə keçirdiyi o iadəetmə gücünü necə olur ki, mərhəmətsiz bir təzyiq vasitəsi halına gətirir?
2013, 140 səh., 13x20, yumşaq