Friday, July 11, 2014

Oq Mandino
Dünyanın ən dahi taciri
(tərcümə: Elxan Rzayev)
Kitab mənəviyyatın, özünü tərbiyənin və ticarətin qızıl qaydalarını sadə və anlaşıqlı bir dillə oxucuya çatdırır. Həyat burulğanında batmayıb, öz yerini tapmaq istəyən hər bir şəxs üçün faydalı olacaqdır.
Müəllif: Oq Mandino
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2014
ISBN: 978-9952-8252-2-0
Səhifə: 144 səh.
Format: 60x84 1/16 (120x170 мм) 
Cildi: yumşaq
Tiraj: 100


Wednesday, July 9, 2014

Mənzərə Sadıqova 
YaşaM
Kitabda müəllifin bədii-fəlsəfi düşüncələri, lirik yaradıcılığı, elmi-publisistik məqalələri toplanıb. Kitab geniş oxucu kütləsi, tədqiqatçılar, jurnalistika fakültəsinin tələbələri üçün nəzərdə tutulub.
Müəllif: Mənzərə Sadıqova 
Dil: Azərbaycan
Nəşriyyat: "Elm və təhsil"
Nəşr ili: 2011
ISBN: -
Səhifə: 428 səh.
Format: 60x90 1/16 (160x220 мм) 
Cildi: bərk
Tiraj: 1000


Robin Şarma
«Uğur qazanmaq üçün 200 məsləhət» (2-ci nəşr)

(özünü formalaşdırmanın təməlləri)

Bu əsər özünü-inkişafla bağlı dünya bestsellerlərindən biridir. Uğurlu insan olmaq üçün riayət etməli olduğunuz əsas həyat prinsipləri kitabda qısa məsləhətlər şəklidə verilmişdir. Bu məsləhətlərin içərisindən məhz sizə lazım olanları da var. Düzdür, onlar sizə yalnız o halda kömək edəcək ki, ancaq oxumaqla kifayətlənməyib, istifadə etməyi sınayacaqsınız.
Sadəcə oxuyun, özünüz üçün mütləq nə isə tapacaqsınız.

KitabKlubu.org, 2014, 108 səh.
ISBN 978-9952-812-51-0



"BARBAROS XEYRƏDDİN PAŞANIN XATİRƏLƏRİ"
Kitab Klubu, 2014, 156 səh.

Azərbaycan dilinə uyğunlaşdıranı: Elxan Rzayev

Osmanlı imperiyası Dəniz Donanmasının əfsanəvi Baş komandanı, Avropada Barbaros (Kürənsaqqal) adı ilə məşhur olan Xeyrəddin (Xızır) Paşanın (1478-1546) öz dilindən yazılmış və 1965-ci ilə qədər türk dilində nəşr edilməmiş xatirələri sizi türk hərb tarixinin zəngin səhifə-lərinə götürəcək, bu böyük şəxsiyyətin həyat və fəaliyyəti ilə tanış edəcəkdir.
/ k i t a b   m a g a z a l a r ı n d a n   s o r u ş u n!.. /


Tuesday, July 8, 2014

Vaqif Sultanlı
İnsan dənizi 

Kitaba müəlifin nəsr yaradıcılığında xüsusi yer tutan “İnsan dənizi” romanı daxil edilib. Hadisələrin ötən əsrin 80-ci illərində cərəyan etdiyi romanda ölüm cəzasından xilas olmuş insanın taleyi fonunda özgələşmə probleminin bədii-fəlsəfi mahiyyəti aşkarlanmışdır. 

ISBN 978-9952-8142-7-9, 2014, 256 səh.


Thursday, July 3, 2014

Azərbaycan nağılları (5 cilddə)

Beşcildlik “Azərbaycan nağılları”nın təqdim olunan I cildinin əsasında milli folklorun toplanması, nəşri və araşdırılmasında böyük xidməti olan Hənəfi Zeynallının “Azərbaycan nağılları” toplusu dayanır. Topluda yer alan, milli koloritlə zəngin nağıllar vaxtilə Azərbaycanın dəyişik bölgələrindən yazıya alınmışdır.
“Azərbaycan nağılları”nın II, III və IV cildlərdə xalq arasında geniş yayılan, forma və məzmunca dəyişik nağıl nümunələri toplanmışdır.
V cilddə təqdim olunan nağıllar Gəncəbasardan ifa zamanı yazıya alınıb toplanmışdır. Cildə daxil edilmiş “Moltanı padşahı”, “Uşax pəhlivan”, “Yusiflə Sənubər”, “Padşah və dəmirçi” ilə yanaşı “Ovçu Pirim”, “Göyçək Fatma”, “Loğman”, “Kəsik baş”, “İskəndər Zülqərneyn” və b. bəzən bir, bəzən də bir neçə dəfə nəşr edilmiş süjetlərin yeni, maraqlı variantlarıdır.


Wednesday, July 2, 2014

Layihə rəhbəri: Mirzə Ənsərli (Ləmbəli) 
Masonlar (II kitab) 

Topluda Yaponiyada, Çində, Avstraliyada, Yeni Zelandiyada, Avropa ölkələrində, Rusiya Federasiyasında, Türkiyə Cümhuriyyətində və İranda masonluğun fəaliyyəti, bu gizli cəmiyyətin təsis etdiyi lojalar haqqında geniş məlumat verilir. Burada XX əsr Avropa siyasi tarixinin parlaq simalarının fəaliyyətində masonluğa dair izlər ayrı-ayrı sənədlərlə və çıxışlarla aşkar edilir. Bu gizli cəmiyyətin Avropadan Uzaq Şərqə qədər bütün Avrasiya məkanında yayılma səbəblərindən, mason təşkilatlarının 20-ci yüzillikdə , Rusiya Federasiyasının, Türkiyə Cümhuriyyətinin və İranın siyasi, iqtisadi həyatında oynadığı roldan bəhs olunur.

2014, 300 səh.