Monday, October 13, 2014

Рамиз Мехтиев
«Шах Исмаил Сефеви: портрет правителя и воина»
(Часть I)

Это труд представляет собой наиболее законченный и системный взгляд в истории отечественной исторической науки на военно-политическое, идеологическое и дипломатическое наследие выдающегося государственного деятеля и полководца, основоположника первого централизованного государства в истории Азербайджана – Государства Сефевидов – Шаха Исмаила Сефеви (1487-1524).

Шах Исмаил Сефеви относится к числу именно таких ярких фигур отечественной истории, с мечом в руках изменивших судьбу родного народа, возвысив его от разрозненной общности до уровня титульной нации одной из крупнейших империй своей эпохи.

Книга разделена на две части. В первой рассматриваются вопросы этнического происхождения и истории Сефевидского дома с момента возникновения одноименного суфийского ордена до образования централизованного государства, славный путь Шаха Исмаила и его предков, их борьба за объединение азербайджанских земель, а также политическая система и религиозная политика этой династии. Немаловажное место отведено и культуре Сефевидского государства при его основоположнике, перечисляются заслуги видного правителя в развитии азербайджанской культуры и языка.

Вторая часть посвящена завоевательным войнам и дипломатической деятельности Шаха Исмаила Сефеви, его войнам с Шейбанидским и Османским государствами.
При написании книги автором были учтены основные достижения как отечественного, так и зарубежного Сефевиведения. В то же время здесь впервые использованы первоисточники, которые не нашли отражения в исследованиях видных востоковедов мира. Об этом свидетельствует список использованной литературы в конце книги.
Труд академика Рамиза Мехтиева состоит из семи глав, один перечень которых дает полное представление о важности и широте затронутых ученым вопросов: «Без пристрастия и ненависти», «Этническая принадлежность Сефевидского дома», «Зарождение ордена «Сефевиййа» и его политизация», «Идеология Сефевидов. Шиизм и кызылбашство как инструменты политической борьбы», «Объединение Исмаилом азербайджанских земель и создание Сефевидского государства», «Держава Шаха Исмаила: взгляд на политическую и военную систему», «Шах Исмаил Сефеви и расцвет азербайджанской культуры и языка».

В книге «Шах Исмаил Сефеви: портрет правителя и воина» приведена также карта Сефевидского государства при Исмаиле Сефеви (1501-1524) из исторического атласа Азербайджана, дающая полное представление о масштабах этого государства, а также нашли место иллюстрации.
Книга, рассчитана как на специалистов – историков, востоковедов, так и на рядовых читателей, интересующихся данным периодом отечественной истории и политическим наследием Шаха Исмаила Сефеви.
"Шарг-Гарб", 2014, 256 стр.
ISBN 978-9952-498-05-9


Şah İsmayıl Səfəvi
“Tarixi-diplomatik sənədlər toplusu”

Kitab ilk dəfədir ki, İranın, Türkiyənin müxtəlif kitabxanalarından, həmçinin əlyazmaları fondlarından toplanmış materiallar – diplomatik məktublar, fətva və fərmanların orijinalları əsasında fars, ərəb və Osmanlı-türk dillərindən tərcümə edilərək Azərbaycan ictimaiyyətinə ana dilimizdə təqdim olunur. Azərbaycan dilində Şah İsmayıl və Səfəvilər mövzusunda son dövrlərdə qələmə alınmış az sayda araşdırmalarda sözügedən sənədlərin bəzilərinə istinadlar olsa da, onların şərhləri ilə birgə tam mətnlərinin tərcüməsi ilk dəfədir ki, həyata keçirilir. Ümumilikdə, nəşrdə 53 tarixi-diplomatik sənəd toplanmışdır ki, onlardan da 3-ü hökmdar fərmanı, 1-i fətva, 49-u isə müxtəlif məzmunlu məktublardır.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
2014, 400 səh.

Qiyməti: 7.00 AZN



Tərtib edən: Rasim Abutalıbov 
Lider kimdir? 

Bu kitabda dünyada müxtəlif sahədə uğur qazanmış məşhur insanların liderliklə bağlı fikirləri Sizlərə təqdim edilməkdədir. Liderlik anlayışı haqqında oxumaq əvəzinə, uğur qazanmış liderlərin bu yolda attıqları addımlara baxıb onları öz davranışlarımızda nümunə kimi istifadə edə bilərik. Kitabda müxtəlif vaxtlarda ayrı-ayrı informasiya vasitələrində müşhur insanların çıxışlarından seçilmiş fikirlər öz əksini tapmışdır və həmçinin Sizlər burada bir çox şirkət rəhbərlərinin dəyərləri və əsas prinsipləri haqqında məlumatlar əldə edə bilərsiz.
ISBN 978-9952-490-55-8, 2014, 110 səh.



Sunday, October 12, 2014

Antuan dö Sent-Ekzüperi. "Gecə uçuşu".

Filosof-yazıçıya ilk ədəbi şöhrəti 1931-ci ildə Femina mükafatına layiq görülən "Gecə uçuşu" əsəri qazandırmışdır. "Gecə uçuşu" Sent-Ekzüperinin yalnız ədəbiyyatda deyil, həm də həyatda başlıca devizinin bəşəriyyət qarşısında insanlıq naminə məsuliyyət hissinin aliliyini göstərir. Sent-Ekzüperi etiraf edirdi ki, təyyarəçilərə qulaq asmağı çox sevir; onların danışıqları da raportları kimi aydın və lakonikdir. Həmin aydınlıq, lakonizm və yığcamlıq Sent-Ekzüperi yaradıcılığının, eləcə də "Gecə uçuşu"nun səciyyəvi cəhətlərindəndir.
Bakı, "Şərq-Qərb" Nəşriyyat evi, 2007, 120 səh.



Saturday, October 11, 2014

LEV TOLSTOY - Dirilmə (roman)

Əsərdə iki həyat sferası təsvir olunur: onlardan biri təbiət, digəri isə cəmiyyətdir. Təbiət insanın mahiyyətinə tam uyğun gələn sferadır: həm təbiəti, həm də insanları Allah yaratmışdır və onlar arasına heç bir ziddiyyət yoxdur. İnsan öz əzəli təbiətinə uyğun hərəkət etdiyi təqdirdə səhvlərə yol vermir, onun ruhu sağ və salamat olur. Elə ki, insan öz təbii mhiyyətindən deyil, ictimai dəyərlər və normalardan çıxış edərək hərəkət edir, onda o fəlakətə düşar olur, səhvlərə yol verir, ruhi cəhətdən ölür.

Romanın əvvəlində verilmiş təbiət təsviri, şəhərdə azın gəlməsi də məhz bu ideyanı açıqlayır. Burada şəhər təbiətin əksi və cəmiyyətin simvolu kimi verilir. İinsanlar şəhər deyilən bu məkanlara bir yerə yığışara torpağı daş və qranitlə, binalarla örtmüş və sanki onun əsas missiyasını, bitirmək və yerinə yetirmək qabiliyyətini əlindən almaq istəyirlər. Lakin insanlar heç vəchlə torpağın əsas mahiyyətini, onun canlı həyatın mənbəyi və həmişə diri olmasını məhv də bilmirlər.

İnsan da torpaq kimidir. Onun da əsas missiyası və mahiyyəti daim həyata can atmasında, ruhi cəhətdən daim diri olmasındadır. Lakin şəhər və cəmiyyət insanı da torpaq kimi, bu dirilik və həyat mahiyyətindən məhrum etməyə çalışır, nəticədə isə sonacan bu məqsədə nail ola bilməsə də, onu, yəni insanı təhrif edir, dəyişir, öz özünə yad bir vəziyyətə salır. Romanın əsas mövzusu da bundan ibarətdir: təbiətən saf, ruhən təmiz yaranmış insan cəmiyyətin təsiri altında ruhən ölü vəziyyətə düşür, lakin onun ruhu heç vaxt sonacan ölmür, dirilir və inan öz əzəli ahiyətinə qayıdır. Bu mahiyyətin ifadəsini Tolstoy dində, Allaha etiqadda görür.



Tuesday, October 7, 2014

Bencamin Franklin – Avtobioqrafiya
(Tərcüməçi: Rauf Həmidov)
100-lük ABŞ dollarını və ya onun surətini əlinə götürmüş hər adam onun şəklini görüb. Bu şərəfə hansı keyfiyyətlərinə görə layiq olduğunu isə bu kitabdan öyrənə bilərsiniz.
Bencamin Franklin haqqında:
Bencamin Franklin (ing. Benjamin Franklin; 17 yanvar 1706 - 17 aprel 1790) — Amerika Birləşmiş Ştatlarının banilərindən biri, yüksək intellektə sahib olmaqla yazıçı, satirist, siyasi nəzəriyyəçi, siyasətçi, poçtmeyster, alim, ixtiraçı, dövlət xadimi və diplomat kimi məşhurluq qazanmışdır. Elmdə elektrik və optika sahəsindəki tədqiqatları ilə tanınır. O, ABŞ-da ilk ictimai kitabxananın və Pensilvaniyada ilk yanğınsöndürmə idarəsinin yaradıcısıdır.
Bencamin Franklin ABŞ-ın baniləri arasında yeganə şəxsdir ki, Amerika Birləşmiş Ştatlarının yaranmasında əsas rol oynayan hər üç sənədə imza atmışdır. Bunlar ABŞ İstiqlal Bəyannaməsi, ABŞ Konstitusiyası və 13 Britaniya koloniyasının müstəqillik uğrunda apardığı müharibəni bitirən 1783-cü il Versal sülh müqaviləsidir.
1928-ci ildən Franklinin portreti ABŞ-ın 100 dollarlıq pul əskinaslarının üzərində təsvir olunur.
Həyatı
Bencamin Franklin 1706-cı ildə Bostonda dəmirçi ailəsində anadan olmuşdur. 13 yaşından tipoqrafiyada işləməyə başlamışdır. Artıq 16 yaşına çatanda yerli qəzetlərdə məqalələri çıxmağa başlayır. Lakin Boston ona cansıxıcı gəldiyindən o Pensilvaniyaya — Filadelfiya şəhərinə gəlir. Orada özünə çox böyük şöhrət qazanır və Filadelfiya qubernatoru tərəfindən Londona göndərilir. Bir çoxları bilməsə də məhz Bencamin Franklin tərəfindən dünyada ilk dəfə olaraq öz üzvləri üçün pulsuz kitabxana və elm mərkəzinə malik olan klub yaradılmışdır. Həmin dövr üçün bu, görünməmiş addım idi.
Dövlət qulluğunda olduğu zaman ərzində 1743-cü ildə Amerika Fəlsəfə cəmiyyətinin və Filadelfiya Akademiyasının da yaradıcısı bu dahi şəxsiyyət olmuşdur. Franklin bütün koloniya nümayəndələrinin iştirakı ilə konqressin çağırılmasının ilk təşəbbüskarlarından olmuşdur. 1757-1775-ci illərdə Franklin Şimali Amerika koloniyalarının Londonda təmsilçisi olmuşdur. Azadlıq Müharibəsi başlayan kimi o öz vətəninə qayıtmışdır. Tezliklə Parisə yenidən nümayəndə kimi göndərilmişdir. Onun xüsusi diplomatik bacarığının nəticəsində fransız-amerikan danışıqları uğurla başa çatır. 1783-cü ildə Versal danışıqlarında Böyük Britaniyanın Amerikanı suveren və müstəqil olduğunu rəsmən tanıması da Franklinin əməyinin nəticəsidir. Məhz o, müharibənin uğurlu sonluğunun və bugünki qüdrətli Amerika dövlətinin təməlini qoyan və dövlətin xarici düşmənlərini neytrallaşdıran şəxsiyyət idi. 1785-ci ildə vətəninə qayıdanda qanunverici yığıncağın prezidenti seçilir. Onun digər bir xidməti də ABŞ Konstitusiyasının hazırlanması zamanı yaxından bu işdə kömək etməsi olmuşdur.
Onun dahiliyi həm də onda idi ki, o yalnız dövlət qulluqçusu və qurucusu kimi deyil, həm də alim kimi o dövrün ən məşhur simalarından idi. Belə ki, müasir dövrdə ən çox müzakirə edilən insan hüquqları ilə bağlı elmi yanaşmanın banilərindən biri də Bencamin Franklin olmuşdur. Franklin, yaşamaq hüququ, azadlıq hüququ və mülkiyyət hüququnu insanın təbii ayrılmaz hüquqlarından sayırdı. Onun elmi pamfletləri və məqalələri əsasında günlərimizdə ən inkişaf etmiş dövlətlər insan hüquqları sahəsində öz daxili strategiyalarını müəyyən edirlər.
Aforizmləri
1. Əgər rahat yatmaq istəyirsənsə yatağına özünlə təmiz vicdan apar!
2. Qəzəblənmək üçün hər zaman əsas var, lakin səbəb çox azdır.
3. Qadının çatışmayan cəhətlərini bilmək istəyirsənsə, onun rəfiqələrinin yanında onu təriflə.
4. Əgər boş vaxtının olmasını istəyirsənsə, vaxtını boş itirmə.
5. Qardaş dost olmaya bilər - amma dost həmişə qardaşdır.
6. Qürürlu insan həmişə qürürlu insana nifrət edir!
7. Ən gözəl dərman istirahət və nəfsdən çəkinməkdir!
8. Həyatı sevirsənsə, vaxtını boşa vermə - çünki həyat vaxtdan ibarətdir.
9. Fırıldaqçılar düzgünlüyün bütün üstün cəhətlərini bilsəydilər qazanc xatirinə düzgün insan olardılar!
10.Hansı vəziyyətdə yaşamasından asılı olmayaraq insan hər zaman rahatlıq və narahatlıq tapır!
11.Böyük imperiya - böyük piroq kimidir. Qıraqlardan yemək daha asanddır!
12.Ən yaxşı həkim əksər dərmanların kömək edə bilmədiyini bilən həkimdir!
13.Şüşə, farfor və reputasiya - bunları sındırmaq çox asan yenidən əvvəlki vəziyyətinə qaytarmaq isə çox çətindir!
14.Bir bu gün iki sabaha dəyər!
15.Əxlaqsızlıq zənginlikə səhər yeməyini yeyir, kasıbçılıqla nahar edir, yoxsulluqla şam edib rüsvayçılıqla yatağa gedir!

Bencamin Franklin Amerikanin milli quşunun hind toyuğu olması barədə fikri müdafiə edib.
Cox insan bilməsə də, Bencamin Franklin heç vaxt Amerika prezidenti olmayıb.
İnsanların öldükdən sonra dondurulması ideyası Bencamin Franklinə məxsusdur. O bunu 200 il sonra çiçəklənən müstəqil Amerikani görə bilmək üçün arzulayırdı.
Bencamin Franklin və Aleksandr Hamilton - ABŞ hökumətinin prezident olmayan yeganə rəsmiləridir ki, bu günə kimi banknotların üzərində şəkilləri təsvir olunub.


Wednesday, October 1, 2014

İradə Musayeva 
Çağdaş Azərbaycan romanının nəzəri-metodoloji problemləri 

Dərs vəsaitində son illərdə yazılan və ədəbi ictimaiyyətin diqqətini cəlb edərək ədəbiyyat nəzəriyyəçiləri, eləcə də tənqidçilərin müxtəlif baxış bucaqlarında mübahisə obyektinə çevirən 20-dən çox romanın nəzəri-metodoloji problemləri araşdırılır. 

2014, 192 səh.