Friday, December 5, 2014

БОЛЬШОЙ АНГЛО-РУССКИЙ СЛОВАРЬ
Author: ВЛАДИМИР МЮЛЛЕР
**********
Самый популярный словарь, выдержавший десятки переизданий 
Издание дополненное и переработанное 
Самый полный список географических названий 
Самый полный список употребительных сокращений
Самый полный список личных имен
Самый полный список неправильных глаголов.



«S e ç i l m i ş l ə r» (şeirləri)
Cığatel İsaqızı
Kitaba xanım-şairənin müxtəlif səpkili şeirləri toplanıb. Öz orijinallığı ilə seçilən şeirlərdə ön sırada yenə də Vətənə məhəbbət, insanlara sevgi dayanır. Cığatel İsaqızı klassik aşıq yaradıcılığından bəhrələnsə də poeziyasında həmişə “özü olmağa” can atır və buna əksər hallarda nail olur. Dilinin aydınlığı, sadəliyi ilə seçilən xanım-şairə öz şeirləri ilə 20 yanvar şəhidlərinə yas tutur, Xocalı faciəsini unutmur, Azərbaycan qadınını, onun vəfa və sədaqətini vəsf edir. Vətən bildiyi Anasına sevgilərini, yurd məhəbbətini şeirə çevirir, Uca Tanrıya xitab edərək sonda ona sığındığını söyləyir.
Kitabda müəllifin qıfılbənd və deyişmələri də yer alıb. Cığatellə Zəlimxan Yaqubun, İbrahim İlyaslının, Tağı Sadiqin, Aşıq İmaməlinin qıfılbəndləri, Aşıq Şəhadətlə, Hacı Loğmanla, Pərvanə Zəngəzurlu deyişmələri oxuculara təqdim olunub.
Düşünürük müəllifin bu kitabında yer alan əsərləri poeziya həvəskarlarının stolüstü kitabına çevriləcək..
Xoş qiraətlər!...
Müəllif: Cığatel İsaqızı
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2014
ISBN 978–9952–8260–6–7
Səhifə: 432 səh.
Format: 60x84 1/16 (150x200 мм) 
Cildi: yumşaq
Tiraj: 100

http://kitabklubu.org/cigatel-isaqizi-secilmisler.html

Thursday, December 4, 2014

Liam Foks
“Şahə qalxan dalğalar. Yeni eranın çağırışları ilə üz-üzə”

Kitab problemlərin qoyuluşu, faktların xarakteri və təqdimi, müəllif mövqeyinin şərhi baxımından orijinallığı, özünəməxsusluğu, dərin müşahidələri və unikallığı ilə diqqəti cəlb edir.

Müəllif müasir dünyanın qlobal problemlərinin irəli sürülməsi və onların izahı zamanı standart yanaşmalardan fərqli, alternativ və diskussiyalı mülahizələrə üstünlük verib: "Bu və ya digər məsələlərə dair çox sayda faktların məharətlə ümumiləşdirilməsi və uyğun nəticələr çıxarılması müəllifin predmetə dərindən bələd olmasından və qeyri-adi erudisiyasından xəbər verir".

“TEAS Press”, 2014, 380 səh.



Elxan Elatlı
Niyə susursan, polkovnik?

Detektiv roman gənc müğənni qızın ibrətamiz həyat hekayəsindən və bir mənzildə baş vermiş ağır cinayətin polkovnik Qasımlı tərəfindən araşdırılmasından bəhs edir. Romanda bu günkü mənəvi həyatımızda rast gəlinən pulgirlik, saxtakarlıq, ikiüzlülük, yaltaqlıq kimi bir çox eybəcərliklər ironiya ilə ön plana çəkilərək tənqid olunur.
“Elgün”, ISBN 978-9952-29-099-8, 2014, 288 səh., 14x21, yumşaq, 300 g.


Tuesday, December 2, 2014

Mirzə Fətəli Axundzadə
Seçilmiş əsərləri

Kitaba Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundovun (Axundzadə – 1812 Nuxa/Şəki - 1878 Tiflis — Azərbaycan yazıçı-dramaturqu, materialist filosofu, ictimai xadim, Azərbaycan dramaturgiyasının banisi) nəsr əsərləri, şeirləri, dramları və məqalələri daxil edilmişdir.

Müəllif: Mirzə Fətəli Axundzadə
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2014
ISBN 978-9952-8260-4-3
Səhifə: 432 səh.
Format: 60x84 1/16 (150x200 мм)
Cildi: yumşaq
Tiraj: 100


Monday, December 1, 2014