Thursday, January 22, 2015


Viktor Hüqo, «Büq-Jarqal» (roman)
T ə r c ü m ə ç i:  Mikayıl Rəfili

Məşhur fransız yazıcı Viktor Hüqo 1817-ci ildən ədıb əsl yaradıcılıq yoluna qədəm qoyur. Bu vaxta qədər ədəbi aləmdə şeirləri ilə tanınan Hüqo bir il sonra ilk böyük əsərinı - “Büq Jarqal” romanını yazır. Əsər ədəbiyyat aləminə nəhəng bir simanın gəldiyini xəbər verirdi. “Büq-Jarqal” (1826) romanında baş verən hadisələr fransızlara məxsus olan San-Dominqo müstəmləkəsində 1791-ci ildə baş qaldıran qaradərilərin üsyanı fonunda cərəyan edir. Üsyançıların başçısı Büq-Jarqal, rəhmli, müdrik və ədalətlidir.

© Bakı KitabKlubu, 2015, 200 səh.



Saturday, January 17, 2015

MİLLİ AVİASİYA AKADEMİYASI
TURAN MƏMMƏDLİ
"MÜLKİ AVİASİYA TƏYYARƏLƏRİNİN XARAKTERİSTİKALARI"
Kitab Milli Aviasiya Akademiyasının “Uçuş Aparatları və Aviasiya Mühərrikləri” kafedrası və “Hava Nəqliyyatının Uçuş-Texniki İstismarı” fakültələrinin Elmi Şuralarında, həmçinin Azərbaycan Respublikası “Təhsil” Cəmiyyətində müzakirə olunmuş və nəşri məqsədəuyğun hesab edilmişdir.
Elmi redaktor:
Milli Aviasiya Akademiyasının “Uçuş Aparatları və Aviasiya Mühərrikləri”
kafedrasının dosenti, t.e.n. Mais İsgəndərov.
Təqdim olunan kitabda mülki aviasiya təyyarələrindən, onların parametrlərindən, aviasiyanın dünyada və Azərbaycanda tarixindən və inkişafından bəhs edilir.
Kitab Milli Aviasiya Akademiyasının müəllimləri, tələbələri və aviasiya ilə maraqlanan şəxslər üçün nəzərdə tutulub. Kitabdan “Milli Aviasiya Akademiyası”nda müvafiq ixtisaslarda təhsil alan tələbələr dərs vəsaiti kimi də istifadə edə bilər.

Müəllif: Turan Məmmədli
Dil: Azərbaycan
Nəşriyyat: "Kitab Klubu", "Qafqaz"
Nəşr ili: 2014
ISBN: 978-9952-8032-0-4
Səhifə: 484 səh. illüstrasiyalı
Format: 70x100 1/16 (170x240 мм) 
Cildi: bərk
Tiraj: -

Thursday, January 15, 2015

Əli İldırımoğlu
"Mənim rəncbər atam"
(xatirə-roman)

Ata şəxsiyyətinin müəllif tərəfindən Vətən, milli-ənənələrimiz, xalqın əsrlərlə önəm verib qoruduğu milli dəyərlərin ayrılmaz bir komponenti kimi qavranılması və bu cür də təlqin olunması "Mənim rəncbər atam" xatirə-romanınınən başlıca, ən dəyərli məziyyətidir.
Əsər, bəzi ixtisar və əlavələr edilməklə yenidən nəşr olunmuşdur.

2014, ISBN 978-9952-500-00-4, 336 səh.


Friday, January 9, 2015

Bəhram Basqallı 
BAYRAMLAR

Azərbaycan Yazıçılar Birliyinin üzvü, astronomiya üzrə fəlsəfə doktoru Bəhram Basqallının növbəti kitabı görkəmli şairimiz Tofiq Bayram və onun ailə üzvləri haqqında xatirələrdən ibarətdir.


Thursday, January 8, 2015

İlyas Əfəndiyev. «Seçilmiş əsərləri»

Nasir, dramaturq, 1940-cı ildən AYB-nin üzvü, Azər¬baycanın Əməkdar incəsənət xadimi (1960), Azərbaycan Dövlət Mükafatı laureatı (1972), Azərbaycanın xalq yazıçısı (1979) İlyas Məhəmməd oğlu Əfəndiyevin (1914-1996) seçilmiş əsərlərinə onun hekayələri, povestləri və bir romanı daxil edilmişdir.

Müəllif: İlyas Əfəndiyev
Dil: Azərbaycan
Nəşriyyat: "Kitab Klubu" MMC
Nəşr ili: 2014
ISBN 978-9952-2245-5-1
Səhifə: 520 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 100


Tuesday, January 6, 2015

"QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR"
(çoxcildli)

Qarabağı dünyaya daha yaxından tanıtmaq üçün Folklor İnstitutu 2012-ci ildə «Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması» üzrə xüsusi layihə hazırlayıb. Layihədə əsas məqsəd Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı folklor mühiti kimi diqqət mərkəzində saxlamaq, onun qeyri-maddi mədəni irsini toplamaq, sistemləşdirmək, nəşr etmək, araşdırmaq və təbliğ etməkdir. Layihədə məqsəd həm də bölgənin folklor resurslarını müəyyənləşdirmək, bölgənin sosial-mənəvi həyatında folklorun iştirakının aktivlik dərəcəsi haqqında müəyyən təsəvvür əldə etməkdir. Layihə çərçivəsində artıq doqquz kitab çap olunub. Bu kitablarda 150-dən artıq mifoloji mətn, 500-dən artıq əfsanə və rəvayət, 200-dən artıq nağıl, 300-dən artıq lətifə, 700-ə yaxın atalar sözü, 1500-dən artıq bayatı, həmçinin laylalar, oxşamalar, düzgülər, uşaq folkloruna aid digər nümunələr çap olunub.



 Külliyyatı əldə etmək istəyənlər Kitab Klubuna müraciət edə bilər..

Friday, January 2, 2015

Hörmətli, DOSTLAR, yeni ildən "Dünya Ədəbiyyatı Kitabxanası" seriyasından olan növbəti 25 kitab tərəfimizdən pərakəndə satışa çıxarılmışdır: 
Hər birinin qiyməti 10-12 AZN (həcmindən asılı olaraq)
Beləliklə, DƏK layihəsindən pərakəndə satışda olan kitabların sayı 85-ə çatdı.

1. Aleksandr Soljenitsın, S/Əsərləri
2. Stefan Sfeyq, S/Əsərləri
3. Con Apdayk, S/Əsərləri
4. Aqata Kristi, S/Əsərləri
5. Rus şeiri antologiyası
6. Mixail Bulqakov, S/Əsərləri
7. Fyodor Dostoyevski, S/Əsərləri 3 cild
8. Toni Morrison, S/Əsərləri
9. Nəcib Fazil Qısakürək, S/Əsərləri
10. Paulo Koelho, S/Əsərləri
11. İspan Ədəbiyyatı antologiyası
12. Tomas Eliot, S/Əsərləri
13. Stanislav Lem, S/Əsərləri
14. Herman Melvil, Mobi-dik
15. Con Milton, S/Əsərləri
16. O.Henri, S/Əsərləri
17. Oskar Uayld, S/Əsərləri
18. Prosper Merime, S/Əsərləri
19. Andre Morua, S/Əsərləri
20. Jorj Simenon, S/Əsərləri
21. Moris Meterlink, S/Əsərləri
22. Mixail Şoloxov, S/Əsərləri
23. İvan Bunin, S/Əsərləri
24. Redyard Kiplinq, S/Əsərləri
25. Valter Skott, Ayvənhəu