Wednesday, February 18, 2015

Əzizə Cəfərzadə
BAKI – 1501 (Azərbaycan romanı)
KitabKlubu.org, 2015, 376 səh.

   Tanınmış yazıçı Əzizə Cəfərzadənin 3 hissədən ibarət olan bu romanı XVI əsrin əvvəllərində Azərbaycanın coğrafi baxımından indiki və ətraf ərazilərində baş verən müharibələrdən və dini çəkişmələrdən, Azərbay­can­da­kı Səfəvilər döv­lə­ti­nin qüdrət­lən­məsindən, qızılbaşların Şa­ma­xıya və Bakı qala­sına hücumundan, Şah İsmayıl Xətainin bir  pad­şah, sərkərdə və şair kimi mürəkkəb həya­tın­dan bəhs edir.
 Əsər Sovet dönəmində yazılsa da müəllif bü­tün əsər boyu Azərbaycan vətənpərvərliyini və Azərbay­can di­li­nin əhəmiyyətini cəsarətlə önə çəkib...
   Əsəri maraqlı edən bir cəhət də onun çoxlu tarixi faktları bədii (bəzən rəvayət şəklində) obrazlarla canlandırmasıdır.

 ISBN 978–9952–8032–6–6
© Kitab Klubu MMC, 2015
© Yazıçı, 1981

Kitabı əldə etmək üçün:
>>    KitabKlubu.org: (012) 492-12-38, (050) 404-91-13
>>    Zəka Kitab Evi: (012) 599-01-54, (050) 519-04-54





Saturday, February 14, 2015

Şəhla Nihan
RÜBƏND
(esselər və hekayələr)
Alatoran Yayınları, 2015, 230 səh., tiraj 200


Friday, February 13, 2015

Rasim Sadıxov 
Azərbaycanlılar üçün alman dili (+ CD)

(alman dilini öyrənmək istəyən azərbaycanlılar üçün məşğələ kitabı)

Kitabda alman dilinin qrammatik qaydaları Azərbaycan dilində təsvir olunur və öyrənmə prosesi alman dilində verilmiş çoxsaylı məşğələlərlə sürətləndirilir. Bundan başqa kitaba əlavə olunmuş CD diskdə 32 mətn alman dilində verilib. Sadə lüğətlə təchiz olunmuş bu kitab hər yaşda alman dilini öyrənmək istəyənlər üçün nəzərdə tutulub.

Dil: Azərbaycan, Alman
Nəşriyyat: "Elm və Təhsil"
Nəşr ili: 2012
ISBN: 978-9952-8142-7-9
Səhifə: 264 səh.
Format: 60x84/16 (170x230 мм)
Cildi: nazik (+ CD)
Tiraj: 200 nüsxə




Wednesday, February 11, 2015

Shana, GİZLİ İZTİRABLAR (roman)
Kitab Klubu, 2015, 288 səh.

Başqalarını müzakirə etməmişdən qabaq, özünü onların yerinə qoy. Bu fikri kim söyləmişsə, çox gözəl demişdir. Mən də, özümü doğma diyarlarından didərgin düşmüş insanların yerinə qoyub, onların yaşadıqlarını bir ümumiləşdirilmiş obrazda təsvir etməyə çalışdım. (Müəllif)

Kitabı bu nömrələrə zəng etməklə əldə edə bilərsiniz
www.kitabklubu.org (012) 4921238, (050) 4049113


© SHANA


Monday, February 9, 2015


ROBİN ŞARMA
"Titulsuz lider"
(həqiqi müvəffəqiyyət haqqında müasir hekayə)
Dünyaca məşhur yazıçının bestselleri sayılan “Ferrarisini satmış rahib”in davamı olan bu kitabda Robin Şarma oxucunu beş müəllimi ilə yaxından tanış edir. Belə ki, özünüzün lideri olduqdan sonra ətrafınızdakılara özlərini həyatda tam reallaşdırmaqda kömək edə bilərsiniz.
Müəllif: Robin Şarma
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2015
ISBN: 978-9952-8032-5-9
Səhifə: 320 səh.
Format: 70x100 1/32 (120x170 мм) 
Cildi: yumşaq
Tiraj: 250


Saturday, February 7, 2015

М.Асад Бек. «Ленин»

Это произведение М.Асад Бека повествует о жизни и революционной деятельности Владимира Ульянова-Ленина. В книге описываются политические события и процессы 1917 года, а также полные драматизма и социальных потрясений начальные этапы строительства первого в мире социалистического государства.

На русском языке книга издается впервые.

Автор: М.Асад Бек
Языки: Русский
Издательство: Издательский Дом "Кавказ"
ISBN 978-995229-000-0; 2014 г.
Страниц: 632 стр. + 6 стр. иллюстраций.
Формат: 60x84/16 (140x220 мм)
Тираж: 1000 экз.
Переплёт: тв. обложка
Цена: 9,00 ман.


Thursday, February 5, 2015

Qulu Məhərrəmli, Rafiq İsmayılov 
Məktəblinin alınma sözlər lüğəti 
(1600-dən çox əcnəbi sözün etimologiyası və izahı)

Lüğətdə son illərdə ölkəmizin ictimai-siyasi , sosial-iqtisadi və elmi-mədəni həyatında, həmçinin informasiya-kommunikasiya texnologiyaları sahəsində işlənən 1600-dən çox alınma sözün izahı verilmişdir. Dərsliklərdə, mətbuatda, televiziya və radio verilişlərində., həmçinin yazılı və şifahi nitqdə geniş işlənən bu sözlərin işləkliyi əsas prinsip kimi götürülmüşdür.
ISBN 978-9952-24-199-0, 2014, 240 səh.