Monday, February 23, 2015

Элаза Бабаева

«О Вечном» 
Книга шестая. 1995 г.
(часть вторая)
Мстислав Ростропович

Эта книга посвящается светлой памяти Мстислава Ростроповича
Баку, 2012 г., стр. 480

В книге автор объединил людей искусства, поэзии и истории в вечный круг слова: философскую поэзию. Оценить может сам читатель.

История имеет удивительную красоту движения Мысли. Параллельные миры существуют не в воображении человека. А в загадке даров Неба. Я приглашаю заглянуть в книгу будущего. (автор)



Bəhram Kağan Basqallı
"Qızılgüllər açanda"

Alim-şairin bu kitabında onun müxtəlif illərdə qələmə aldığı şerləri toplanıb.
© Bəhram Basqallı, Bakı, 2015, 72 səh


Friday, February 20, 2015

Melvil İ.Urofski
ABŞ Demokratiyası haqqında əsas mətnlər

Kitab amerikalı tədqiqadçıların demokratiya axtarışları ilə bağlı olan sənədlərdən ibarətdir. Burada məhkəmə qərarları, qanunvericilik aktları, prezident fərmanları kimi bir sıra ənənəvi sənədlər öz əksini tapmışdır və bunların hər biri böyük önəm daşıyır. Təqdim edilən sənədlərin nəql etdiyi tarixin - Amerika tarixinin tərkib hissəsidir.


Thursday, February 19, 2015

Baba Pünhan. MƏN NƏ DEDİM Kİ?!..
Kitab Klubu, 2015, 392 səh.

XXI əsrin Sabiri adlandırılan Baba Pünhanın şeirlərini din­lə­məyən az adam tapılar. Xoşbəxt o şairdir ki, onun hətta bir şeiri dillər əzbəri ola bilib. Müasirlərindən və bir çox sələf­lərindən fərqli olaraq haqq sözü deyən satirik şairimiz Baba Pünhanın yaradıcılığının bir çox məqamları bu kitabımızda öz əksini tapıb.

Kitabımızı hazırlayarkən müəllifin öncədən çap edilmiş “Kim nə götürdü?!”, “Acı həqiət”, “Yalan çeyniyə-çeyniyə”, “Mən nə dedim ki?!” kitablarından istifadə olunmuşdur. Qeyd etmək lazımdır ki, bu nəşrə  şairin  heç bir kitabında yer almayan şeirlərini də daxil etmişik.

Kitabla yanaşı BABA PÜNHANın şeirlərindən ibarət audio disk-kitabı satılır AUDİOKİTABIN 
qiyməti - 2.50 AZN-dir.


Wednesday, February 18, 2015

Əzizə Cəfərzadə
BAKI – 1501 (Azərbaycan romanı)
KitabKlubu.org, 2015, 376 səh.

   Tanınmış yazıçı Əzizə Cəfərzadənin 3 hissədən ibarət olan bu romanı XVI əsrin əvvəllərində Azərbaycanın coğrafi baxımından indiki və ətraf ərazilərində baş verən müharibələrdən və dini çəkişmələrdən, Azərbay­can­da­kı Səfəvilər döv­lə­ti­nin qüdrət­lən­məsindən, qızılbaşların Şa­ma­xıya və Bakı qala­sına hücumundan, Şah İsmayıl Xətainin bir  pad­şah, sərkərdə və şair kimi mürəkkəb həya­tın­dan bəhs edir.
 Əsər Sovet dönəmində yazılsa da müəllif bü­tün əsər boyu Azərbaycan vətənpərvərliyini və Azərbay­can di­li­nin əhəmiyyətini cəsarətlə önə çəkib...
   Əsəri maraqlı edən bir cəhət də onun çoxlu tarixi faktları bədii (bəzən rəvayət şəklində) obrazlarla canlandırmasıdır.

 ISBN 978–9952–8032–6–6
© Kitab Klubu MMC, 2015
© Yazıçı, 1981

Kitabı əldə etmək üçün:
>>    KitabKlubu.org: (012) 492-12-38, (050) 404-91-13
>>    Zəka Kitab Evi: (012) 599-01-54, (050) 519-04-54





Saturday, February 14, 2015

Şəhla Nihan
RÜBƏND
(esselər və hekayələr)
Alatoran Yayınları, 2015, 230 səh., tiraj 200


Friday, February 13, 2015

Rasim Sadıxov 
Azərbaycanlılar üçün alman dili (+ CD)

(alman dilini öyrənmək istəyən azərbaycanlılar üçün məşğələ kitabı)

Kitabda alman dilinin qrammatik qaydaları Azərbaycan dilində təsvir olunur və öyrənmə prosesi alman dilində verilmiş çoxsaylı məşğələlərlə sürətləndirilir. Bundan başqa kitaba əlavə olunmuş CD diskdə 32 mətn alman dilində verilib. Sadə lüğətlə təchiz olunmuş bu kitab hər yaşda alman dilini öyrənmək istəyənlər üçün nəzərdə tutulub.

Dil: Azərbaycan, Alman
Nəşriyyat: "Elm və Təhsil"
Nəşr ili: 2012
ISBN: 978-9952-8142-7-9
Səhifə: 264 səh.
Format: 60x84/16 (170x230 мм)
Cildi: nazik (+ CD)
Tiraj: 200 nüsxə