Friday, February 27, 2015

Mingəçevir və yaxın bölgələrdə kitab həvəskarlarının nəzərinə: Bakı Kitab Klubunun nəşrlərini S&M mağazasından əldə edə bilərsiniz. 
Ünvan: S&M mağazası - Mingəçevir şəhəri 20 Yanvar prospekti 35/38, şəhər Təhsil Şöbəsi ilə üzbəüz bina
Əlaqə nömrəsi: (+99479) 310 78 50; (+99450) 543 50 78; 0442470384 (Mətləb Məmmədli)





Asif Hüseynli
HÖKMDARLAR seriyası

Hökmdarlıq dövrləri arxada qalsa da , nə vaxtsa dünyanı idarə edən, tarixin gedişatına öz təsirini göstərən hökmdarlar olub. Bu hökmdarları tanımaq, hansının adil, hansının zalım olduğunu bilmək istəyirsinizsə, müəlifin oxuculara təqdim etdiyi "Hökmdarlar" seriyasını alın və oxuyun!

Afrika hökmdarları
İran hökmdarları
Vyetnam hökmdarları
Hindistan hökmdarları
Çin hökmdarları
Yaponiya hökmdarları
Rusiya hökmdarları-Romanovlar
Azərbaycanın qadın hökmdarları
Qədim türk hökmdarları
Azərbaycanın qadın hökmdarları
Misir hökmdarları

Hər birinin qiyməti 3 man.


Tuesday, February 24, 2015

Margaret Atwood
“Kor qatil”
(Tərcümə: Zaur Səttarlı, Yasəmən Abbasova)

Kanadalı yazıçı, Booker Mükafatı almış Margaret Atwood’un romanı Azərbaycan dilində nəşr olunub. M.Atwoodun əsərləri feminist düşüncənin nəbzini tutan bir barometr olaraq dəyərləndirilməkdədir.

Roman iki bacının həyat hekayəsidir, əsərin elə ilk fəslindəcə onlardan birinin, Lauranın avtomobildə körpüdən aşaraq ölməsi hadisəsi təsvir olunur. Sağ qalan bacı Iris Chase Griffen-in ilk baxışdan ailəsində baş vermiş bu ölüm hadisəsinə soyuqqanlı yanaşdığı görünür. Lakin hadisələr inkişaf etdikcə oxucu ailədaxili münasibətlərin nə qədər mürəkkəb olduğunu anlayır, üstəlik roman içərisində roman ideyası bu ailə gizlə-qaç oyununun nə qədər dərinlərdə olduğunu sərgiləyir…”

"Alatoran" Yayınları, 2015, 560 səh.



Monday, February 23, 2015

Элаза Бабаева

«О Вечном» 
Книга шестая. 1995 г.
(часть вторая)
Мстислав Ростропович

Эта книга посвящается светлой памяти Мстислава Ростроповича
Баку, 2012 г., стр. 480

В книге автор объединил людей искусства, поэзии и истории в вечный круг слова: философскую поэзию. Оценить может сам читатель.

История имеет удивительную красоту движения Мысли. Параллельные миры существуют не в воображении человека. А в загадке даров Неба. Я приглашаю заглянуть в книгу будущего. (автор)



Bəhram Kağan Basqallı
"Qızılgüllər açanda"

Alim-şairin bu kitabında onun müxtəlif illərdə qələmə aldığı şerləri toplanıb.
© Bəhram Basqallı, Bakı, 2015, 72 səh


Friday, February 20, 2015

Melvil İ.Urofski
ABŞ Demokratiyası haqqında əsas mətnlər

Kitab amerikalı tədqiqadçıların demokratiya axtarışları ilə bağlı olan sənədlərdən ibarətdir. Burada məhkəmə qərarları, qanunvericilik aktları, prezident fərmanları kimi bir sıra ənənəvi sənədlər öz əksini tapmışdır və bunların hər biri böyük önəm daşıyır. Təqdim edilən sənədlərin nəql etdiyi tarixin - Amerika tarixinin tərkib hissəsidir.


Thursday, February 19, 2015

Baba Pünhan. MƏN NƏ DEDİM Kİ?!..
Kitab Klubu, 2015, 392 səh.

XXI əsrin Sabiri adlandırılan Baba Pünhanın şeirlərini din­lə­məyən az adam tapılar. Xoşbəxt o şairdir ki, onun hətta bir şeiri dillər əzbəri ola bilib. Müasirlərindən və bir çox sələf­lərindən fərqli olaraq haqq sözü deyən satirik şairimiz Baba Pünhanın yaradıcılığının bir çox məqamları bu kitabımızda öz əksini tapıb.

Kitabımızı hazırlayarkən müəllifin öncədən çap edilmiş “Kim nə götürdü?!”, “Acı həqiət”, “Yalan çeyniyə-çeyniyə”, “Mən nə dedim ki?!” kitablarından istifadə olunmuşdur. Qeyd etmək lazımdır ki, bu nəşrə  şairin  heç bir kitabında yer almayan şeirlərini də daxil etmişik.

Kitabla yanaşı BABA PÜNHANın şeirlərindən ibarət audio disk-kitabı satılır AUDİOKİTABIN 
qiyməti - 2.50 AZN-dir.