Tuesday, March 3, 2015

Əlisa Nicat
Əsərləri (50 cilddə)
Külliyyatın hər cildinə Əlisa Nicatın ədəbiyyatımıza gətirdiyi müxtəlif səpkili və janrlı əsərləri daxil edilib. Əlbəttə onların bəziləri ölkəmizin siyasi-ictimai rejiminin, böyük hissəsi xalqımızın xarakterinin ezopvaritəsvirinə, üçüncü qismi isə ümumiyyətlə insanların təbii naqisliklərinə həsr edilib. Əlbəttə bu böyük əsərlərin hamısı eyni səviyyədə deyil. Lakin kitabda onlarla əsər var ki, hətta dünya ədəbiyyatının qızıl fonduna daxil edilə bilər. Yazıçı-mütəfəkkir həyatımızın öz absurdluğu ilə bütün xalqımızı dünyanın gözündən salan dövrümüzün ən parlaq real və bədii səhnələrini təqdim edir. Əbəs deyil ki, bu əsərlər Əlisa Nicata şöhrət və ad qazandırıb.

Müəllif: Əlisa Nicat
Dil: Azərbaycan
Nəşriyyat: “Adiloğlu”
Nəşr ili: 2011-15
ISBN: -
Səhifə: 400-500 səh.
Format: 60x84/16 (150x210 мм) 
Cildi: qalın / bərk
Tiraj: 100 nüsxə


Monday, March 2, 2015

*** ABUNƏÇİLƏRİMİZİN NƏZƏRİNƏ ***
DƏK Seriyasından növbəti yeni 2 kitab çap olundu. Qarşılayın !!!
Beləliklə Dünya Ədəbiyyatı Kitabxanası layihəsindən 105 kitab artıq nəşr olunub.
1. Dünya dramaturgiyası antologiyası. İki cilddə. 1-ci cild
2. Migel Asturias. “Seçilmiş əsərləri”
-------------------------------
Dünya dramaturgiyası antologiyası. İki cilddə. 1-ci cild
Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2014, 528 səh.
Dünya ədəbiyyatı seriyasından olan "Dünya dramaturgiyası antologiyası" kitabının birinci cildinə XX əsrin görkəmli nümayəndələri Jan-Pol Sartrın "Yalnız həqiqət", Arman Salakrunun "Lenuar arxipelaqı, yaxud tərpənməyənə toxunmayın", Eduardo De Flipponun "Neapol", Maks Frişin "Don Juan, yaxud həndəsəyə vurğunluq", Vitold Qombroviçin "Burqundiya şahzadəsi İvonna", Kobe Abenin "İstehkam" və Leroy Consun "Uçan hollandiyallı" əsərləri verilmişdir.
Cilddə toplanan əsərlərin cərəyan və üslub baxımından rəngarəng olması onun oxucu auditoriyasını daha da genişləndirir.
--------------------------------
Migel Asturias. “Seçilmiş əsərləri”
Bakı, “Şərq-Qərb” Nəşriyyat Evi, 2014, 568 səh.
Dünya ədəbiyyatının fenomeni sayılan Latın Amerikası nəsrinin ötən əsrin 50-ci illərindən Avropanı fəth etmiş nümayəndələrindən biri də məşhur Qvatemala nasiri, şairi, jurnalisti və diplomatı Migel Anxel Asturiasdır. Doğma ölkəsində yaşayan yerli xalqların – hindu tayfalarının hüquqları uğrunda çarpışan, onların tarixini, mədəniyyətini, ədəbiyyatını dünya məkanına çıxarmağa can atan Asturias “Hər şeyi hindu ölçüsüylə ölçən yazıçı” adını nahaq yerə qazanmamışdır. Bu şərəfli məqama o, bütün həyatı və yaradıcılığıyla çatmışdır.
Migel Asturias siyasi proseslərə qarışmadan jurnalistika və bədii yaradıcılıqla məşğul olmağı daha üstün tutmuşdur. Latın Amerikası nəsrinə xas keyfiyyətlər – təhkiyə özünəməxsusluğu, mifologizmdən istifadə, nağıl və əfsanə ünsürləri, irreallıqlar Asturias nəsrində müşahidə edilir.
Dünya ədəbiyyatı seriyasından olan Nobel mükafatçısı Asturiasın “Seçilmiş əsərləri” kitabına onun “Mais adamlar” romanı, “Lida salın aynası” silsiləsindən olan hekayələri, “Qvatemala” silsiləsindən olan əfsanələri, “Kukulkan – qanadlı ilan” pyesi toplanmışdır.
Latın Amerikası romanının çağdaş yetkinlik mərhələsinə qədəm qoymasında mühüm rolu olan yazıçılar içərisində Migel Asturiasın adı birincilər sırasında çəkilir. O, təkcə Latın Amerikası ədəbiyyatının yox, bütövlükdə dünya ədəbiyyatının incilərindən sayılır.
Kitablar geniş* oxucu kütləsi üçün nəzərdə tutulub.


Saturday, February 28, 2015

Teyyub Qurban
"Ömür yolları"

Kitabda müəllif oxuculara Azərbaycanın dahi şəxsiyyətlərinin və müəllifin yazıçı həmkarlarının, həm də öz mühitində nüfuz qazanmış sadə insanların həyat səhifələrini təqdim edir.
“OL”, ISBN 978-9952-484-19-9, 2013, 288 səh.


ALQAYIT
Sənin xətrinə
(şeirlər)
Kitaba tanınmış el şairi Alqayıtın müxtəlif illərdə qələmə aldığı şeir, poema və qəzəlləri daxil edilmişdir. Kitabı hazırlayarkən öncə nəşr olunmuş «Qalx ayağa, Azərbay¬can» (2000), «Yaralı qartal» (2006) kitablarından istifadə etmişik. Oxuculara təqdim edilən bu əsərlər müəllifın təkrarsız düşüncə və duyğularının poetik ifadəsidir. İnanırıq ki, bu kitab poeziya həvəskarlarının stolüstü kitabı olacaq və şairin şöhrətini daha da uzaqlara yayacaq.
Müəllif: Alqayıt Xəlilov
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2015
ISBN 978-9952-8032-8-0
Səhifə: 576 səh.
Format: 60x84 1/16 (150x200 мм)
Cildi: yumşaq
Tiraj: 100


Friday, February 27, 2015

Mingəçevir və yaxın bölgələrdə kitab həvəskarlarının nəzərinə: Bakı Kitab Klubunun nəşrlərini S&M mağazasından əldə edə bilərsiniz. 
Ünvan: S&M mağazası - Mingəçevir şəhəri 20 Yanvar prospekti 35/38, şəhər Təhsil Şöbəsi ilə üzbəüz bina
Əlaqə nömrəsi: (+99479) 310 78 50; (+99450) 543 50 78; 0442470384 (Mətləb Məmmədli)





Asif Hüseynli
HÖKMDARLAR seriyası

Hökmdarlıq dövrləri arxada qalsa da , nə vaxtsa dünyanı idarə edən, tarixin gedişatına öz təsirini göstərən hökmdarlar olub. Bu hökmdarları tanımaq, hansının adil, hansının zalım olduğunu bilmək istəyirsinizsə, müəlifin oxuculara təqdim etdiyi "Hökmdarlar" seriyasını alın və oxuyun!

Afrika hökmdarları
İran hökmdarları
Vyetnam hökmdarları
Hindistan hökmdarları
Çin hökmdarları
Yaponiya hökmdarları
Rusiya hökmdarları-Romanovlar
Azərbaycanın qadın hökmdarları
Qədim türk hökmdarları
Azərbaycanın qadın hökmdarları
Misir hökmdarları

Hər birinin qiyməti 3 man.


Tuesday, February 24, 2015

Margaret Atwood
“Kor qatil”
(Tərcümə: Zaur Səttarlı, Yasəmən Abbasova)

Kanadalı yazıçı, Booker Mükafatı almış Margaret Atwood’un romanı Azərbaycan dilində nəşr olunub. M.Atwoodun əsərləri feminist düşüncənin nəbzini tutan bir barometr olaraq dəyərləndirilməkdədir.

Roman iki bacının həyat hekayəsidir, əsərin elə ilk fəslindəcə onlardan birinin, Lauranın avtomobildə körpüdən aşaraq ölməsi hadisəsi təsvir olunur. Sağ qalan bacı Iris Chase Griffen-in ilk baxışdan ailəsində baş vermiş bu ölüm hadisəsinə soyuqqanlı yanaşdığı görünür. Lakin hadisələr inkişaf etdikcə oxucu ailədaxili münasibətlərin nə qədər mürəkkəb olduğunu anlayır, üstəlik roman içərisində roman ideyası bu ailə gizlə-qaç oyununun nə qədər dərinlərdə olduğunu sərgiləyir…”

"Alatoran" Yayınları, 2015, 560 səh.