Sunday, March 8, 2015

"Yüz türk qadını" | Saminə Hidayətqızı
Müəllifin “Sarı sim” rubrikası altında nəşrə hazırladığı kitablar sırasında “Yüz türk qadını” uzun illərin tədqiqatı sayəsində ərsəyə gəlib. Haqqında bəhs edilən Azərbaycanda, eləcə də türk dünyasında tanınan qadın qəhrəmanların əksəriyyəti ilə yazıçı şəxsən görüşüb söhbətləşib, onların həyat yolunu, hiss və duyğularını, yaşam tərzini özünəməxsus ustalıqla qələmə alıb. Kitabda türk qadınlarının elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar, onların məişəti, dünyaya, gələcəyə baxışı, xalqına, torpağına vurğunluğu, cəmiyyətdəki rolu oxucuların geniş marağına səbəb olacaq.
“APOSTROFF”, 2012, 320 səh., 17x25, sərt, 1000


Saturday, March 7, 2015

Gözünüzü yormayın, Sadəcə qulaq asın!..
AUDİOKİTAB (Baba Pünhanın qəzəlləri)
Mp3 / 35 Mb


Friday, March 6, 2015

Məhəmməd Əmin Rəsulzadə
Azərbaycan şairi Nizami
( Çapa hazırlayan: Yadigar Türkel)

Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın görkəmli siyasi xadimi olmaqla yanaşı, həm də dəyərli bir şərqşünas olub. Onun “Azərbaycan şairi Nizami” əsəri son 70 ildəki dönəmə baxmayaraq, XX yüzildə Böyük Azərbaycandan, böyük türkdən, bilgin Nizami Gəncəvinin yaşam və yaradıcılığından yazılmış, azərbaycanlıların milli kimliyinin türklüyünü kəskin deyən ən yaxşı siyasi, ideoloji, ədəbi-bədii, tarixi mədəniyyət nümunəsidir.   
“Təknur”, 2011, 520 səh., şəkilli, 15x20, yumşaq, 200


Stiven Kinq
“Yazı sənəti” 
(ingilis dilindən Kazım Səlimov tərcümə edib)
Məşhur bestsellerlər müəllifi, ABŞ yazıçısı Stiven Kinqin “Yazı sənəti” (“On Writing”) adlı kitabının dilimizə orijinaldan birbaşa tərcüməsi işıq üzü görüb.
Azərbaycan dilində yenicə nəşr olunmuş bu əsərdə Stiven Kinq öz həyatının müxtəlif dövrlərinə aid epizodlarının təsvirini yazı yazmaq sənətkarlığı yolunda püxtələşməsi prosesinin təsviri ilə üzvi surətdə ustalıqla birləşdirib.
Kitabın xatirələr xarakterli hissələrində həmin dövrdə orta ABŞ ailəsinin (əsasən Stivenin öz ailəsinin) gündəlik həyatının fraqmentləri parlaq və dəqiq fotoşəkillər kimi əks olunub.
Kitabda yazı yazmaq sənətinin, Kinqin fikrincə, vacib qaydaları, gözə görünməyən və o qədər də sadə olmayan incəlikləri çox təbii üsullarla, əyani nümunələrlə, eyni zamanda, yazıçıya xas olan yumor, istehza, gözəl dialoqlar, lakonik təsvirlər və s.oxucuya çatdırılır.
Kitab yazı yazmaqla məşğul olan, səliqəli işləməyi sevən hər bir şəxs üçün faydalı və maraqlı ola bilər.
Müəllif: Stiven Kinq
Dil: Azərbaycan
Nəşriyyat: “Elm və təhsil”
Nəşr ili: 2015
ISBN 978-9952-8176-3-8
Səhifə: 316 səh.
Format: 84x108 1/32 (130x200 мм) 
Cildi: yumşaq
Tiraj: 200
Qiyməti: 5.00 AZN

KAMPANİYAMIZDAN SƏN DƏ YARARLAN!


Thursday, March 5, 2015

Teodor Drayzer
Cenni Herhardt


Cenni Herhardt — Amerika ədəbiyyatında realizmin ən görkəmli nümayəndələrindən biri, tanınmış yazıçı, ictimai xadim Teodor Drayzerin romanıdır. (1911)

Teodor Drayzer bu romanında pulun, kapitalın, var-dövlətin cövlan etdiyi bir dünyada Cenni kimi sadə insanların taleyini, davranışını, həyatını, mənəviyyatını pozan Amerika həyat tərzi, inhisarçı kapitalizm tənqid edilir. Burjua cəmiyyətinin mənəvi faciəsi yazıçının sosial-realizm prizmasından dolğun boyalarla əks olunur.

Müəllif: Teodor Drayzer
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2014
ISBN: 978-9952-824-54-4
Səhifə: 400 səh.
Format: 60x84 1/16 (150x200 мм) 
Cildi: yumşaq
Tiraj: 100