Wednesday, May 13, 2015

Rasim Niyaz
Yoqa. Onurğa problemlərin həlli (öz-özünə əlac)
Müəllifin oxuculara təqdim etdiyi üçüncü kitabda onurğa xəstəliklərinin səbəbləri, diaqnostikası və problemlərin həlli müfəssəl şəkildə verilib. Kitabda oxucu sadə və təsirli asanalarla tanış edilir. Bundan başqa kitabda maraqlı və faydalı məlumatlar var. Kitabda verilən tövsiyələrə riayət etsəniz və məşqləri müntəzəm şəkildə həyata keçirsəniz lazımi nəticəni, yəni səhhətin yaxşılaşmasını əldə edə bilərsiniz. Burada verilən üsullar müalicə edən həkimin məsləhətlərini və göstərişlərini əvəz etmir. Yaxşı olar ki, həkimin məsləhətlərindən sonra kitabda verilən praktiki informasiyalardan istifadə edəsiniz.
ISBN 5-86874-171-0, 2015, 116 səh.


Tuesday, May 12, 2015

Nəsiman Yaqublu
MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ. BİBLİOQRAFİYA
(3 dildə)
Bu biblioqrafiyada Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadənin həyat və fəaliyyətini əks etdirən əsərlərinin ümumi siyahısı verilib. Üç dildə - Azərbaycan, Türkiyə türkcəsi və rus dillərində hazırlanmış bu biblioqrafiyadan elm adamları, siyasi xadimlər, diplomatlar və tədqiqatçılar faydalana bilər.
ISBN: 978-9952-8278-0-4
Kitab Klubu, 2015, 464 səh.


Monday, May 11, 2015

"ƏLFƏCİN" MMC )) / foto sərgidən
Kitabları Kitab Mağazalarından soruşun!..


Friday, May 8, 2015

Təyyar Salamoğlu
M.Ə. Sabirin milli intibah idealı
Kitabda Azərbaycan satirik şeirinin böyük nümayəndəsi M.Ə. Sabirin irsinə böyük sevgi və həssaslıqla yanaşılaraq şairin elmi tərcümeyi-halı, yaradıcılıq bioqrafiyası, klassik ədəbi irslə , dünya ədəbiyyatı ilə əlaqəsi, novator keyfiyyəti müəllifin məqalələrində geniş şəkildə şərh olunmuşdur. Bu məqalələri M.Ə. Sabirin poetik irsinə yeni baxışın elmi ifadəsi kimi də dəyərləndirmək olar.
2015, 144 səh.

Bədirxan Əhmədov
XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələlər, istiqamətlər, problemlər
Monoqrafiyada XX yüzil ədəbiyyatının mərhələ və problemləri təhlil edilir. Tədqiqatda Azərbaycan ədəbiyyatının milli hərəkat dövrü və onun realizm, romantizm, maarifçi realizm, Cümhuriyyət ədəbiyyatı, sosrealizm və 60-cı illər mərhələləri, ədəbi prosesin xarakteri, nəsr, poeziya, dramaturgiyanın inkişaf yolları, eləcə də repressiyanın genezisi, mühacirət və legion ədəbiyyatı və s. problemlər çağdaş meyarlarla araşdırma obyekti olur. Monoqrafiyada yüzilin ədəbi prosesinə, mərhələ və problem təsnifatına elmi-nəzəri, konseptual baxış ifadə olunur.
“Elm və təhsil”, ISBN 978-9952-8176-0-7, 2015, 552səh., 17x24, yumşaq, 500


Kitab Sərgi-Yarmarkası - 2015
Bakı. Filarmoniya Bağı. 06.05.2015
FOTOSESSİYAMIZ:
https://www.facebook.com/media/set/?set=a.881672898565439.1073741838.601510713248327&type=1
Photos by E.Huseynov

Video: https://www.youtube.com/watch?v=COdS3K3Jafs



Saturday, May 2, 2015

Teymur Əzizov
Ölümə gedənlərin son rəqsi
Əsər 90-cı illərdə yaşayanlar və Dağlıq Qarabağda döyüşənlərinin həyat hekayətlərindən bəhs edir. Bayıl türməsi, “odinoçka” deyilən otaq. Otaqda bir məhbus var. O dörd divar arasında tək-tənha idi. Gözəl səsi olmasa da, yanıqlı-yanıqlı oxuyur. Mahnı oxuyarkən, birdən hirslə yumruğunu divara vururdu. O mahnını oxuyub qurtarandan sonra ayağa qalxaraq dəli kimi rəqs etməyə başlayır...O məhbusluq həyatından qorxmurdu. Çünki bu insan heç qorxunun və peşimançılığın nə olduğunu bilmir. Bəs onda, onun kamerada etdiklərinin səbəbi nə ola bilərdi?
2014, 288 səh..