Monday, January 11, 2016

Alipiyeva M., Vasilyeva V.
«Həvəskar tərəvəzçiliyə 666 məsləhət»

Kitab həvəskar bağban, üzümçü və gülçülər üçün təcrübi məsləhətlərdən ibarət seriya ilə buraxılan kitablardan biridir.
Kitab ona göstərilən böyük maraqla əlaqədar bolqar dilində üç dəfə nəşr olunmuşdur.
Sualların və cavabların orijinal forması ilə müəlliflər kitabda müxtəlif tərəvəz bitkilərinin becərilməsinə dair qiymətli məsləhətlər verirlər. Oxucu tərəvəz bitkilərinin ətraf mühitə tələbatı, ilin müxtəlif fəsillərində onların becərilmə üsulları, tərəvəz bitkilərinin becərildiyi örtülü tikililərlə, vegetasiya və çoxlama vaxtı onlara edilən qulluqla, daha yararlı sortlarla, müxtəlif tərəvəzin saxlanma üsulları, həmçinin əsas xəstəlik və zərərvericilər və onlarla mübarizə tədbirləri ilə tanış ola bilər.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Bakı, Azərnəşr, 2014. 312 səh.

Zaur Tahirsoy
"Xoşbəxt ailə notları"

Ailə quracağınız şəxsdə sevgi və gözəlliyə xörəyin duzu miqdarında önəm vermək lazımdır. Ailə çox mürəkkəb bir strukturdur. Onun hisslər üzərində qurulması doğru və keyfiyyətli olmaz. Çünki insan hissi dəyişkən, gözəllik isə zamanla məhv olub gedəndir.
Bakı, 2016, 176 səh.


Wednesday, January 6, 2016

"Mühasibatlığa dair məsələlər toplusu"
Müəlliflər: Radil Fətullayev, İbad İbadov, Fərid Abbaslı
Nəşr ili: 2016
Səh.: 192
ISBN 978-9952-508-28-4
Qiyməti: 12 AZN

Kitabda müasir dövrdə kommersiya müəssisələrində tətbiq olunan beynəlxalq mühasibat uçotuna dair praktiki nümunələr və onların bəzilərinin həlləri, o cümlədən maliyyə bərabərliyində əməliyyatların əks etdirilməsi, onların jurnalda qeydiyyatı, sınaq balansının (dövriyyə cədvəlinin) və maliyyə hesabatı formalarının hazırlanması, həmçinin ayrı-ayrılıqda uzunmüddətli və qısamüddətli aktivlərin, öhdəliklərin, kapitalın, gəlir və xərclərin uçotuna aid 100-dən çox məsələ və tapşırıqlar verilmişdir.
Bu kitab maliyyə və mühasibatlıq sahəsində çalışan ekspertlər, mütəxəssislər, mühasiblər və müəllimlər üçün nəzərdə tutulmuşdur. Bununla yanaşı kitabdan müəssisə rəhbərləri, menecerlər, bank sektorunda çalışan ekspertlər, mühasibatlıq üzrə təhsil alan tələbələr, magistrlər və doktorantlar da istifadə edə bilərlər.


Monday, December 28, 2015

Qabusnamə
Farscadan tərcümə edən: Rəhim Sultanov
Fars ədəbiyyatının qiymətli nümunələrindən olan “Qabusnamə” özünün məzmun rəngarəngliyinə görə geniş şöhrət qazanmışdır. Dünyanın bir çox xalqlarının dillərinə tərcümə edilmiş bu hikmət kitabı dövranın acısını-şirinini dadmış qoca atanın öz oğluna nəsihəti və vəsiyyətindən bəhs edir. Qabusnamə həyatın müxtəlif sahələrinə həsr edilmiş 44 fəsildən ibarətdir. Allahın vəsfinə həsr olunmuş birinci fəsil və peyğəmbərlərin yaranmasına həsr edilmiş ikinci fəsil nəzərə alınmazsa, “Qabusnamə” başdan-ayağa həyati məsələləri öyrətmək, yaşamaq qayda-qanunlarını təbliğ etmək arzusundan ibarətdir.
Kitab “Qabusnamə” (Bakı, Azərnəşr”, 1961) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır
Müəllif: Keykavus
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2015
ISBN -
Səhifə: 256 səh.
Format: 60x84 1/16 (140x200 мм) 
Cildi: yumşaq
Tiraj: 100

Friday, December 25, 2015

CÜRCÜ ƏDƏBİYYATI SİLSİLƏSİ
------------------------------------------
Kote Candieri. "Qloballaşma"
Kitabda müəllifin iki hekayəsi, bir povesti və bir epostolyar novellası təqdim olunur.
"Kitablar arasında, insanlar arasında olduğu kimi, yaxşı və pis mühitə düşmək olar"
2015, ADK Publishing House
Qiyməti: 6.00 AZN


Thursday, December 24, 2015

Kamran Nəzirli. "Dördüncü Möhür" (roman)
"Dördüncü Möhür" qısa hekayələr müəllifi kimi tanınan yazıçı Kamran Nəzirlinin ilk iri həcmli əsəridir. Roman 33 fəsildən ibarətdir. Maraqlı süjet xətti olan bədii-fəlsəfi-psixoloji məzmuna malik bu əsərdə yazıçı tarixi faktlardan və sənədlərdən də istifadə edib.
Romanın əsas qəhrəmanı Banu iki dəfə qaçqınlıq həyatı yaşamış gənc azərbaycanlı qızıdır. Yeniyetməlik çağlarından bəri taleyin bütün ağır zərbələrini – baba, ata, əmi, oğul və digər qohumların itkisini yaşamış bu gənc qız sınmır, Türkiyədə tibbi təhsil alır, Vətənə dönür, klinikada işə düzəlir, inadla elmin dalınca düşür; birinci evlilik həyatı, sevgisi uğursuz olur, doğma balasını itirir... Taleyin yeni zərbələri onun elmi araşdırmalarına mane olmur... dünyanın qibtə edə biləcəyi həkim-psixiatr kimi tanınır. Bundan sonra o, anlayır ki, insanların psixoloji durumunda böyük problem var, dünya əhalisinin yarıdan çoxunun psixoloji durumu acınacaqlıdır...müharibələr, etnik münaqişələr, qaçqınlıq, xəstəliklər, terrorlar... bəlkə elə bütün bunlar psixoloji pozuntularla bağlıdır? Bu qlobal problemi aradan qaldırmaq üçün gənc alim qız yollar axtarır, təlim proqramı hazırlayır. Onun psixo-analitik mülahizələri yenidir, dünya alimləri tərəfindən maraqla qarşılanır. O, dünyanın xilas olunmasının yollarını göstərməyə çalışır.
Bunlar nədən ibarətdir? Ümumiyyətlə, bu mümkündürmü? Romanda bu suallara cavab tapmaq olar.
Müəllif: Kamran Nəzirli
Dil: Azərbaycan
Nəşriyyat: “Mütərcim”
Nəşr ili: 2015
ISBN: 4702060000-292-15/026
Səhifə: 464 səh.
Format: 60x84/16 (130x200 мм)
Cildi: yumşaq
Tiraj: 2000 nüsxə
Kitabı Bakı Kitab Klubundan əldə etmək olar.


Tuesday, December 22, 2015

Fərman Eyvazlı
Qaçaq Kərəm
(2‐ci hissə)
KitabKlubu.org, 2015, 224 s.
Kitaba görkəmli yazıçımız Fərman Eyvazlının ʺQaçaq Kərəmʺ romanının ikinci hissəsindən parçalar olan ʺDüyünlü günlərʺ və ʺBir kisə qızılʺ povestləri, İsrafil ağanın həyatla vidalaşması səhnəsinə həsr olunmuş ʺAğanın ölümüʺ hekayəsiʺ və ədibin İran səfəri əsasında yazılmış ʺXoy səfəriʺ publisistik yazısı daxil edilmişdir.

© Kitab Klubu MMC