Thursday, May 19, 2016

"Naxçıvanın orta əsrlər metalişləmə sənəti" (IX-XVII əsrlər)
Rəşid Bəşirov

Kitab IX-XVII əsrlərdə Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayan Naxçıvanın metalişləmə sənətinə həsr olunub. Diyarda mühüm metal yataqları olduğundan ən qədim dövrlərdən metallurgiya inkişaf etmiş, metalişləmənin dəmirçilik, misgərlik və zərgərlik kimi müstəqil sahələr yaranmışdı.
Bakı, Nafta-Press, 2015, 232 səh. bərk cild, 250 nüsxə
Аттила /пьеса/
Юнус Огуз
пер. А. Саидов
ред. О. Буланова
События происходят в V веке н. э. Аттила - каган гуннов с 434 по 453 год, объединивший под своей властью тюркские, германские и другие племена, создавший державу, простиравшуюся от Рейна до Волги.
Баку, "Ol" MMC, 2015, 112 стр., 12х19 см. 1000 экз
ISBN 978-9952-494-61-7

Monday, May 16, 2016

Vidadi Babanlı
"ZƏMANƏ ADAMI"
(roman içində roman)
Roman yaxın keçmişimizdən - bir ictimai-siyasi quruluşdan digərinə keçid dövrünün hadisələrindən bəhs edir. Həmin dövrdə xalqımızın azadlığı və müstəqilliyi uğrunda çarpışan həqiqi vətənpərvər mübarizlərlə yanaşı, bu hərəkata öz şəxsi məqsədləri, cılız mənafeləri üçün qoşulanlar da az olmamışdır. Belələri qarışıqlıqdan maksimum bəhrələnərək lotuluq, dələduzluq, fırıldaqçılıq, cilddən-cildə girmək üsulları ilə yeni quruluşda mövqe, bolluca gəlir qazandılar, cəmiyyətin "liderlərinə" çevrildilər.
Romanın dırnaqarası qəhrəmanı Əfsun Zamanlı həmin adamların timsalı kimi qələmə alınmışdır...
Əsər canlı və dəqiq müşahidələr, gerçək həyat hadisələri əsasında yazılmışdır.
Bakı, "Elm və təhsil", 2015, 412 səh.
ISBN 978-9952-8024-3-6
Qiyməti: 7.00 AZN


Seyid Əhməd Cəmaləddin İbn Mühənna
"Hilyətül-insan və həlbətül-lisan"
(Filoloqun kitabxanası - 100)
Tərt. T. İ. Hacıyev, elmi red. M. Qarazadə
------------------
Bakı, Kitab aləmi NPM, 2008, 160 səh.; 12x20, 500 nüsxə



Friday, May 13, 2016

Bakıətrafı ərazilərə və rayonlara kitab sifarişi çatdırırıq

Kitab(lar)ınızı hələlik Sizə poçt vasitəsilə çatdıra bilərik..
Kitab(lar)ın pulunu (+ çatdırılma) 5 yolla ödəyə bilərsiniz:
 paytaxtda tanış adamınız varsa nağd əməliyyat edə bilərik; (bizə gəlməyi vacibdir)
 saytımızın milli kart xidməti vasitəsilə; (bank kartıniz varsa - MilliKart; əlavə komissiya tutulmur)
 milliön ödəmə terminalı vasitəsilə; (AGBanka / əlavə komissiya tutulmur)
 azərpoct rabitə xidməti vasitəsilə; (+ 3% elave komissiya tutulur)
 hər-hansı bankın pulköçürmə xidməti vasitəsilə ("Monex" təcili pul köçürmə sistemi - ölkədaxili komissiya haqqı 0.2%)
QEYD: ödəməyiniz öncədən gərəkdir.
Seçiminizi edin: ona uyğun ətraflı məlumat göndərək..

Thursday, May 12, 2016

3-çü 1-ndə
---------------
Qloballaşmaya Doğru
Qloballaşma və xarici investisiyalar
Kapitalizm kapitalizmə bənzəməz


Müəllif-tərtibçi: Səlahəddin Xəlilov
Əbu Turxanın hikmət dünyası
Kitabda “Əbu Turxanın hikmət dünyası” adı altında min illərin sınağından çıxmış və bu gün həqiqət yolunu nişan verən, düzü əyridən, haqı nahaqdan seçməkdə bizə bələdçi olan müdrik fikirlər toplanmışdır.
İnsan həyatının müxtəlif sahələrinə aid olan hər bir fəslə giriş mətni yazılmış, mövzular sadəcə aforizmlər vasitəsilə deyil, həm də fəlsəfi təhlil səviyyəsində işıqlandırılmışdır.
Müəllif: Səlahəddin Xəlilov
Dil: Azərbaycan
Nəşriyyat: "Çaşıoğlu"
Nəşr ili: 2012
ISBN: 978-9952-8147-1-2
Səhifə: 448 səh.
Format: 60x84 1/32 (150x220 мм)
Cildi: bərk
Tiraj: 1000