Thursday, January 5, 2017

Karl Marks
KAPİTAL. Siyasi iqtisadın tənqidi
I cild - Kapital istehsalı prosesi
[konspekt] I nəşr

Tərtib edən: Rafiq Məmmədli
Bakı, KitabKlubu.org, 2017, 392 səh.

Əlinizdə tutduğunuz kitab «Kapital»ın (1-ci cild) xülasəsi, başqa sözlə, konspektidir. Tərtibçi olduqca çətin, mürəkkəb və tarixi bir missiyanı öz üzərinə götürərək, bu formatda (!) təxmi-nən 1200 səhifədən artıq olan əsərin orijinalının ən əhəmiyyətli, ən məzmunlu, ən prinsipial və ən məlumatlı hissələrini seçib onlar arasında əlaqə yaradaraq konspektləşdirib. Nəticə etibarı ilə artıq Siyasi iqtisad dərsliyini xatırladan bu kitabı indi daha çox adam zaman ayırıb oxuya bilər... Əsəri sırf elmi məqsədlə oxumaq istəyənlərin isə bütöv – nəhəng, orijinal «Kapital» həmişə ixtiyarındadır.

© Rafiq Məmmədli
Müəllif haqları qorunur. Kitabın icazəsiz çapı, elektron versi-yasının İnternetə yerləşdirilməsi və paylaşılması yolverilməzdir.

ISBN 978-9952-8306-7-5

K.Marks. «Kapital», 1-ci cild. © Azərnəşr (1969) və © KitabKlubu.org (2016) nəşrlərindən istifadə olunub. (tərcüməçilər: M. Ağamirov, A. Gülməmmədov, S. Məlikov, C. Cabbarov; Redaktorlar: M. Mustafayev, İ. Əliyev)

Kitabı əldə etmək üçün nömrələr:
Kitab Klubu: (012) 489-84-69, (050) 404-91-13


Tuesday, January 3, 2017

Ernest Heminquey – «Əlvida, silah!» (roman)
T ə r c ü m ə   e d ə n i: Hacı Hacıyev

Roman avtobioqrafik sayılır. Yazıçı birinci Dünya Müharibəsində italyan cəbhəsində Qızıl Xaçın könüllüsü kimi iştirak edib. Milanda yaralanıb hospitala düşən Heminquey tibb bacısına aşiq olub. "Əlvida, silah!" üslub gözəlliyi və ifadəliliyi baхımından Heminqueyin ən yaхşı əsəri sayılır.
Romanın adlarına gəlincə, yazıçı onu əvvəlcə «Savaşda eşq», «Gözoxşayan», «Vaxt da yetər, sülh də», "Silahlara əlvida" adlandırmaq istəyib. Ən sonda, «Əlvida, silah!» (1929) adının üstündə dayanıb.

Müəllif: Ernest Heminquey
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2017
ISBN: 978-9952-8252-0-6
Səhifə: 320 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 100
Üstündəki qiymət: 6.5 AZN


Cəfər Cabbarlı
Mən bir susmaz duyğuyam ki...
Kitabda Azərbaycan dramaturqu, şairi və nasiri, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, əməkdar incəsənət xadimi — Cəfər Cabbarlının lirik və satirik şeirləri, hekayə və dram əsərləri, həmçinin ədəbi tənqidi məqalələri yer almışdır.
Müəllif: Cəfər Cabbarlı
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2017
ISBN 978-9952-8260-3-6
Səhifə: 472 səh.
Format: 60x84 1/16 (150x200 мм) 
Cildi: yumşaq
Tiraj: 100

Cek London. «Ağ diş»
Tərcümə edəni Kamran Nəzirli

Povest yarı canavar balası olan itin başına gələn əhvalatlardan bəhs edir. Yazıçı bu povestində itin daxili aləmini, onun hər bir hissiyatını ustalıqla qələmə almışdır. Ağ diş öncə acınacaqlı həyat sürür, lakin əsərin sonuna yaxın o, xoşbəxt həyata nail olur. Bu əsərdə ədib öz fikirlərinə də yer vermişdir. Bu isə "Ağ diş"i oxunaqlı edən amillərdən biridir. Cek London bu əsəri ilə demək istəyir ki, heyvanla insan arasında fərq yoxdur. Yəni heyvanda insan kimi şüura sahibdir, düşünür və hər bir hissi duya bilir. Əsərdə həmçinin insanın vəhşiliyi, onun ədalətsiz həyat qanunları pislənir və yazıçı bu əsərlə insanın heyvandan daha vəhşi olduğunu bildirmək istəyir..

© «Kitab Klubu» MMC, 2017
© «Yazıçı» 1991

Müəllif: Cek London
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2017
ISBN 978-9952-8252-9-9
Səhifə: 248 səh.
Format: 84x108 1/16 (130x200 мм)
Cildi: yumşaq
Tiraj: 150


Tuesday, December 13, 2016

Asif Şirinov
"Əmək qanunvericiliyinin əlifbası"
Bakı, "Digesta" nəşriyyatı, 2014, 312 səh.
Kitabda qeyd olunanlar AR ərazisində fəaliyyət göstərən, fəaliyyət növündən asılı olmayaraq bütün müəssisə və təşkilatlarda insan resurslarının idarə edilməsi işinin Əmək Məcəlləsinə uyğun aparılmasında böyük rol oynayacaq.


Monday, December 12, 2016

Hüseyn Cavid
"Mənim tanrım gözəllikdir, sevgidir…"

Kitaba Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı, yazıçı və dramaturq, Azərbaycan Şekspiri, gözəllik və sevgi şairi Hüseyn Cavidin (tam adı Hüseyn Abdulla oğlu Rasizadə : 1882–1941) “Peyğəmbər”, “Topal Teymur”, “İblis”, “Şeyx Sənan”, “Knyaz”, “Səyavuş” dramları və şeirləri daxil edilmişdir.

© Kitab Klubu, 2016

Müəllif: Hüseyn Cavid
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2016
ISBN 978-9952-8260-2-9
Səhifə: 656 səh.
Format: 60x84 1/16 (150x200 мм)
Cildi: yumşaq
Tiraj: 100


Friday, December 9, 2016

Səbuhi Rəhimli
Astro-Proqnoz 2017

Yeni il yanvarın 28-də başlayacaq...
Qitələrarası gərginlik yaranacaq...
21 avqustda hamı diqqət kəsiləcək...
Kiçiklər böyüklərin içində əriyəcək...
Planetar qarşıdurmalar artacaq...
-------------
Kitab Klubundan soruşun
Bakı, 2016, 192 səh.