Thursday, March 16, 2017

Ömər Xəyyam
Görkəmli adamların həyatı

Şamil Sultanov, Kamil Sultanov
Transliterasiya korrektoru: Dürdanə Ramazanlı

Tərcümə edəni: Vəli Həbiboğlu
Redaktoru: Şölə Quliyeva

Kitab Şərqin böyük şairi və mütəfəkkiri Ömər Xəyyamın həyat və yaradıcılığından bəhs edir. Onun bir çox dillərə tərcümə olunmuş şeirləri dünya şöhrəti qazanmışdır. Ömər Xəyyam həm də bir riyaziyyatçı və filosof kimi məşhurdur. Müəlliflər az məlum olan çoxlu materiallar əsasında Ömər Xəyyamın həyat və fəaliyyətini işıqlandırmaqla yanaşı, həm də XI–XII əsrlərdə müsəlman Şərqində mövcud tarixi şəraiti və mənəvi həyatı da geniş qələmə almışlar.

© Kitab Klubu MMC, 2017
© Gənclik, 1991

Müəllif: Şamil Sultanov, Kamil Sultanov
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2017
ISBN -
Səhifə: 360 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 50


Wednesday, March 15, 2017

Məhəmməd Füzuli
Fələklər yandı ahimdən...

(Seçilmiş Əsərləri)

Bakı, Kitab Klubu, 2017, 456 səh.

Məhəmməd Füzuli – ana dilimizdə yaranmış şerin ən gözəl nümunələri olan əsərləri ilə ədəbi-bədii dilimizi yüksəkliklərə qaldırmış, klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasına misilsiz təsir göstərən ədəbi məktəb yaratmış dahi şair və mütəfəkkirdir. Şairin türkcə əsərlər yaratması və bu dilə xüsusi diqqət yetirməsi onun türk soyundan olduğunun isbatı üçün kifayətdir.
Kitabımıza dahi şairin Leyli və Məcnun poeması və qəzəlləri daxil edilmişdir.

Qeyd: şairin poetik üslubuna və ifadə formasına xələl gəltirməmək üçün apostrof işarəsi olduğu kimi saxlanılmışdır

Kitabın hazırlanmasında bu nəşrlərdən istifadə olunmuşdur:
“Azərbaycan Ensiklopediyası” NPB, 1995, Füzuli. 2 cilddə,
“Azərbaycan” Nəşriyyatı, 1996, Füzuli. 6 cilddə

© Kitab Klubu, 2017

Müəllif: Məhəmməd Füzuli
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2017
ISBN -
Səhifə: 456 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 50


Tuesday, March 14, 2017

Məsiağa Məhəmmədi
"Şəms və Mövlana"

Kitaba sufizmin və bütövlükdə Şərq bədii-fəlsəfi düşüncəsinin ən parlaq simalarından olan Şəms Təbrizi və Mövlana Cəlaləddin Rumi haqqında müəllifin məqalələri, eləcə də onların yaradıcılığından tərcümələri daxil edilmişdir. Müəllif Azərbaycan şərqşünaslığı və ədəbiyyatşünaslığında ilk dəfə olaraq, Şəms Təbrizinin gerçək şəxsiyyəti və düşüncələri üzərinə işıq salmış, onun bioqrafiyasının bəzi qaranlıq və mübahisəli məqamlarına aydınlıq gətirməyə, eləcə də Mövlananın irəli sürdüyü fəlsəfi-ictimai təlimin yığcam və anlaşıqlı şərhini verməyə çalışmışdır. Kitabda yer almış və orijinaldan edilmiş tərcümələr Azərbaycan oxucusuna ilk dəfə təqdim olunur. Kitab şərqşünaslar, filoloqlar, ali məktəblərin müəllim və tələbələri, eləcə də klassik Şərq ədəbiyyatı ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Müəllif: Məsiağa Məhəmmədi
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2017
ISBN 978-9952-812-54-1
Səhifə: 96 səh.
Format: 60x84 1/16 (130x200 мм)
Cildi: yumşaq
Tiraj: 50


Sunday, March 5, 2017

ABUNƏÇİLƏRİN NƏZƏRİNƏ:
DƏK Seriyasından yeni 6 kitab çap olundu!
Qarşılayın!... 
1. Emil Zolya, S/Əsərləri
2. Fransua Moriak, S/Əsərləri
3. Kenzaburo Oe, S/Əsərləri
4. XX əsr ədəb. antologiyası I cild
5. XX əsr ədəb. antologiyası II cild
6. İtalyan ədəbiyyatı kitabxanası
Beləliklə DƏK layihəsindən ümumilikdə 130 kitab çap olunub.
Yolunuzu gözləyirik...
---------------------------
Ünvanımız:
Təbriz küçəsi (keçmiş Çapayev), Tələt Şıxəliyev 14
(Şuşa restoranının yaxınlığı / 4saylı poliklinika) Nərimanovla 28 mayın arası. (hər iki tərəfdən 5№li qırmızı BakuBus*-lar gəlir)
Əlaqə nömrələri: 012 489 84 69, 050 404 91 13


Friday, February 24, 2017

Calal Bərgüşad
Sıyrılmış qılınc (tarixi roman)

Calal Bərgüşadın "Sıyrılmış qılınc" tarixi romanı məşhur xalq sərkərdəsi Babək Xürrəminin ölməz həyatına həsr edilmişdir. Romanda Babəkin azadlıq və istiqlaliyyət uğrunda xilafətə qarşı apardığı bir sıra şanlı döyüşlər, o dövrün tarixi xronologiyası təsvir olunur.
Bakı Kitab Klubu, 2017, 436 səh.


Wednesday, February 8, 2017

Vladimir Bartol
ƏLAMUT (tairixi roman)

Tərcümə etdi: Rəvan Musayev
Redaktor: Elxan Rzayev
Korrektor: Sevinc Rzayeva

Roman oxucunu XI yüzilliyə, Böyük Səlcuq Dövlətinin hökmranlığı dövrünə aparır. İslam dini, şərq fəlsəfəsi, hakimiyyət uğrunda mübarizə, dövrün tarixi hadisələri müəllif tərəfindən elə təsvir edilmişdir ki, sanki hər şey oxucunun ətrafında cərəyan edir. İnsan özünü zamanın müasiri kimi hiss edir və əsərin bəxş etdiyi ovsunlu abu-havadan bir an belə ayrılmaq istəmir.
Bakı Kitab Klubu, 2017, 432 səh.


Thursday, February 2, 2017

Donald J. Trump
Meredit Makiver

Çempion kimi düşün
Maqnatın həyat və biznes haqqında düşüncələri

Azərbaycan dilinə tərcümə edən:
Elxan Rzayev

4,5 milyard dollar mülkiyyəti ilə dünyanın ən nəhəng biznesmenlərindən biri. Manhettendəki ən yaxşı daşınmaz əmlakın 2 milyon kvadratmetrinə sahib olan tikinti maqnatı. Onun adı brendə çevrilib və milyon dollara satılır. Onun həyat hekayəsi yüksəliş və enişlərlə doludur, lakin o, hər bir böhrandan sonra mütləq yüksəlir və əvvəlki zirvəsindən də yuxarı qalxır.

© Kitab Klubu MMC, 2017

Müəllif: Donald J. Trump, Meredit Makiver
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2017
Səhifə: 216 səh.
Format: 60x84 1/16 (120x180 мм)
Cildi: yumşaq
Tiraj: 100