Tuesday, April 17, 2018

Саттар Ахундов
Мы о животных и животные о себе
(редактор: Чичек Эфендиева)

Книга рассчитана для детей старших группы детских садов и школьников начальных классов. В юмористическом ключе животные отзываются о себе и окружающем мире.
Интересно и познавательно для детей.

2016, 136 стр.


Saturday, April 14, 2018

Məti OSMANOĞLU
Ədəbiyyat nəzəriyyəsi
M Ü N T Ə X Ə B A T

Bakı Dövlət Universitetinin filologiya fakültəsinin
elmi şurasının qərarı ilə təsdiq edilmişdir

Ali məktəb tələbələri üçün nəzərdə tutulmuş bu kitabdan ümumtəhsil məktəblərinin dil və ədəbiyyat müəllimləri, eləcə də ədəbiyyat maraqlıları istifadə edə bilərlər.

© Bayramlı Məti Osman oğlu
© Bakı. Kitab Klubu, 2018, 474 səh.

MÜNDƏRİCAT
http://docdro.id/P33yts9


Thursday, April 5, 2018

Kitabın adı: Hesab vaxtı
Janr: Detektiv
Format: 135x200
Səh.: 208
Nəşriyyat: Parlaq İmzalar
İl: 2018

Və... Bir gün Nicat bütün Bakını dəhşətə gətirən cinayətdə - soyğun məqsədilə bir mənzilə girib, evdəkiləri qətlə yetirməkdə ittiham edilir. Bəs onu bu işdə günahlandıran adam kimdir, ondan nə istəyir? Nicatın kimisə, heç olmasa, ən yaxınlarını özünün günahsızlığına inandırması mümkündürmü? Bu çətin vəziyyətdən necə çıxmalı? Düşdüyü mürəkkəb situasiyada təklənən Nicat çıxış yolu axtarmağa başlayır. Nəyin bahasına olursa olsun...

“Onun tamam başqa - normal insan zəkasına sığışmayan bir məqsədi varmış. Mən bunun nə olduğunu hələ də tam şəkildə anlamamışam. Təkcə onu bilirəm ki, əsas məsələ ağlasığmaz bir oyuna start vermək və məni bu oyunun faciəvi qəhrəmanına çevirmək idi. Taleyi öncədən bəlli olan faciəvi qəhrəmana...”

Müəllif: Simran Qədim (Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü (2015), “Əcəl düyünü” romanının müəllifi)


Saturday, March 31, 2018

Əlibala Hacızadə. /Povestlər/

Kitaba görkəmli yazıçının şeirləri və “Unutmaq
olmur”, “Məhəbbət olmayan evdə”, “Piyada adam”,
“Atamın gəlini” povestləri daxil edilib.

Bakı, KitabKlubu.org, 2018, 192 səh.
© Kitab Klubu MMC, 2018


Monday, March 26, 2018

F. M. Dostoyevski – “Seçilmiş əsərləri”
F.M.Dostoyevskinin yaradıcılığı rus ədəbiyyatı tarixində özünəməxsus yer tutur, Onun yaradıcılığı insanın özünü dərketmə mədəniyyətini zənginləşdirmiş və dünya ədəbiyyatında realizmin inkişaf etməsi üçün zəngin bir xəzinə olmuşdur.
Ədib qeyri-adi bir istedada malik idi; o, insan iztirablarına, alçaldılan, təhqirə məruz qalanlara daha çox həssas idi.
Böyük rus tənqidçisi Belinski deyirdi ki, o, qeyri-adi və bənzəri olmayan bir istedaddır.
Sizə təqdim etdiyimiz bu kitaba yazıçının «Bəyaz gecələr», «Netoçka Nezvanova», «Dəyyus» və «Utancaq qız» əsərləri daxil edilmişdir.


Wednesday, March 14, 2018

"Ölmək asan deyil"
Amerika və ingilis yazıçılarının əsərlərindən tərcümələr

İngilis dilindən tərcümə edənlər:
ZEYDULLA AĞAYEV,
QABİL ƏHMƏDOV

Bakı, KitabKlubu.org,
© Kitab Klubu MMC, 2018

Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2018
ISBN: -
Səhifə: 288 səh.
Format: 60x84 1/16 (130x200 мм)
Cildi: yumşaq
Tiraj: 100 nüsxə


Monday, March 12, 2018

Müəllif: Eşli Vens
İlon Mask:Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə
Tərcümə: İbrahim Nəbioğlu

Dil: Azərbaycan
Nəşriyyat: "Altun Kitab" MMC
Nəşr ili: 2018
ISBN: 978-9952-24-337-6
Səhifə: 416 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 1000