Wednesday, June 6, 2018

Hüseyn Baykara. İran inqilabı və azadlıq hərəkatları
Türk dilindən çevirən: Cavanşir Yusifli

Kitabda XX əsrin əvvəllərində dünyada həlli müşkül olan siyasi, iqtisadi və sosial-intellektual problemlərin xalqların, millətlərin taleyinə təsiri, milli oyanış, bu oyanışın fonunda İranda cərəyan edən ictimai-siyasi proseslər öz əksini tapmışdır. Müəllif yazır: "Uzun sərhəddi ilə Türkiyəyə qonşu olan bir İran dövlə­ti, bir də İran xalqları var. Şahənşah Məhəm­məd Rza tərəfindən idarə olunan bu ölkə dünya üçün bir qapalı qutu kimidir. Bu o deməkdir ki, ölümlə, zülümlə, haqsızlıqla, əsarət və ədalətsizliklə istibdad üsuluyla idarə edilən zavallı İran ölkəsi və xalqları haqqında dünya heç nə bilmir. Hal­buki XX əsrin əvvə­lindən indiyə kimi İranda, İran xalq­ları arasında zülmə və istibda­da qarşı eynən Qərbdəki fikir hərəkatları kimi üsyanlar olmuş, mübarizələr aparılmış, qanlar axmış, haqlar əldə edilmiş və bir az sonra yenə tapdalanmış, bir daha qanlar axmış, müba­ri­zə davam etmişdir, bu gün də bu mübarizə dayanma­mışdır."

© Kitab Klubu MMC, 2018
© İstanbul, 1978

Müəllif: Hüseyn Baykara
Dil: Azərbaycan
Nəşriyyat: KitabKlubu.org
Nəşr ili: 2018
ISBN: -
Səhifə: 232 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 200


Friday, June 1, 2018

əvahirləl Nehru. ÜMUMDÜNYA TARİXİNƏ NƏZƏR
Tərcümə: Tahir Paşazadə

Kitaba dünyanın görkəmli siyasi xadimlərindən biri, Hindis-tan milli-azadlıq hərəkatının lideri və ilk baş naziri olmuş Cəvahirləl Nehrunun məhbəsdə ikən qızı İndira Qandiyə (1980-1984-cü illərdə Hindistanın baş naziri olmuşdur) yazdığı məktublar daxil edilmişdir. Əsərdə həmçinin, bəşər sivilizasi-yasının ikinci dünya müharibəsinə qədərki tarixinin əsas hadisələri qısaca şərh şəklində oxuculara təqdim olunub.

Müəllif: Cəvahirləl Nehru
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2018
ISBN: -
Səhifə: 420 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 150


Monday, May 21, 2018

SİYASİ MÜHACİRİN XATİRƏLƏRİ
Abbas bəy ATAMALIBƏYOV

İngiliscədən çevirəni və ön sözün müəllifi : İsmayıl Umudlu

Müəllif: Abbas bəy ATAMALIBƏYOV
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2018
ISBN: -
Səhifə: 82 səh.
Format: 70x100 1/32 (120x170 мм)
Cildi: yumşaq
Tiraj: 100


Saturday, May 19, 2018

Şirvanşahlar dövləti / Государство Ширваншахов
Sara Aşurbəyli / Сара Ашурбейли

Kitabda Azərbaycanın orta əsr dövlətlərindən biri olan Şirvanşahlar dövlətinin sosial-iqtisadi, siyasi tarixi və mədəniyyəti araşdırılır. Şəhərlərin iqtisadi vəziyyəti, əhalinin sosial tərkibi, feodal cəmiyyətinin quruluşu, Şirvanşahlar sülalələrinin tarixi açıqlanır. Əsər numizmatik, epiqrafık və arxeoloji materiallara əsaslanaraq bir sıra Şərq (ərəb, fars, türk), gürcü, rus, Qərbi Avropa mənbələrinə istinadən yazılmışdır.
Kitab tarixçilər, şərqşünaslar, ali məktəbələrin müəllim və tələbələri, eləcə də Azərbaycanın zəngin tarixi keçmişi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Müəllif: Sara Aşurbəyli / Сара Ашурбейли
Dil: Azərbaycan, Русский
Nəşriyyat: "Əbilov, Zeynalov və oğulları" MMC
Nəşr ili: 2006
ISBN 5-87459-229-6
Səhifə: 670 səh.
Format: 70x100 1/16 (210x300 мм)
Cildi: bərk
Tiraj: 500

https://www.instagram.com/p/BighaoeFyPc/?taken-by=kitab_klubu


Tuesday, May 15, 2018

Namiq Mənsurlu və Sahil Murtuzayev
“Mikroiqtisadiyyat” dərslik

Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 25.01.2018-ci il tarixli F-75№-li əmri ilə təsdiq edilmişdir.

Müəllif: Namiq Mənsurlu və Sahil Murtuzayev
Dil: Azərbaycan
Nəşriyyat: Bakı Biznes və Kooperasiya kolleci
Nəşr ili: 2018
ISBN: 978-9952-37-030-0
Səhifə: 168 səh.
Format: 70X100 1/16 (170x240 мм)
Cildi: yumşaq
Tiraj: 300


Friday, May 11, 2018

Fərman Kərimzadə. Qoca qartalın ölümü

F.Kərimzadənin bu sonuncu tarixi romanında XVIII əsrdə baş verən hadisələr öz əksini tapır. Bu romanda da tarixi mənbələrin təsiri hiss olunur (xüsusilə “Qarabağnamə”lər), ancaq burada da tarixi həqiqətlə bədii həqiqət bir-birini tamamlayır. Qoca qartal simvolik obrazdır – yazıçı rus imperiyasına işarə edir. O ölürsə də, yeni, cavan qartallar səmaya uçur və beləliklə, rus imperiyasının işğalçılıq siyasəti davam edir. İkiyə bölünmüş Azərbaycandan sonra yeni ölkələr, məmləkətlər fəth edilir, çarı Qırmızı imperiya əvəz edir. Fərman Kərimzadənin Qarabağ xanlığının tarixinə həsr etdiyi “Qoca qartalın ölümü” romanı uzun illər apardığı səmərəli axtarışların məhsuludur. Müəllif romanı 1988-ci ildə Yaltada yazmış, əsər 1991-ci ildə çap olunmuşdur.
Romandakı hadisələr Qarabağda cərəyan edir, əsərdə Qarabağ xanlığı haqqında tarixi mənbələr əsasında maraqlı məlumatlar verilir.
Kitaba romandan əlavə ədibin povest və hekayələri daxil edilmişdir.

Müəllif: Fərman Kərimzadə
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2018
ISBN: -
Səhifə: 192 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 100


Monday, May 7, 2018

Bayramzadə E.Ə. Fəlsəfə. Dərs vəsaiti

Oxucuların diqqətinə çatdırılan “Fəlsəfə” dərs vəsaiti ali təhsil məktəbləri üçün nəzərdə tutulmuş standartlar əsasında hazırlanıb. Dərs vəsaitində fəlsəfə tarixinin əsas mərhələləri, varlıq, idrak kimi fundamental fəlsəfi problemlər ətraflı izah edilmişdir. Eyni zamanda insan və cəmiyyət, elm, mədəniyyət və sivilizasiya, müasir dövrün qlobal problemlərinin fəlsəfi təhlilinə geniş yer verilmişdir.

Dərs vəsaitinə daxil edilmiş materiallar tələbələrdə geniş dünyagörüşünün, həmçinin onlarda tənqidi təfəkkür tərzinin formalaşmasına kömək edəcək. Vəsait ali təhsil məktəblərinin bakalavr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulsa da, ondan müəllimlər, magistr və fəlsəfəni müstəqil şəkildə öyrənənlər də istifadə edə bilər.

Müəllif: Elşən Bayramzadə
Dil: Azərbaycan
Nəşriyyat: KitabKlubu.org
Nəşr ili: 2018
ISBN: 978-9952-37-064-5
Səhifə: 254 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 200