Saturday, September 15, 2018

Rəşad Nuri Güntəkin. Dodaqdan qəlbə
Tərcümə: Məryəm Axundova

Roman kiçik yaşlarında çoxlu əziyyət və məşəqqətlər yaşayan Hüseyn Kənanın həyatından bəhs edir. Uşaqlığı çətin keçən Kənan məşhur bəstəkar ikən san-şöhrət onun başını gicəlləndirir, keçmişdəki ağrılı-acılı illərinin intiqamını alırmış kimi əyləncəli, qayğısız bir həyat yaşamağa qərar verir. Bu yolda o hətta onun musiqisinə dəlicəsinə vurulan gənc, saf Lamiənin həyatını məhv etməkdən belə çəkinmir. Yetim, köməksiz qızı həyatın axarına buraxaraq gələcəyi üçün xeyirli olacağını düşündüyü Cavidanla ailə həyatı qurur. Lakin bu izdivac ona xoşbəxtlik gətirmir. Sonda yalançı şan-şöhrət, zəngin həyat tərzi onu bezdirir, əvvəlki həyatına qayıtmağı, hüzuru lamiyənin sevgisində tapmağı çox arzulayır. Bu istək onda xəstəlik halını alır. Lamiyəyə qovuşmaq istəsə də, buna nail ola bilmir və həyatına intiharla son qoyur.
Lamiə isə həyatın bütün zərbələrinə baxmayaraq qızı Məbrurə ilə birlikdə öz namusunu qoruyub yaşamağı bacarır və sonda həqiqi sevgisinə qovuşur.
"Dodaqdan qəlbə" romanı lirik-realist üslubda yazılsa da, müəllif bu əsərdə dövrünün ictimai problemlərinə də biganə qalmamışdır. Əsərdə öz məhəbbəti naminə əzablara düçar olan Lamiənin məşəqqətli həyatı və məxsus olduğu cəmiyyətin ziddiyyətləri real bədii təsvirlərlə verilmişdir.

Müəllif: Rəşad Nuri Güntəkin
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2018
ISBN -
Səhifə: 320 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 50


Saturday, September 8, 2018

27 möcüzə. İqor Mojeyko
Tərcüməçilər: T. Əliyev, Ç. Hacıyev

Qədim yunanlar belə hesab edirdilər ki, dünyanın yeddi möcüzəsi var. Bu kitabda yunanlara məlum olmayan digər iyirmi yeddi möcüzə haqda danışılır. Oxucu Asiya xalqlarının qədim mədəniyyət abidələrinin – Suriya və Livanın böyük şəhərləri, hind memarlığının möcüzələri və Birma paqodaları, Böyük Çin səddi və Orta Asiyanın məscidləri, Qədim Kambocanın paytaxtı – Anqkorun taleyi və yaranma tarixi ilə tanış olacaqdır.

Müəllif: İqor Mojeyko
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2018
ISBN 978-9952-8260-5-0
Səhifə: 272 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 50


Monday, August 27, 2018

Учебник арабского языка
Али Аскер Мамедов

Книга ставит своей целью дать такие знания по лексике и грамматике современного арабского литературного языка, на основании которых по окончании I курса можно было бы правильно читать и переводить с помощью словаря незнакомые арабские тексты с относительно простым синтаксисом и правильными глаголами, обмениваться вопросами и ответами, устно к письменно излагать на изучаемом языке содержание прочитанных арабских текстов.
Учебник предназначен для изучения арабского языка под руководством преподавателя. Однако читатели, имеющие навыки работы над иностранными языками, могут пользоваться им также в качестве самоучителя.

Автор: Али Аскер Джафар оглы Мамедов
Языки: Русский
Издательство: "Zerdabi LTD" MMC
ISBN 978-9952-808-75-9; 2018 г.
Страниц: 716 стр.
Формат: 70x100 1/8 (170x240 мм)
Тираж: 500 экз.
Переплёт: тв. обложка


Saturday, August 4, 2018

Çingiz Qurbanov
Azərbaycanda pul tədavülü və bank işinin təkamülü
(B.e.ə. IX əsr-2014-cü il)


Friday, August 3, 2018

Hamlet İsaxanlı
“Əlkimya: Elm, Sənət və Mistika”

Kitabda Əlkimyanın vətəni olmağa əsas namizəd sayılan qədim Misir və sonra Mesopotamiya, Yunan və Roma sivilizasiyaları, Çin və İslamın hegemon olduğu dövrlər və nəhayət, Orta Əsrlər Avropası diqqət mərkəzində olmaqla dünya əlkimya tarixinə baş vurulur, müqayisəli təhlil nəticəsində müəyyən ümumiləşmələr aparılaraq, oxşarlıqlar və fərqlər qeyd edilir. Əlkimyanın elmi və texnoloji, həmçinin iqtisadi və ticari tərəfləri, qızıl və gümüşün fiziki-kimyəvi xassələri, mənəvi və ictimai tərəfləri, metalları qızıl və gümüşə çevirmə cəhdləri, həmçinin gəncləşmə və ölümsüzlük bəxş edə bilən eliksir axtarışı barədə, bu sahələrdə yaradıcı fəaliyyət göstərənlər haqqında söhbət açılır.

Yeri gəldikcə əlkimya ilə sıx bağlı olan tibb, farmakologiya və botanika, metal və minerallar, fəlsəfə və mistika üzərində durulur. Müxtəlif əfsanə və rəvayətlər, səyahət və savaşlar, kitablar və ensiklopediyalar haqqında söhbət edilir. Ana və ya təməl elementlər, xüsusilə, onların bəs etmədiyini ortaya qoyan və əlkimyanın canı sayılan civə, kükürd və duz kimi maddələr ətrafında cərəyan edən hadisələr diqqət mərkəzinə qoyulur.

Anlaşıqlı dildə yazılan bu monoqrafiya mütəxəssislər, tələbələr və geniş oxucu dairəsi üçün nəzərdə tutulmuşdur.

Müəllif: Hamlet İsaxanlı
Dil: Azərbaycan
Nəşriyyat: "Xəzər Universiteti Nəşriyyatı"
Nəşr ili: 2018
ISBN: 978-9952-20-115-4
Səhifə: 420 səh.
Format: 60x84 1/16 (150x210 мм)
Cildi: bərk / supercild
Tiraj: 300 nüsxə


Thursday, August 2, 2018

Vüqar DƏMİRBƏYLİ
X Ə Y A N Ə T
(hekayələr)

Vüqar Dəmirbəyli bu gün Azərbaycan hüdudlarından kənarda ən çox çap olunan və tanınan yazıçılardan biridir. Əsərləri ölkəmizdən başqa Rusiyada, Almaniyada, Avstriyada və ABŞ-da dərc edilmişdir. Kitabda toplanmış, müəllifin 35 ildən artıq müddətdə yazmış olduğu seçmə hekayələrin bir qismi əvvəllər Bakıda çap olunsa da, onların əksəriyyəti Azərbaycan oxucusuna ilk dəfədir təqdim olunur.

Müəllif: Vüqar DƏMİRBƏYLİ
Dil: Azərbaycan
Nəşriyyat: Kitabklubu.Org
Nəşr ili: 2018
Səhifə: 360 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 100