Thursday, April 9, 2020

Hacı Zeynalabdin Tağıyev: Öz dövrünün aynasında
Mətni transfoneliterasiya və tərtib edənlər: Əbülfəz Haşimoğlu, Әkrəm Bağırov, Paşa Әlioğlu

Məşhur mesenat, maarifpərvər Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin tariximizin 1920-ci ilə qədərki dövründə apardığı abadlıq işləri, incəsənət və elm qarşısındakı xidmətləri, şəxsi vəsaiti ilə ən görkəmli ziyalılarımıza təhsil verdirməsi hamımıza məlumdur. Lakin təəssüf ki, bu görkəmli şəxsiyyətin həyatı, mütərəqqi fəaliyyəti hələ də öz layiqli qiymətini almayıb.
Təqdim olunan kitab hələ yüz il bundan əvvəl Bakı neftindən gələn pulların qeyri-neft sektoruna yönəldilməsinin zəruriliyini dərk etmiş və bu işi həyata keçirən Hacını millətə tanıtmaq istiqamətində atılmış ilk ciddi adımlardan biridir. Kitaba N.Nərimanovun böyük maarifçi haqqında yazdığı əsər, A. Şaiqin qardaşı Axund Yusif Talıbzadə tərəfindən yazıldığı ehtimal olunan kitabın mətni, həmçinin əsrin əvvəllərində nəşr olunmuş “Himəm ər-rical” (“Kişilərin himməti”) kitabından H.Z.Tağıyevin gördüyü işləri əks etdirən bir sıra tarixi sənədlər, ona ithaf olunmuş şeirlər və ona gələn məktublar daxil edilmişdir.
“Pergament”, 2020, 216 səh.


Saturday, December 28, 2019

Məmməd Əmin Rəsulzadə. Panturanizm haqqında. Qafqaz problemi ilə əlaqədar / Ön söz, qeyd və şərhlərin müəllifi Aydın Balayev. Bakı, 2020, “JekoPrint” Çap Evi, 72 səh.
М.А. Расул-заде, О пантуранизме. В связи с кавказской проблемой, Репринт - Баку, Издательский дом «JEKOPRINT», 2020, 72 стр.
Kitabda ötən əsrin 20-30-cu illərində SSRİ-nin türk-müsəlman xalqlarının və ilk növbədə Azərbaycan türklərinin sovet rejiminə qarşı apardığı milli mücadiləni ləkələmək və gözdən salmaq üçün rus və erməni siyasi müharicətinin əl atdıqları iftira və böhtanları ifşa etmək məqsədilə M.Ə. Rəsulzadənin yazdığı iki məqalə - “Rusiyanın köləliyində” və “Nə “peyin”, nə də “material”, eləcə də “Panturanizm və Qafqaz problemi” adlı məruzəsi yer almışdır.
Kitab tarixçilər, politoloqlar, filosoflar və ictimai-siyasi fikir tariximizlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
© Ramiz Abutalıbov
ISBN 978-9952-8375-7-5


Tuesday, December 3, 2019

İlham Şaban. “Azəri-Çıraq-Günəşli” – 25
Faktlar, sənədlər və rəqəmlər toplusu
Bakı, JekoPrint Çap Evi, 2019, 192 səh.
ISBN 778-9952-83-69-81


Thursday, November 28, 2019

AFORİZMLƏR və MÜDRİK KƏLAMLAR

Hər kəsin hikmət dəryasına, müdriklərin kəlamlarına ehtiyacı vardır. Biz də öz süzgəcimizdən keçirib bəyəndiklərimizi bu kitabımızda toplamağa çalışdıq. Gözyorucu mövzulardan qaçanda, burada dahilərin hikmətli kəlamlarını oxuyub
az da olsa təskinlik tapmaq ümidi ilə...
Xoş mütaliələr!..

“Pergament”, 2019, 268 səh
© Baku Book Club, 2019


Wednesday, November 6, 2019

МУХАММЕД ЭМИН РАСУЛЗАДЕ
ИСТОРИЯ ВОЗНИКНОВЕНИЯ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ

Газета «Азербайджан», на Русском языке.
28-го мая 1919-года, № 110

Баку, JekoPrint, 2019, 152 стр. ISBN 978-9952-8369-9-8
В книге вкратце прослеживается исторический путь возникновения Азербайджанской Республики (1918-1920 гг.)
© Ядыгяр Тюркел


Tuesday, August 20, 2019

Ənvər Zeynaloğlu Mustafayev
"Sirli əbədiyyətin astanasında" 
(xatirələr və düşüncələr)

Axır ki, gəlib Böyük Qafqaz sıra dağlarının tam zirvəsinə çatdıq. Burada ətraf dümdüz idi. Buralar əsl alp çəmənlikləri idi, ətrafda ağaca bənzər heç nə görsənmirdi. Yayın ən isti vaxtı olmasına baxmayaraq hər tərəf yam-yaşıl ot və gül-çiçəklə dolu idi. Büllur kimi su çeşmələri qaynayırdı. Göylə yer sanki biri-birinə bitişmişdi. Gül-çiçək ətrindən və ətraf mənzərənin gözəlliyindən adam bihuş olurdu. Göy üzü buludsuz və günəşli olsa da havanın soyuqluğu hamını isti geyinməyə məcbur edirdi. Burada qaynayan bulaqların əmələ gətirdiyi dumduru çayların bir hissəsi cənuba – aran tərəfə, digər hissəsi isə şimala – Dağıstan tərəfə axırdı. Həmin vaxtlar vahid Sovet Sosialist Respublikaları İttifaqı adlı dövlətdə yaşadığımıza görə Azərbaycanla Rusiyanın tərkibində olan Dağıstan arasında heç bir sərhəd xətti yox idi. Hazırda isə iki ölkə arasındakı sərhəd xətti məhz bu yerlərdən keçir. Xalq arasında bu yerin adına “Dindi” deyilirdi. Bu sözün dəqiq mənasını heç kəs bilməsə də yəqin ki, “çox soyuq yer”, “şaxtalı yer” mənasını verirdi. Belə ecazkar məkanda bir daha və axırıncı dəfə olaraq atlara və özümüzə istirahət verdik və nahar etdikdən sonra yola düşdük. 
* * *
Kitabda bir insanın keçdiyi enişli-yoxuşlu həyat yollarından bəhs olunur. Müəllif uşaqlıq və gənclik illərində gəzdiyi, gördüyü yerlər haqqında maraqlı məlumat verir, dünyada və ölkədə cərəyan edən hadisələrə öz münasibətini bildirir.
“Pergament” N.E., 2019, 222 səh.


Friday, August 16, 2019

Исмихан Юсубов
Моя армейская одиссея и латышские друзья (1964-1967)

Баку, "Ecoprint", 2019, 60 стр. ISBN 978 9952291035
Данная книга состоит из воспоминаний бывшего солдата Исмихана Юсубова о своей воинской службе и о своих латышских армейских друзьях.
Возвращение Одиссея или путь длиною в 55 лет (2019-1964)
Баку, "Ecoprint", 2019, 104 стр.
В данной книге описываются встречи бывшего солдата Исмихана Юсубова со своими латышскими армейскими друзьями, предыстория и постистория этих встреч, а также его планы на будущее в этом направлении.