Thursday, June 3, 2021

 HƏYATINDAN ŞİKAYƏTÇİSƏNSƏ MƏŞHURLARIN HƏYATINI OXU!

Kitabın adı : Tanımadığımız məşhurlar
Müəllif : Dale Carnegie
Nəşriyyat : Pergament | 2021
Tərcüməçi : Müşfiq Məmmədov
Çəkisi : 250 (qram)
Qiymət : 6 AZN



Saturday, May 29, 2021

 Azərbaycanca-farsca lüğət. 1-ci nəşr. İki cilddə

Tərtib edənlər: Möhsün Nağısoylu
Əkrəm Bağırov
Şəhla Abdullayeva
Lüğətə 60000 söz və söz birləşməsi daxil edilmişdir.
Lüğətdə sözlərin həm latın, həm də ərəb-fars qrafikası ilə yazılış forması verilmişdir.
Bakı, "Şərq-Qərb", 2020.
1-ci cild - 672 səh.
2-ci cild - 656 səh.
ISBN 978-9952-498-52-3



Thursday, May 6, 2021

 İrşad İbrahimov, "Tarixin olaylarında"

Kitabda Azərbaycan və onu əhatə edən dost və dost olmayan ölkələrin tarixləri yeni baxımdan verilib, insan psixologiyasının bəzi cəhətləri əks etdirilib, iki dünya dini və bəzi dini-siyasi cərəyanların və, həmçinin kommunizm və faşizm əqidələrinin mahiyyətinə nüfuz edilib, insanın gənclik dövrü ilə əlaqədar bir məsələ araşdırılıb və əsrlərin və minilliklərin bəzi dərsləri Azərbaycan mövqeyindən təhlil edilib, göstərilib ki, vətənə sevgi platonik yox, real olmalıdır.
İki nəhəng tarixi sima - Mete və Bilgə xaqanların kitabda verilmiş Tanrıya çağırış və xalqa müraciəti oxucunu həyacanlandırır və ona təqlid üçün sağlam nümunələr göstərir.
Oxuculara təqdim olunan bu kitab Bilgə xaqanın yüzilliklərin arxasından eşidilən və çağdaş dövrümüzdə də aktuallığını itirməmiş “Ey türk, ayıl və özünə dön!” çağırışının təsirilə yaranıb.
Bəzi mübahisəli və stereotipləşmiş məsələlər kitabda yeni baxımdan izah edilib.
Bakı-"Ləman Nəşriyyat Poliqrafiya" MMC-2019, 820s.
ISBN: 978-9952-445-49-9




Tuesday, January 12, 2021

КАВКАЗСКИЕ СОРВИГОЛОВЫ (Роман) Али Кафкасьялы

Перевод: Азиз Айтматов
Редактор: Проф. Шуреддин Мамедли
Изображение на обложке:
Харун Шахин
Издательство: «Пергамент», 2021, 440 стр.
ISBN 978-9952-8387-6-3
© Ali Kafkasyalı





Monday, November 23, 2020

 Mehriban Vəzir

"Cümhuriyyət Qadınları: xidmətlər... aqibətlər..."
____________________________________________
“Cümhuriyyət qadını: xidmətlər... aqibətlər...” kitabı Azərbaycan qadınının Cümhuriyyət quruculuğunda iştirakçılığına, milli azadlıq davasına həsr edilib. Tariximizin bu qürur səhifəsi, əlbəttə, bir kitaba sığacaq qədər deyil, bu işi davam etdirmək, xidməti olan hər kəsin adını anmaq arzusundayıq. Tariximizin məhz fərdlər – ictimai xidməti olmuş şəxsiyyətlər üzərindən öyrənilməsi, təbliğ edilməsi yolunda çalışmalarımız davam edəcək. Çünkü tarixin yaradıcıları fərdlərdir. Tarix fərdlər üzərindən yürüyüb və yürüməkdədir.
____________________________________________
152 səh.
Çap tarixi: 05.11.2020
Format: 14x20
ISBN: 978-9952-8407-3-5
JekoPrint Çap Evi



Thursday, November 5, 2020

 AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi şurasının 6 aprel 2020-ci il tarixli 3 saylı iclasının qərarı ilə nəşr edilib.

AĞLAYA-AĞLAYA GÜLƏN ŞAİRLƏR
(Dəxil, Qumri, Raci, Sərraf, Şükuhi, Şüai,
Nəbati, Fəqir, Dilsuz, Aciz, Pürqəm, Rayiz)
Redaktor: MƏMMƏDAĞA SULTANOV
Tərtib edib çapa hazırlayan: ƏKRƏM BAĞIROV
Mətnləri transfoneliterasiya edənlər:
ƏKRƏM BAĞIROV, MAHİRƏ QULİYEVA, ARİF RAMAZANOV, FƏRRUX FƏRMANOV, NAZİM RİZVAN
Mətni yığdı: Elmira Manafova
Korrektor: Nəzrin Atabəyli
Kitaba Sovetlər dönəmində mərsiyə şairləri kimi təqdim olunan və tədqiqatlardan kənarda qalmış XIX əsr Azərbaycan müəlliflərinin əsərlərindən nümunələr daxil edilmişdir.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
© Əkrəm Bağırov, 2020
© AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2020
© Pergament Yayın Evi, 050/070 4049113



Friday, October 30, 2020

 Maqnit  İnsanlar

Sirləri və Onlar kimi olmağın yolları

Rocer Frits


Tərcümə:  Müşfiq Məmmədov

Bakı, “Pergament” Yayın Evi, 2020, 150 səh.


Kitabın nəşr və yayım hüquqları “Pergament” Yayın Evinə məxsusdur. Nəşriyyatın razılığı olmadan kitabın təkrar nəşri və yayımı qadağandır.

© Pergament Y.E., 2020

ISBN: 978-9954-0101-0-5


Kitabı əldə etmək üçün:


Zəka Kitab Evi: (012) 599-01-54, (050) 519-04-54

Baku Book Club: (012) 489-84-69, (050) 404-91-13


-------------------------------

Kitabdan 1 parça:


Problemləri həll edərkən nəzərə alınması vacib olan üsullar 

Problem həllində aşağıdakı 7 addımı məsləhət görürəm:

Birinci addım: Problemi təyin edin. Pis xəbərləri gizlətməyin! Gizli qalan problemləri həll etmək olmur. 

İkinci addım: Düzgün suallar verin. Problemi həll etmək və ya bir işi görmək üçün lazım olan bütün informasiyanı öyrənin. Bunu düzgün suallar verərək edin, yanlış suallarla deyil. 

Yanlış sual – Bu xaosun səbəbi kimdir? 

Düzgün sual – Sizin təklifiniz nədir?

Yanlış sual – Con və ya Syudan soruşmalıyıq?

Düzgün sual – Növbəti addımımız nədir

Üçüncü addım: Həqiqətə etibar edin, fikirlərə deyil. Əgər insanlar sizə həqiqəti demək yerinə məsləhət verərək yola verəcəklərini  düşünürlərsə, hər dəfəsində eyni şeyi təkrar edəcəklər. Sizin informasiyaya və sənəd, sübuta ehtiyacınız var. Həqiqəti öyrəndikdən sonra fikirlərə qulaq asın. Həqiqətdən əvvəl fikirləri dəyərləndirmək ölümcül xəta olar! Fikir və düşün-cələri dəyərləndirəcək çox vaxtınız olacaq. 

Dördüncü addım: Bəhanələri görməməzliyə vurun. Problem yarandığında, bəhanələri müzakirə edərək vaxt itirməyin. Bəhanələri bir tərəfə qoyub problemə fokuslanın. Əgər biri sizə problemin həllinə maneə yaradıldığını söyləyərsə, ona: ”Niyə maneə yaranmasına imkan verdin” sualını verməyin. Bunun yerinə: ”Yaxsı. Bəs indi vəziyyət nədir və nə zaman həll edəcəksən?” – deyə soruşun. 

Beşinci addım: Səlahiyyətlərini paylaş. Qəribə səslənə bilər, amma səlahiyyəti paylaşaraq qazana bilərsiniz. Problem yarandığında, bundan birbaşa təsirlənəcək insanlara həll tapmaqda iştirak etməyə şərait yaradın. İşin içində olanlar, problemin səbəbləri haqqında daha çox məlumat sahibidirlər. Həm də şəxsi xeyirlərinə görə – işə hakim olmaq və müvəffəq olmaq arzusu – həll yolu tapmaqda səy göstərməyə könülləri var. Problemin həlli qarşılarına hazır şəkildə sərilməz: fəaliyyətlərinə özləri qərar verməlidirlər. Əksər hallarda qarşımıza daha optimal həll yolları ilə çıxarlar. Onların təkliflərinə qulaq asın. 

Altıncı addım: Əsas problemi həll edin, əsas olmayanı deyil. İlk düşüncəniz bir işə yaramasa, məyus olmayın. Sizi həllə aparacaq addımları bir-bir kağıza yazın. Birincini bacarsanız, ikinci rahatca arxasından gələcəkdir. 

Yeddinci addım: Problemdən qaçmayın. Ən ciddi problemlər belə yavaş-yavaş həllini tapır! 

Futbol qarşılaşmalarında tez-tez baş verən və həll tələb edən çətin vəziyyətlərdə məşqçilərin maraqlı bir həll üsulu var. Duke  Universiteti basketbol məşqçisi Mayk Krjijevski deyir: “Böyük miqyaslı dəyişiklik etmək lazım olduğunda, əlimizdəki imkanlara baxaraq bu problemi necə həll edə bilərik deyə düşünürəm. Hava günəşli, yağışlı və ya necə olursa olsun, oyunda qalib gəlmənin yolunu tapa bilərsiniz. Pessimizmlə vaxt itirirsinizsə, deməli əsl axmaqsınız”. Problemlərə münasibət tərzi hərbi akademiyada oxuduğu illərdə formalaşmışdır. 

Problemlər niyə həllini tapmır

Əməkdaşlar müdirlərini tənqid etməkdən çəkinirlər.

İnsanlar hazırkı vəziyyətlərini və ola biləcək vəzifə artışını xilas etmək üçün özlərini qoru-yurlar.

Texniki mənada professionalların olmağı, məlumatsızlığını qəbul etməkdən qorxanlar üçün sakitliyə qərq olmaq səbəbidir.

Tələsmək səhv mühakimələrə səbəb olur.

Şəxsi anlaşılmazlıqlar, müsbət düşünməyə və həll axtarmaqda ortaq hərəkət etməyə mane olur.

İnsanlar problemləri daha geniş perspektiv-dən görmək yerinə öz nöqteyi-nəzərlərindən baxarlar.

Diqqəti xoşagəlməz vəziyyətə yönəltmək gər-ginliyə, qorxuya və hər iki tərəf üçün qeyri-müəyyənliyə səbəb olur.


Hər insan bir neçə dəfə müvəffəqiyyətsizliyə uğraya bilər, amma başqalarını günahlandırmağa başlayana qədər məğlub sayılmaz.

- C. Pol Getti -