Tuesday, June 22, 2021

 Tadao Yamaquçi / Ticarətin yolu kitabından...

--------
Ən yaxşı şagirdlərdən biri soruşdu: “Müəllim, əgər alıcı məndən çoxdan aldığı malın pulunu vermək istəmirsə nə edim?”
Müəllim sakit dayandı və hətta elə görkəm aldı ki, guya şagirdin sözlərini heç eşitməyib. Şagird sualını təkrarladı. Və yenə də diqqət görmədi.
Şagirdlər təəccüblə pıçıldaşdılar, kimsə təxmin etdi ki, Müəllim bu sualın cavabını bilmir.
Onda Müəllimin bir dəfə də olsun sualı cavabsız qoymadığını bilən Birinci Şagird, soruşan şagirdi kürəyindən itələdi və sualı dəfələrlə təkrarlamağa məcbur etdi.
Vaxt gedir, gün sona yaxınlaşırdı, yorulmuş şagird isə sualı artıq neçənci dəfə idi ki, təkrarlayırdı, Müəllim bütün bu vaxt ərzində öz işləri ilə məşğul olurdu.
Nəhayət, günəş batanda, şagirdlər qərara gələndə ki, bu gün cavabı eşitməyəcəklər, şagird bir də soruşdu:
– Müəllim, alıcı artıq ona verdiyim malın pulunu ödəmək istəmirsə nə edim?
Müəllim ona tərəf döndü, gülümsədi və dedi:
– Təkrarla! – Və cavab zalda olan şagirdlərə aydın oldu.
* * *
Danışırlar ki, o unudulmaz gün Müəllimin evində olan bütün şagirdlər, vaxt keçdikcə özləri də hörmətli Müəllimlər oldular. Onların hamısı, ömürlərinin sonuna kimi, həmin günü “Qızıl gün” adlandırırdı.


Thursday, June 3, 2021

 HƏYATINDAN ŞİKAYƏTÇİSƏNSƏ MƏŞHURLARIN HƏYATINI OXU!

Kitabın adı : Tanımadığımız məşhurlar
Müəllif : Dale Carnegie
Nəşriyyat : Pergament | 2021
Tərcüməçi : Müşfiq Məmmədov
Çəkisi : 250 (qram)
Qiymət : 6 AZN



Saturday, May 29, 2021

 Azərbaycanca-farsca lüğət. 1-ci nəşr. İki cilddə

Tərtib edənlər: Möhsün Nağısoylu
Əkrəm Bağırov
Şəhla Abdullayeva
Lüğətə 60000 söz və söz birləşməsi daxil edilmişdir.
Lüğətdə sözlərin həm latın, həm də ərəb-fars qrafikası ilə yazılış forması verilmişdir.
Bakı, "Şərq-Qərb", 2020.
1-ci cild - 672 səh.
2-ci cild - 656 səh.
ISBN 978-9952-498-52-3



Thursday, May 6, 2021

 İrşad İbrahimov, "Tarixin olaylarında"

Kitabda Azərbaycan və onu əhatə edən dost və dost olmayan ölkələrin tarixləri yeni baxımdan verilib, insan psixologiyasının bəzi cəhətləri əks etdirilib, iki dünya dini və bəzi dini-siyasi cərəyanların və, həmçinin kommunizm və faşizm əqidələrinin mahiyyətinə nüfuz edilib, insanın gənclik dövrü ilə əlaqədar bir məsələ araşdırılıb və əsrlərin və minilliklərin bəzi dərsləri Azərbaycan mövqeyindən təhlil edilib, göstərilib ki, vətənə sevgi platonik yox, real olmalıdır.
İki nəhəng tarixi sima - Mete və Bilgə xaqanların kitabda verilmiş Tanrıya çağırış və xalqa müraciəti oxucunu həyacanlandırır və ona təqlid üçün sağlam nümunələr göstərir.
Oxuculara təqdim olunan bu kitab Bilgə xaqanın yüzilliklərin arxasından eşidilən və çağdaş dövrümüzdə də aktuallığını itirməmiş “Ey türk, ayıl və özünə dön!” çağırışının təsirilə yaranıb.
Bəzi mübahisəli və stereotipləşmiş məsələlər kitabda yeni baxımdan izah edilib.
Bakı-"Ləman Nəşriyyat Poliqrafiya" MMC-2019, 820s.
ISBN: 978-9952-445-49-9




Tuesday, January 12, 2021

КАВКАЗСКИЕ СОРВИГОЛОВЫ (Роман) Али Кафкасьялы

Перевод: Азиз Айтматов
Редактор: Проф. Шуреддин Мамедли
Изображение на обложке:
Харун Шахин
Издательство: «Пергамент», 2021, 440 стр.
ISBN 978-9952-8387-6-3
© Ali Kafkasyalı





Monday, November 23, 2020

 Mehriban Vəzir

"Cümhuriyyət Qadınları: xidmətlər... aqibətlər..."
____________________________________________
“Cümhuriyyət qadını: xidmətlər... aqibətlər...” kitabı Azərbaycan qadınının Cümhuriyyət quruculuğunda iştirakçılığına, milli azadlıq davasına həsr edilib. Tariximizin bu qürur səhifəsi, əlbəttə, bir kitaba sığacaq qədər deyil, bu işi davam etdirmək, xidməti olan hər kəsin adını anmaq arzusundayıq. Tariximizin məhz fərdlər – ictimai xidməti olmuş şəxsiyyətlər üzərindən öyrənilməsi, təbliğ edilməsi yolunda çalışmalarımız davam edəcək. Çünkü tarixin yaradıcıları fərdlərdir. Tarix fərdlər üzərindən yürüyüb və yürüməkdədir.
____________________________________________
152 səh.
Çap tarixi: 05.11.2020
Format: 14x20
ISBN: 978-9952-8407-3-5
JekoPrint Çap Evi



Thursday, November 5, 2020

 AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi şurasının 6 aprel 2020-ci il tarixli 3 saylı iclasının qərarı ilə nəşr edilib.

AĞLAYA-AĞLAYA GÜLƏN ŞAİRLƏR
(Dəxil, Qumri, Raci, Sərraf, Şükuhi, Şüai,
Nəbati, Fəqir, Dilsuz, Aciz, Pürqəm, Rayiz)
Redaktor: MƏMMƏDAĞA SULTANOV
Tərtib edib çapa hazırlayan: ƏKRƏM BAĞIROV
Mətnləri transfoneliterasiya edənlər:
ƏKRƏM BAĞIROV, MAHİRƏ QULİYEVA, ARİF RAMAZANOV, FƏRRUX FƏRMANOV, NAZİM RİZVAN
Mətni yığdı: Elmira Manafova
Korrektor: Nəzrin Atabəyli
Kitaba Sovetlər dönəmində mərsiyə şairləri kimi təqdim olunan və tədqiqatlardan kənarda qalmış XIX əsr Azərbaycan müəlliflərinin əsərlərindən nümunələr daxil edilmişdir.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
© Əkrəm Bağırov, 2020
© AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2020
© Pergament Yayın Evi, 050/070 4049113