Thursday, October 31, 2013

Rauf İmranoğlu
Məntiq
İnsanı digər canlılardan fərqləndirən cəhət onun tüfükkürüdür. Sağlam təfəkkür üçün müəyyən qayda-qanunlar var. Bu qanunlara riayət etmədikdə, fikirdə xətalar yaranır.Dərslik kimi nəzərdə tutulan bu kitab da məhz bu cür xətaların qarşısını almaq üçün təfəkkür qaydalarını öyrədir. Kitabda əsasən formal təfəkkür qaydalarından bəhs edilir. Bundan başqa, zehnin xüsusiyyətləri və məntiqin bəzi yerlərdə praktikası, mübahisə, sübut, sofizm və s. nəzəriyyələri araşdırılıb.
Müəllif: Rauf İmranoğlu
Dil: Azərbaycan
Nəşriyyat: "Parlayan günəş"
Nəşr ili: 2011
ISBN: 978-9952-8150-0-9
Səhifə: 464 səh.
Format: 60x90 1/16 (150x210 мм) 
Cildi: bərk
Tiraj: 500 nüsxə

Wednesday, October 30, 2013

Fazil Güney 
Qara Qan (2 hissə) 

Romanın I hissəsində erməni işğalçılarının Dağlıq Qarabağda etnik təmizlənmə apardıqdan sonra xarici qüvvələrin köməyi ilə Düzən Qarabağa hücumundan yerli əhalini öz yurdundan qovub çıxarmasından, əsərin əsas qəhrəmanı gənc jurnalist qız Aysunun girov götürülməsindən, onun düçar olduğu ağır durumdan bəhs edilirsə, II hissədə hadisələr Qarabağın güneyindən mərkəzinə-Şuşa və Xankəndi şəhərlərinə keçir. Əsərin qəhrəmanı Aysu Şuşaya gətirilir. Müəllif Şuşanın işğaldan sonrakı durumu, Şuşa həbsxanasında saxlanılan əsirlərin cəhənnəm əzabı yaşamaları haqqında danışır... 
ISBN 5-87459-154-0, 2009, 456 səh.


Tuesday, October 29, 2013

Sevda Tahirli
"Qanımızın səsi"
(qan qrupunun insan həyatındakı rolu)
Kitabın mövzusu yaşından asılı olmayaraq hər kəsi maraqlandıra biləcək aktual bir məsələyə - 4 fərqli qan qrupunun insanın həyatındakı roluna- onun xarakterinə, karyerasına, uğurlarına, sağlamlığına, eləcə də xəstəliklərinə, həyati seçimlərinə, qarşı cinsə münasibətinə, ailə bağlarına, hətta ana olmaq imkanlarına necə təsir göstərməsinə dair yeni bir təlimə həsr edilib. Yaponiya kimi inkişaf etmiş bir ölkədə artıq bir neçə onilliklər ərzində işə qəbul edilənlərin məhz qan qrupuna görə seçilməsinə üstünlük verilməsi gündoğan ölkəsində bu məsələyə çox ciddi münasibət bəslənilməsi kimi dəyərləndirilir. Belə bir mövqenin əsassız olmadığını vurğulayan bəzi müşahidəçilərin qənaətinə görə qan qrupuyla bağlı son dövrlərdəki araşdırmalardan sonra bu problemin yaxın gələcəkdə dünya əhalisinin də geniş marağına səbəb olacağı fikrini söyləməyə əsas verir.
Müəllif: Sevda Tahirli
Dil: Azərbaycan
Nəşriyyat: “Ozan”, "CBS PP" MMC
Nəşr ili: 2013
ISBN: -
Səhifə: 172 səh.
Format: 70x100 1/16 (170x240 мм)
Cildi: yumşaq
Tiraj: 2000 nüsxə


Monday, October 28, 2013

Şamil Fətullayev
Bakıda şəhərsalma XIX əsr və XX əsrin əvvəllərində

Bakı ölkəmizin ən qədim şəhərlərindən biridir. XIX əsr və XX əsrin əvvəllərindən etibarən şəhər sürətlə inkişaf etməyə başlayır. Kitabda Bakıda şəhərsalmanın mühz bu mərhələsi tədqiq olunmuşdur. Kapitalizm dövrünün digər şəhərləri ilə ortaq cəhətlərinin olmasına baxmayaraq, Bakı öz inkişaf tendensiyası və spesifik planlaşdırma strukturuna malik idi. Məhz bu cəhətlər özünəməxsusluğunu və bədii xüsusiyyətlərini formalaşdırdı. Müəllif tərəfindən Bakıda şəhərsalmanın inkişaf qanunauyğunluğu, şəhərin tikintisindəki xüsusiyyətlərin və onun arxitekturasına təkrarolunmaz töhfələr verən memarların yaradıcılığının aydınlaşdırılmasına cəhd olunub.
ISBN 978-9952-32-020-6, 2013, 352 səh.



Friday, October 25, 2013

Pol Breqq
Sağlam və uzun ömürlü həyat sürmək istəyirsinizsə...
Azərbaycan dilinə çevirən: Eldar Əfəndiyev
Hər bir düşüncəli insan özünə nə vaxtsa sual verir:
"Həyatda mənim üçün daha qiymətli nədir?"...
  • Ac qalmağın möcüzəsi
  • Ürək
  • Sarsılmaz əsəb sistemi
  • Duzsuz turş kələm

Müəllif: Pol Breqq
Dil: Azərbaycan
Nəşriyyat: “Hüquq ədəbiyyatı”
Nəşr ili: 2012
ISBN: -
Səhifə: 520 səh.
Format: 60/90 1/16 (150x210 мм) 
Cildi: bərk
Tiraj: 500 nüsxə


Thursday, October 24, 2013

Jan Gevr
"Xacə Şah"

Farscadan tərcümə edən: Hüseyn Əhədi

XVIII yüzilliyin ortalarından başlayaraq yarım əsrdən də böyük bir tarixi əhatə edən romanla həmin dövrdə Güney,Quzey Azərbaycanımızda və Fars əyalətlərində baş verən ictimai-siyasi hadisələrdən,ən nəhayət Nadir, Ağa Məhəmməd şah Qaçar kimi qüdrətli hökmdarlardan söhbət açılır.

Müəllif: Jan Gevr
Dil: Azərbaycan
Nəşriyyat: “Hüquq ədəbiyyatı”
Nəşr ili: 2012
ISBN: -
Səhifə: 648 səh.
Format: 60/90 1/16 (150x210 мм)
Cildi: bərk
Tiraj: 1000 nüsxə



Uzeyir Hajibayov
Arshin mal alan (The Cloth Peddler)
. A musical Comedy in 4 acts
Translated by Seyran Sanan oghlu Aghabayov

“Arshin mal alan” - “The Cloth Peddler” is a delightful romantic musical comedy created by Azerbaijan’s renowned composer Useyir Hajibayov.
In all centuries the progressive Azerbaijani thinkers always thought about the freedom of Azerbaijani woman and about free love of the youth. By old traditions young people in Azerbaijan would not see each other till the day of marriage/ In the operetta “The Cloth Peddler” U.Hajibayov showed the youth the way of free love. He proved that a man or a woman has to marry of his or her choice.

Author(s): Uzeyir Hajibayov
Translated by Seyran Sanan oghlu Aghabayov
Country: Azerbaijan
Language: English
ISBN: -
Date Publication: 2002
Publisher: "Azerbaijan University"
Format: 60x84 1/8 (210x290 мм)
Cover Type: Paperback
Pages: 160p. (illustrations)
Copies: 200