Tuesday, November 19, 2013

Noyabrın 15-də Bakı Kitab Klubunda (M.Sübhi 13) Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin oğlu rəssam Azər Rəsulzadəyə həsr olunmuş "Azərbaycan həsrəti" adlı kitabın təqdimatı keçirildi

http://www.youtube.com/watch?v=uPvPGVarQMA

Monday, November 18, 2013

Kamilə Məmmədzadə
İngiliscə-Azərbaycanca-Rusca frazeoloji lüğət

Bu lüğət müasir ingilis və amerikan ədəbiyyatını, publisistikasını oxuyan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Lüğət həmçinin ingilis dilinin tədrisində də istifadə oluna bilər. Kitaba hər üç dildə ayrıldıqda 5000-dən yuxarı
ingilis və amerikan frazeoloji birləşmələri daxil edilmişdir. Bu birləşmələrə dəfələrlə müasir mətnlərdə rast gəlmək olar. Onlar müxtəlif dövrlərdə yaranmış və bu günə qədər söz qiymətini itirməyib. Frazeoloji birləşmələrin əksəriyyətinin qarşısında onların yaranma mənbəyi ixtisarla göstərilmişdir.

Müəllif: K.Məmmədzadə
Dil: Azərbaycan
Nəşriyyat: Qafqaz Universiteti
Nəşr ili: 2008
ISBN: -
Səhifə: 323 səh.
Format: 60x84 1/16 (150x210 мм)
Cildi: bərk
Tiraj: 500 nüsxə



Samir İmanov
"Hədəfdəki insan" 

...Əlil olmasına və cinayətkarlara əsir düşməsinə baxmayaraq onları məhv etməyi qarşısına məqsəd qoyur və əlil insanları zirvəyə qaldırmaq istəyən Samirlə, dünyanı əlillərdən təmizləməyi qarşısına məqsəd qoyan cinayətkar qrup arasında amansız mübarizə başlayır. Sonda polislərin köməkliyi ilə Samirin qalib gəldiyi əsərdə hadisələr Azərbaycan, Türkiyə, Rusiya, Argentina və İspaniyada cərəyan edir.
ISBN 978-9953-8066-5-58, 2013, 320 səh.



Saturday, November 16, 2013

Teyyub Qurban 
Düşmənlərindən güclü şəxsiyyət
(birinci kitab)

Kitabda Mircəfər Bağırovun çoxcəhətli siyasi fəaliyyəti arxiv sənədləri əsasında şərh edilir, Kremlin daşnak-rus hakimlərinin göstərişi ilə 1956-cı ildə qurulmuş qondarma məhkəmənin bütün ittihamları ifşa olunur. Müəllifin fikrincə, M.C.Bağırov Azərbaycan xalqının ən nəhəng və əyilməz tarixi şəxsiyyətlərindəndir.
"OL" MMC, 2013, 600 səh.
Qiyməti: 10.00 AZN


Noyabrın 15-də Bakı Kitab Klubunda Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin oğlu rəssam Azər Rəsulzadəyə həsr olunmuş "Azərbaycan həsrəti" adlı kitabın təqdimatı keçirildi

Təqdimatdan görüntülər:
https://www.facebook.com/kitab.klubu/media_set?set=a.10201720586288548.1073741837.1597219671&type=1

Thursday, November 14, 2013

Ариф Юнусов 
"Азербайджан в начале XXI века: конфликты и потенциальные угрозы" 
(на русском и английском языках) 

В монографии, подготовленной автором на основе многолетних полевых исследований, мониторинга СМИ и социологического опроса рассмотрены все конфликтные ситуации и проблемы, с которым столкнулся Азербайджан в постсоветский период. Одновременно проанализированы и потенциальные угрозы, с которыми может столкнуться Азербайджан в ближайшей перспективе. Основное внимание уделено таким проблемам, как ситуации вокруг Карабахского конфликта, взаимоотношениям Азербайджана с Россией и Ираном, США и другими западными странами. Немало внимание уделено также внутренним проблемам страны - роли политического ислама, межнациональным отношениям и политической системе.
Издание адресовано всем, кто интересуется современной ситуацией в Азербайджане и будущими перспективами развития региона.
ISBN 978-9952-8052-2-2, 2007, 276 səh., 14x21, твердый


 


Tuesday, November 12, 2013

Bəhmən Sultanlı
"Düzün sözü"

Bəhmən Sultanlı imzası oxuculara yaxşı tanışdır. Təqdim olunan kitabda müəllifin müxtəlif mətbu orqanlarında dərc edilmiş həm özəlliklərinə, həm də məzmununa görə bir-birindən seçimli 30-a yaxın yazısı toplanıb.
2013, 280 səh.