Saturday, November 30, 2013

Əkrəm Rəhimli
Seyid Cəfər Pişəvəri

Kitabda Cənubi Azərbaycan inqilabçısı, demokrat Seyid Cəfər Pişəvərinin həyatından və mübarizəsindən bəhs olunur. Çoxsaylı mənbələr və sənədlər əsasında Seyid Cəfər Pişəvərinin Güneydəki milli-demokratik hərəkatda xidmətləri və rolu, Milli Hökumətin süqutundan sonra onun həyatının son günləri tədqiq və təhlil olunur.

Müəllif: Əkrəm Rəhimli
Dil: Azərbaycan
Nəşriyyat: “Nurlar”
Nəşr ili: 2009
ISBN: 978-9952-450-06-4
Səhifə: 400 səh.
Format: 60x84/16 (150x210 мм)
Cildi: bərk, supercild
Tiraj: 1000 nüsxə


Friday, November 29, 2013

Məktəbəqədər yaşlı uşaqlar üçün 
Öz əlinlə düzəlt (1-ci kitab) 

Bu kitab valideynlər, məktəbəqədər tədris müəssisələrində çalışan tərbiyəçilər və ibtidai sinif müəllimləri üçün əyani bir vəsaitdir. Kitabda valideynin və ya tərbiyəçi-müəllimin köməyilə kiçik yaşlıların hazırlaya biləcəkləri xırda əl işləri göstərilib. Bu işlər rəngli kağız və kartondan, uşaqların təbiətə ekskursiyası zamanı topladıqları cürbəcür qozalar, yarpaqlar, ağac budağı və s. hazırlanır. Çalışmaq lazımdır ki, düzəldilən işlərin görünüşü estetik cəhətdən gözəl və səliqəli olsun. Hazırladıqları əl işlərini qorumaqla uşaqlara həm öz əməklərinə, həm də başqalarının əməyinə qiymət vermək bacarığı aşılanır.
“Kitab Klubu”, ISBN 978-9952-820-26-3, 2013, 32 səh., 21x29, yumşaq, 

Qiyməti 1.90 AZN



Thursday, November 28, 2013

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Samirə Gəncəlinin tərtib etdiyi “Əlabbas Müznib. Türkcə qəzəllər” antologiyası “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb. İlk dəfə 1917-ci ildə “Orucov qardaşları” mətbəəsində çapdan çıxmış bu əsərdə Azərbaycan, Türkiyə, Orta Asiya klassiklərinin şeirləri toplanıb.


Wednesday, November 27, 2013

Həmid Herisçi
Konspiroloq

Postmodernin də bir qənimi tapılıb. Bu, adına konspirologiya deyilən yeni estetik, fəlsəfi nəzəriyyədir. Konspiroloji təfəkkür bütün modern anlayışları yenidən dirildir. Postmodernin pərdəarxasına bircə an göz atıb, bu klassik məfhumları ordan üzə çıxarır. Konspirologiya artıq postmodernin qəbrini qazıb. Diqqətinizə çatdırılan bu kitabda müəllif oxucunu postmodern xaosdan qurtaqmağa cəhd edir.
“Qanun”, 2010, 488 səh., 15x21, sərt, 500


Tuesday, November 26, 2013

Elcin Aslanov
AZƏRBAYCAN TOYU


Ensiklopedik kitabda azı 730 toy termini, ad və deyimi əksini tapıb və mumkun olduğu qədər acıqlanıb.

♦ Qədim adət-ənənələrimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi baxımından  bu kitab yeni ailə quranlara gözəl hədiyyə olardı.
ISBN 9952-410-00-4, “Tutu”, 2003, 240 səh., 20x28,
yumşaq
Qiyməti 10 AZN


Monday, November 25, 2013

New Kindle Paperwhite

Wi-Fi, All-New Paperwhite Display, High Resolution, High Contrast, Next-Gen Built-in Light
Unlike tablets, Kindle Paperwhite is designed to deliver the best reading experience
No screen glare in bright sunlight
Read with one hand — over 30% lighter than iPad mini
Battery lasts weeks, not hours
Next-gen built-in light — read without eyestrain
Qiyməti: 140,00 man.


Saturday, November 23, 2013

Çarlz Bukovski 
"Makulatura" (tərcümə: Ramil Rahiboğlu) 

Bukovskinin əsərlərində insanı düşünməyə vadar edən nələrsə mütləq qarşımıza çıxır. Onun yaradıcılığı ideal deyil, təkrarsızdır. Bəzən abırsızdır, bəzən uşaqcasına sadə və təsirlidir, lakin hər zaman özünün təcrübəsi və həyatın içindən gələn müdrikliyi ilə qiymətlidir.
ISBN 978-9953-8067-4-7, 2013, 208 səh., qiyməti 5 man.