Monday, December 30, 2013

Əziz Dostlar! Qarşıdan gələn yeni ilinizi təbrik edirik. 2014 - At ilidir. At muraddır deyirlər! Hər birinizə ayrı-ayrılıqda bu ildə arzu və muradınıza çatmağı arzulayırıq!



Xaləddin İbrahimli 
Politologiya 

Ali məktəb tələbələrinin xidmətinə təqdim olunan bu kitab bir sıra cəhətləri ilə fərqlənir. Birincisi, dərslikdə müasir politoloji konsepsiyaların təhlilinə üstünlük verilib və son illər dünyada nəşr olunan dərsliklərdəki mütərəqqi müddəalar nəzərə alınıb. İkincisi, dərslik Azərbaycanda gedən siyasi islahatların, yeniləşmənin məntiqinə uyğun hazırlanıb. Mövzuların əksəriyyətində Azərbaycanla bağlı müddəalar, şərhlər var. Nəhayət, bu nəşrdə Azərbaycanın da qoşulduğu Bolonya prosesinin ali məktəb dərslikləri ilə bağlı müəyyənləşdirdiyi tələblər nəzərə alınıb. Dərslikdə 15 mövzu təqdim edilir. Bu qeyri-ixtisas bakalavriatlar üçün optimal bir bölgüdür. Hər mövzunun ayrıca planı və əsas dərslikləri var. Azərbaycan, türk, ingilis, rus dillərindəki bu əsas ədəbiyyat həm müasirdir, həm də konkret problem üzrədir. Sonda isə ümumi ədəbiyyat siyahısı verilib.
2012, 210 səh.



Saturday, December 28, 2013

Buraxılışıa məsul: Anar Bayramov
Yoxlamalar

Kitab “Vergi yoxlamaları” fəsli ilə başlayır. Vergi yoxlamaları özündə operativ vergi nəzarətini, kameral və səyyar vergi yoxlamalarını əhatə edir. Təbii ki, ozucular xronometraj metodu, onun tətbiqi zəruriliyi, nəticələrinin rəsmiləşdirilməsi, eyni zamanda vergi yoxlamalarının nəticəsi kimi tətbiq olunan maliyyə sanksiyaları və onların hansı hallarda, necə tətbiq olunması halları ilə yaxından tanış ola bilərlər.
2013, 368 səh.



Friday, December 27, 2013

Brayan Treysi
"Bəhanələrə yox! Daxili intizamın gücü"
(tərcümə: Aqil Hacıyev)

Bəhanələrə son qoy! İşi ya gör, ya da görmə, amma bəhanə gətirmə. Beynini fəaliyyətsizlik üçün müxtəlif bəhanələr uydurmağa sərf etməyi dayandır. Nə isə et. Bir iş gör. İşə başla. Özün üçün təkrar et: “Görüləcək iş sadəcə məndən asılıdır!” Nə üçün bəziləri digərlərindən daha uğurlu olur? Nə üçün bəziləri yaşanan eyni illər ərzində digərlərindən daha çox pul qazanır, həyatlarını daha xoşbəxt yaşayır və ümumiyyətlə, həyatda daha çox şeyə nail olurlar? Uğurunun “əsl sirri” nədir? Bu kitab, iddialı və həyatda mümkün olan hər şeyi əldə etmək istəyən məqsədyönlü insanlar üçün yazılıb. Daha çox nailiyyət əldə etmək və əvvəlkindən daha uğurlu olmaq istəyi ilə alışıb yanan insanlar üçün yazılıb.

Müəllif: Brayan Treysi
Dil: Azərbaycan
Nəşriyyat: "Nurlar"
Nəşr ili: 2013
ISBN: -
Səhifə: 264 səh.
Format: 60x84/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 1000 nüsxə


Buraxılışıa məsul: Anar Bayramov
Mühasibat uçotu (3-cü nəşr)

Kitab ilk növbədə Milli Mühasibat Uçotu Standartlarına əsasən hazırlanmış yeni hesablar planının təcrübədə istifadəsinin sürətləndirilməsinə imkan verən birr vəsaitdir. Kitabda yeni hesablar planına böyük diqqət yetirilib və köhnə hesablar planı ilə müqayisə olunub. 
2013, 504 səh.



Thursday, December 26, 2013

Cəlaləddin Qasımov
Çingiz xanın xəzinəsi

Romanda çağdaş yaşamla qədim tarixin xəyali vəhdəti mistik olaylar fonunda təsvir edilib. Əsərin əsas bədii məziyyətlərindən biri də orta yüzillər Doğusunun böyük hökmdarlarının xarakterik özəlliklərinin ustalıqla qələmə alınmasıdır. 14 bölümdən oluşan, maraqlı şəkillərlə süslənmiş “Çingiz xanın xəzinəsi” kitabı “”də nəfis tərtibatla nəşr edilib. 
“Elm və təhsil”, 2013


Wednesday, December 25, 2013

Rasim Abutalıbov, Sahib Məmmədov, Seymur Quliyev 
İdarəetmənin əsasları 

Bu gün idarəetmə sahəsində sahəsində hələ də dünyanın aparıcı alimlərinin müxtəlif yanaşmalarını nəzərə alan ədəbiyyatların nəşri demək olar k, yox səviyyəsindədir. Yaranan bu boşluğun müəyyən dərəcədə aradan qaldırılmasında təqdim olunan ədəbiyyat xüsusi rola malikdir. Dərs vəsaitinin işlənilməsində bir çox görkəmli alimlərin əsərlərindən istifadə edilib.
ISBN 978-9952-770-12-3, 2013, 222 səh.