Friday, January 31, 2014

“Sərvət” albomlar silsiləsi (36 adda)
Layihənin Rəhbəri: Çingiz Fərzəliyev

Azərbaycan Respublikası Milli İncəsənət Muzeyinin əməkdaşlarının iştirakı ilə hazırlanan bu layihəyə təsviri sənət və qrafika sahəsində öz sözünü demiş dünya şöhrətli Azərbaycan rəssamlarının həyat və yaradıcılığı əks olunan 36 albom daxil edilib.
Azərbaycan təsviri sənət ustalarına həsr olunmuş “Sərvət” albomlar silsiləsindən olan bu kitablar Azərbaycan və ingilis dillərində təqdim olunur və sənətsevərlər, sənət adamları, rəssamlar və sənətşünaslar üçün nəzərdə tutulur. Nəfis bir seriyaya (36 adda) sahib olmaq istəyirsinizsə, buyurun...
“Şərq-Qərb” Nəşriyyat Evinin nəşrləri, 2013, 104 səh. (nəfis, tam rəngli)
1. “Bəhruz Kəngərli” - rəngkarlıq qrafika
2. “Böyükağa Mirzəzadə” - rəngkarlıq qrafika səhnə tərtibatı
3. “Cavad Mircavadov” - rəngkarlıq qrafika
4. “Elbəy Rzaquliyev” - rəngkarlıq qrafika kino rəssamlığı
5. “Elçin Məmmədov” - qrafika rəngkarlıq teatr sənəti
6. “Ələkbər Rzaquliyev” - qrafika rəngkarlıq
7. “Elmira Şahtaxtinskaya” - qrafika rəngkarlıq plakat
8. “Əzim Əzimzadə” - rəngkarlıq qrafika
9. “Hüseyn Əliyev” - rəngkarlıq qrafika
10. “Kamil Əliyev” - xalça sənəti
11. “Lətif Kərimov” - xalça sənəti
12. “Maral Rəhmanzadə” - qrafika rəngkarlıq
13. “Mikayıl Abdullayev” - rəngkarlıq qrafika
14. “Nadir Əbdürrəhmanov” - rəngkarlıq qrafika
15. “Ömər Eldarov” - heykəltəraşlıq
16. “Oqtay Sadıqzadə” - rəngkarlıq qrafika
17. “Rasim Babayev” - rəngkarlıq qrafika
18. “Səttar Bəhlulzadə” - qrafika rəngkarlıq
19. “Tağı Tağıyev” - rəngkarlıq qrafika
20. “Tahir Salahov” - rəngkarlıq qrafika səhnə tərtibatı
21. “Tofiq Cavadov” - rəngkarlıq qrafika
22. “Toğrul Nərimanbəyov” - rəngkarlıq qrafika
23. “Vəcihə Səmədova” - rəngkarlıq qrafika
24. “Xalidə Səfərova” - rəngkarlıq qrafika
25. “Fuad Əbdürrəhmanov” - heykəltəraşlıq
26. “Calal Qaryağdı” - heykəltəraşlıq qrafika
27. “Mirəli Mirqasımov” - heykəltəraşlıq
28. “Tokay Məmmədov” - heykəltəraşlıq
29. “Fazil Nəcəfov” - heykəltəraşlıq qrafika
30. “Kamal Əhməd” - rəngkarlıq qrafika
31. “Rüstəm Mustafayev” - rəngkarlıq qrafika səhnə tərtibatı
32. “Reyhan Topçubaşova, İzzət Seyidova, Bədurə Əfqanlı” - rəngkarlıq qrafika teatr geyimi
33. “Qəzənfər Xalıqov, Salam Salamzadə, İsmayıl Axundov” - rəngkarlıq qrafika
34. “Sadıq Şərifzadə, Kazım Kazımzadə” - rəngkarlıq
35. “Zivər Məmmədova, Elmira Hüseynova, Həyat Abdullayeva” - heykəltəraşlıq
36. “Kamil Xanlarov, Baba Əliyev, Nəcəfqulu İsmayılov” - rəngkarlıq

Kitab-albomların satış məsələləri Bakı Kitab Klubuna aiddir..
Qiyməti:
Tək-tək - 15 AZN
http://bakukitabklubu.blogspot.com/2014/01/srvt-albomlar-silsilsi-36-adda-layihnin_11.html
https://www.facebook.com/media/set/?set=a.622598997806165.1073741830.601510713248327&type=1


Thursday, January 30, 2014

İlya Prigogine
Müəyyənliyin sonu. Zaman, xaos və təbiətin yeni qanunları
(tərcüməçilər: Samirə Babazadə, Vəfa Quliyeva)

Müəllif göstərir ki, dönməyən proseslər tarazlıqdan uzaq şəraitdə qurucu rol oynayır. Ətrafımızda meydana çıxan yenilikləri, nizamın, özünütəşkilin və bioloji strukturların əmələ gəlməsini də məhz bununla izah edir. Problemlər mürəkkəb riyazi aparata əl atmadan izah edilir ki, bu da hər bir oxucuya kitabla tanış olmaq imkanı verir.
2003, 224 səh.


Tuesday, January 28, 2014

Siqurd Xan Rəsuloğlu 
Vətəndəki ömrümüz 

Siqurd Xan Rəsuloğlunun bu kitabı, bir növ, 50 illik ömrünün poetik hesabatıdır. Şair öz şeirlərində və deyimlərində insan həyatının az qala bütün əbədi suallarına öz baxış bucağını yönəldə bilib, gəldiyi nəticələri bölüşüb. Kitab insanı, dünyanı və Allahı sevənlər üçün düşünülüb, yazılıb və nəşr edilib. 
2014, 176 səh.



Monday, January 27, 2014

Рамиз Дениз
Христофор Колумб, Насирэддин Туси и подлинная история открытия Америки

С ранних времен человек задумывался об устройстве окружающего его мира. Из-за сильного давления ортодоксальных богословов, характерного как для католиков Европы, так и для исламского мира, а также наследия прошлого, когда представление о мире строились на легендах и мифах. Средневековое человечество жило в мире, полном загадок, тайн и мистики. Но были и настоящие герои, противопоставившие суеверию свои научные знания и опыт. Именно благодаря их самоотверженности перед человечеством стала приподниматься туманная завеса неопределенности и страха перед силами природы. Колумб нашел путь, приведший к открытию четвертого континента. Но путь этот был очень трудным...

Автор: Рамиз Дениз
Языки: Русский
Издательство: “MM-C”
ISBN 978-9952-8230-4-2; 2013 г.
Страниц: 240 стр.
Формат: 60x84/16 (150x210 мм)
Тираж: 250 экз.
Переплёт: тв. обложка


Rotterdamlı Erazm
Səfehliyin tərifi (tərcümə: Namiq Hüseynli) 

“Səfehliyin tərifi” əsərinin kompozisiyası kənaraçıxma və təkrarlanmalara baxmayaraq daxili quruluşu ilə fərqlənir. Kitab geniş giriş hissə ilə açılır, burada Səfehlik öz nitqinin mövzusunu açıqlayır və özünü auditoriyaya təqdim edir. Bundan sonra həyatın və insan təbiətinin əsasında duran Səfehliyin “ümumbəşəri”, universal hakimiyyətini təsdiqləyən birinci hissə gəlir. İkinci hissədə Səfehliyin müxtəlif növ və formalarının- xalqın aşağı təbəqələrindən tutmuş ali zadəgan dairələrinədək onun cəmiyyətdə differensiasiyasının –təsviri verilir.
2010, 176 səh.



Sunday, January 26, 2014

Nikkolo Makiavelli
Hökmdar (tərcümə edəni: Fikrət Təbibi (Xəlilov))

Əsərdə müəllif tarixi dəlillərə söykənərək cəmiyətin inkişaf qanunlarını aşkar etməyə və real faktlar əsasında insanın psixoloji aləmini üzə çıxarmağa cəhd göstərir. Kitab geniş oxucu kütləsi və tələbələr üçün nəzərdə tutulub. 
2008, 158 səh., qiyməti 4 man.


Saturday, January 25, 2014

Ramiz Daniz
Christopher Columbus, Nasiraddin Tusi and real discovery of America

Though America was discovered by Christopher Columbus 510 years ago, that discovery has a lot of obscurities, which make people to think. According cto vost scientific works, Ch. Columbus thought that, he had discovered East Asia. I tried to prove that, the Genoese seaman had got acquainted with the map of Nasiraddin Tusi when he was in Spain before his travel to the western part of the Atlantic Ocean and was aware of the existence of unknown territory there. Yes, N.Tusi had described America in his map together with its coordinates 220 years before Ch. Columbu’s transatlantic travel. It is one of the most phenomenal discoveries of the world and Ch. Columbus is the author of this discovery.
ISBN 978-9952-8230-5-9, 2013, 208 p.