Friday, May 30, 2014

Ötərxan Eltac
Ayrı adam 

İnsan sözdən böyük ola bilməz. İnsanı böyük edən sözdür. Söz sözə dayaqdı, dayaq olanlar sözdən güc alar. Söz günəşdir-insanın ruhunu işıqlandırar, işıqlı ruhdan ətrafa nur paylanar. Sözün qədir-qiymətini bilənlər o nurdan pay götürər, bəs oluncaya qədər...Söz silahdı-nişan alınmasa da hədəfə dəyəcək. “Sözü at, sahibi tutacaq” kəlamı əbəs yerə deyilməyib. Çox az yazıçı tapılar ki, əlli yaşda yaradıcılıq enerjisini, bədii qüvvəsini bir neçə yerə parçalaya bilsin. Çox az şair tapmaq olar ki, əlli yaşda sözünün çəkisi, düşüncələrinin işığı ədəbiyyatın bütün janrlarında qəbul oluna bilsin. Amma var! Zakir Sadatlı belə insanlardandır. Həqiqətən də Zakir Sadatlı AYRI ADAM idi-sözü-söhbəti, ədəb-ərkanı, Vətənə sevgisi, dünyaya baxışı, dosta sədaqəti və elmi, savadı ilə...
2014, 384 səh.


Wednesday, May 28, 2014

Robin Şarma
"Uğur qazanmaq üçün 200 məsləhət"

Tərcümə: Dürdanə Ramazanlı
Redaktor: Elxan Rzayev 

Bakı «Kitab Klubu» Robin Şarmanın «Uğur qazanmaq üçün 200 məsləhət» (özünü formalaşdırmanın təməlləri) kitabını Azərbaycan dilində təqdim edir. Bu əsər özünü-inkişafla bağlı dünya bestsellerlərindən biridir.
Uğurlu insan olmaq üçün riayət etməli olduğunuz əsas həyat prinsipləri kitabda qısa məsləhətlər şəklidə verilmişdir.
Bu məsləhətlərin içərisindən məhz sizə lazım olanları da var. Düzdür, onlar sizə yal¬nız o halda kömək edəcək ki, ancaq oxumaqla kifayətlənməyib, istifadə etməyi sınayacaqsınız.
Sadəcə oxuyun, özünüz üçün mütləq nə isə tapacaqsınız.

Bakı Kitab Klubu, 2014, ISBN: 978-9952-812-51-0, 104 səh.



Thursday, May 22, 2014

NƏŞRLƏRİMİZDƏN YARARLANIN


Mir Cəlal
Əsərləri (hekayələri, felyetonlar, şeirlər, oçerklər, tərcümələr, xatirələr)
/5 cilddə/

Beşcildliyə görkəmli ədəbimiz Mir Cəlalın kiçik janrlarda yazılmış əsərləri daxil edilib. Cildlərdəki janrların hər biri ilk dəfə olaraq xronoloji ardıcıllıqla verilib. Hekayə Mir Cəlalın yaradıcılığında əsas yer tutduğundan dörd cilddə onun hekayə yaradıcılığı ardıcıl izlənilib. Son cilddə ədibin yaradıcılığında epizodik xarakter daşıyan janrlar-oçerklər, şeirlər, tərcümələr, xatirələr və felyetonlar verilib.
ISBN 978-9952-25-128-9, 2013, 442 səh.


Tuesday, May 20, 2014

Sübhan Musayev
"MÜASİR İNFORMATİKA"
Kitabdakı materiallar Dövlət Qulluğuna Qəbul proqramı əsasında hazırlanmışdır.

Mövzular və testlər
Dövlət Qulluğuna və Vakant iş yerlərinə hazırlaşanlar üçün
Kitab Prestij-S tədris mərkəzinin dəstəyi ilə hazırlanmışdır

Bakı - 2014, 160 səh, 21x29
Qiyməti: 10.00 AZN




Monday, May 19, 2014

Süleyman Əlisa
Təklə eli. Tərəkəmə dünyası

Bu kitab Azərbaycan xalqının etnik tarixinin öyrənilməsi baxımından maraqlı tədqiqat əsəridir. Kitabda etnogenezimizdə mühüm rol oynayan ən böyük tayfalardan birinin-Təklə tayfasının nümunəsində xalqımızın tarixi, etnoqrafiyası, folkloru və bu sahədə həmin tayfanın yeri və rolu, etnoqrafik özünəməxsusluğu, ədəbi-bədii yaradıcılıq xüsusiyyətləri geniş araşdırılır. Bundan əlavə xalqımızın etnogenezində iştirak edən türk tayfalarının tarixi münasibətlərinin ümumi mənzərəsinə işıq salınır. Ümid edirik ki, aranı dağa, dağı arana daşıyan, ürəkləri yurd yerlərinin həsrəti ilə çırpınan təkləlilərin-tərəkəmələrin ömür yolu, həyat yaşantıları, acılı-şirinli xatirələri yaddaşları təzələyəcək, oxucuda Vətənə, torpağa məhəbbət hissini daha da gücləndirəcəkdir. 
ISBN 978-9952-8024-2-9, 2014, 312 səh.