Thursday, July 31, 2014

«Farsca-rusca-azərbaycanca müxtəsər lüğət»
Tərtibçi: Şəfəq Əlibəyli

11700 sözü əhatə edən bu lüğət Yusif Mirbabayevin 1945-ci ildə tərtib etdiyi lüğət əsasında hazırlanıb. Y.Mirbabayevin lüğətindən fərqli olaraq, təqdim olunan lüğətdə farsca sözlərin transkripsiyası verilib. Lüğətin sözlüyü fars, rus və Azərbaycan dillərinin tezlik lüğətlərində yüksəktezlikli sözlər əsasında müəyyənləşdirilib. Yeri gəldikdə mövcud farsca, rusca, azərbaycanca lüğətlərə müraciət olunub, bir çox sözlərin tərcüməsi dəqiqləşdirilib, yeni sözlər əlavə edilib. Rusca, azərbaycanca sözlük yeni orfoqrafiya qaydalarına uyğunlaşdırılıb.
Lüğət fars, rus, və Azərbaycan dillərinə maraq göstərən, onları müstəqil öyrənən geniş oxucu kütləsi, tələbələr və orta məktəb şagirdləri üçün nəzərdə tutulub.



Friday, July 25, 2014

Vaqif Qasımov
İnformasiya təhlükəsizliyinin əsasları

Kitabda informasiya təhlükəsizliyinin konseptual və formal modelləri, baza prinsipləri və əsas müddəaları, kompüter və formal modelləri, baza prinsipləri və əsas müddəaları, kompüter sistemlərində və şəbəkələrində mümkün təhlükələr, onların qarşısının alınması üsulları və vasitələri, o cümlədən kriptoqrafik və stedanoqrafik üsullar, elektron imza texnologiyası, eləcə də informasiya təhlükəsizliyinin təmin edilməsinə kompleks yanaşma və informasiya təhlükəsizliyi sistemlərinin yaradılması prinsipləri ətraflı şərh olunub.

2009, ISBN: 978-9952-443-50-9, 340 səh.



Sunday, July 20, 2014

Анар Мамедханов. "Быть самим собой"

Автор предисловия и редактор:
Эльмира Ахундова
Составитель: 
Наида Мамедханова

В книгу известного политика и общественного деятеля, легендарного капитана команды "Парни из Баку" Анара Мамедханова вошли аналитические статьи, эссе, комментарии, открытые письма Анара, опубликованные в разное время и затрагивающие самые разные актуальные проблемы. Книга предназначена широкому кругу читателей.

Издательский Дом "Şərq-Qərb", 2014, 296 стр.
"ISBN 978-9952-489-87-3



Thursday, July 17, 2014

Zəhirəddin Məhəmməd Babur
Baburnamə
Çağatayca, türkcə və rsca nəşrlərindən çevirən, ön sözün, qeydlərin və izahların müəllifi: Ramiz Əskər

Böyük türk hökmdarı və dövlət xadimi, ümumtürk ədəbiyyatının görkəmli nümayəndəsi Qazi Zəhirəddin Məhəmməd Baburun (1482-1530) «Baburnamə» əsəri türk və islam ədəbiyyatında memuar janrında yazılmış ilk əsərdir. Müəllif burada öz keşməkeşli həyatını qələmə almış, Mərkəzi Asiyanın, Əfqanıstanın və Hindistanın tarixinə, mədəniyyətinə, etnoqrafiyasına, flora və faunasına dair qiymətli mə¬lumatlar vermişdir. Kitab 31 mart - 4 aprel 2009-cu ildə İstanbulda TürkSOY tərəfindən təşkil olunan «Türk Ləhcələri Arasında Uyğunlaşdırma Çalışmalarının Bu günkü Durumu və Qarşılaşılan Problemlər» mövzusunda Beynəlxalq simpoziumun tövsiyələrinə və yekun bəyannaməsinə uyğun olaraq nəşr edilir.

2011, ISBN 978-9952-29-041-7, 424 səh.



Tuesday, July 15, 2014

Tahir Kazımov 
Yeni Orlean “şənlikləri” 

Roman-detektivdə ABŞ-ın cənub bölgəsində, Luiziana ştatının, Meksika körfəzinin sahilində Missisipi çayının yarıya böldüyü Yeni Orlean şəhərində təxminən 300 il əvvəl Fransa və İspaniya kolonistlərinin bu ərazilərə Şimali Afrikadan, Haiti və Karib adalarından gətirdikləri qullar vasitəsilə yaradılmış, bir növ adət-ənənəyə çevrilmiş əxlaqsızlıq yuvalarından, şamanlıq və cadugarlıqdan, törədilən cinayətlərdən, bütün bu neqativ hallara baxmayaraq caz musiqisi əhatəsində şənlənən şəhər sakinlərinin, bir sözlə, ümumən ABŞ həyat tərzinin reallığı bədii çalarlarla təsvir edilib. Əsərin qəhrəmanı Riz Perettinin anası Terensin ona “...qızım, bu şəhəri özümüzə yaşayış məskəni seçmişiksə...onun da ab-havasına alışmalı, bacardığımız qədər dözməliyik...” sözlərinə Rizin “”...yox, ana, yox... mən güclülər, canilər, vəhşilər yaşayan şəhərdə doğulmuş olsam da, güclü də, cani də, iradəli və fəndgir də olub ağılla, mənəviyyatla yaşayacağam, bacardığım qədər də inadkar, qisascıl olacağam...” deməsi əsərin demək olar ki, məğzini, məzmununu təşkil edir. Əsərgənc nəsli, ümumiyyətlə, insanları pis adət və vərdişlərdən yayındırmağa, sevgi, mənəviyyat və səmimiyyətlə yaşamağa ruhlandırır.
ISBN 978-9952-440-45-5, 2013, 580 səh.



Monday, July 14, 2014

Gi de Mopassan
Bitmiş insanlar

(tərcümə: Azad Yaşar)

Kitaba daxil olan hekayələr müəllifin 2010-cu ildə çap olunmuş “Seçilmiş əsərləri” bircildliyinə də daxil edilib. Həmin nəşrdən fərqli olaraq, əlinizdəki mətnlərdə şair-çevirmən Azad Yaşar öz orijinal yazı üslubunu eynilə qorumaqdadır. Kitabda öz tamah və ehtiraslarının külünə çevrilən, bu üzdən də həyatın keşməkeşlərində yolunu azan insanların faciələrindən bəhs edən 18 hekayə toplanıb. Ön söz və terminlərin izahı çevirmən Azad Yaşara məxsusdur.

2012, 152 səh.



Friday, July 11, 2014

Ərşad Əzimzadə  
Möcüzəsiz möcüzə (elmi-publisistik əsər)

Həmişə sağlam olmaq, gümrah və bəxtiyar yaşamaq, öz gəncliyini uzun illər qoruyub saxlamaq istəyən hər kəs, eləcə də ağır xəstəliklərdən təbii üsullarla yaxa qurtarmaq, özünü dava-dərmansız sağaltmaq, özü özünün həkimi olmaq istəyən hər bir xəstə, yaşından asılı olmayaraq, bu kitabda “bunu necə etmək olar” sualına konkret və ətraflı cavab ala biləcək. Kitabda dünya şöhrətli naturopat alimlərin cansağlığı ilə bağlı təlimlərinə arxalanaraq, özünü 8 ağır xəstəlikdən dava-dərmansız sağaldan müəllifin baxışları və təcrübəsi öz geniş əksini tapıb. Bu təcrübə deyir: sağalmayan xəstəlik yoxdur, sağalmayan xəstə var. Sağalmaq istəyən-yollar axtarır, istəməyən-bəhanə...

İnci, 2009, 272 səh., 14x20, yumşaq, 500