Tuesday, September 30, 2014

Aydın Qarabağlı 
Qarabağ onun qədim tayfaları və toponimləri

Kitab Qarabağın keçmişinə, onun qədim türk mənşəli tayfalarına və bu boyların bizə torpaqlarımız qədər qədim, son dərəcə mənəvi dəyəri olan yaddaş-yadigar qoyduqları coğrafi adlara (toponim, etnonim, oronim...) həsr olunmuşdur. Kitaba əlavə olunmuş izahlı toponimik lüğətlər də əski dövrlərdən adıçəkilən ərazilərdə türk mənşəli tayfaların məskunlaşmasına dəlalət edir. Kitabda xəritələr və şəkillər verilib.

2008, 480 səh.




Monday, September 29, 2014

Cabua Amirecibi 
"Data Tutaşxia"
(Tərcüməçi: Emin Elsevər (Mahmudov)

Romanın müəllifi Cabua Amirecibi 1921-ci ildə Gürcüstanda anadan olub. Dissident həyatı yaşayan C. Amirecibi Tiflis Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, bir ildən sonra filologiya fakültəsinə keçmişdir. 1941-ci ildə müharibə başlanan günün səhəri dərhal cəbhəyə aparılmışdır. Lakin valideynləri 37-ci ilin repressiyasına məruz qaldıqları üçün C. Amirecibi “düzgün çağırılmamış” kimi ordudan tərxis edilmişdir. O, qeyri-leqal “Tetri Giorgi” antisovet təşkilatının banilərindən biri olmuş, 1943-cü ildə silahlı üsyana hazırlıq ittihamı ilə tutularaq 25 il azadlıqdan məhrum edilmişdir.

Sonra bu cəza güllələnmə ilə əvəz edilmiş, nəhayət, bu da yenidən 25 il azadlıqdan məhrumetmə ilə əvəz olunmuşdur. Həbsdə olduğu zaman 3 dəfə qaçmışdır. C. Amirecibi məhbusluqdan 1959-cu ildə qayıtmışdır. 1970-74-cü illərdə Gürcüstan-ABŞ birgə müəssisəsi olan “Amsakfilm”in yaradıcısı və direktoru, “Kino” almanaxının banisi və redaktoru olmuş, “Gürcfilm”də bir sıra rəhbər vəzifələrdə çalışmışdır. Bədii yaradıcılığa 1960-cı illərdən başlayan C. Amirecibinin məşhur romanı “Data Tutaşxia” 1972-ci ildə “Siskari” (Göyqurşağı) jurnalının bir aneçə nömrəsində çap olunmuşdur. Əsər bir neçə dilə tərcümə edilmiş, elə həmin ildə bu romanın ssenarisi əsasında eyniadlı çoxseriyalı kinofilm çəkilmiş və 1981-ci ildə filmin yaradıcı heyəti ilə birlikdə C. Amirecibiyə SSRİ Dövlət mükafatı verilmişdir. Beynəlxalq mükafatlara və titullara layiq görülən C. Amirecibinin tərcümeyi-halı Kembricin və ABŞ-ın bioqrafik məlumat kitabçalarına daxil edilmişdir.
Əsərdə bir-birinə qarşı duran qəhrəmanların - Data Tutaşxianın və Muşni Zarandianın mübarizəsini hər bir insanın öz daxili aləmindən süzülüb gələn özünün-özünə qarşı mübarizəsi kimi qəbul etmək olar. Xeyirlə Şərin mübarizəsi, vicdan, güc, dostluq, qardaşlıq, millət, xalq, bizi qoynunda yaşadan Dünya barədə fəlsəfi düşüncələr romanın məhək daşlarını, dayaq nöqtələrini təşkil edir.

“Tiflis”, 2010, 626 səh., 14x20, bərk
ISBN 978-9941-400-48-3





Saturday, September 27, 2014

Əhsən Rəhmanlı
“Səhnəmizin məcnunu Baba Mahmudoğlu”

Kitabın bütün bölmələri görkəmli el sənətkarının ayrı-ayrı xarakterik xüsusiyyətlərini, daxili aləmini, milli musiqimizə, muğama, saz-söz sənətinə, Vətənə olan hədsiz məhəbbətini, el yanğısını üzə çıxaran faktlarla zəngindir. Azərbaycan musiqi ifaçılığı tarixində öz yeri olan unudulmaz sənətkarımızla bağlı kitabda yer alan dolğun məlumatlar hər bir oxucu tərəfindən maraqla qarşılanacaqdır. Kitabda xanəndənin ömür yolu, vaxtı ilə bir çox mətbu orqanlarında dərc olunmuş müsahibələri və Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində yaratdığı maraqlı obrazların fotoşəkilləri əks olunmuşdur. Kitab sənətkarın ömür-gün yoldaşının (Amaliya Cəfərzadə) dəstəyi ilə işıq üzü görüb.

“Araz”, 2012, 560 səh



О.А.Холодова
"За три месяца до школы"
(готовимся к школе)

Развитие познавательных способностей.
/рабочая тетрадь/


Friday, September 26, 2014

Söhrab İsayev, Səbuhi Tanrıverdiyev
İqtisadi hüquq (ilk buraxılış) 

Dərs vəsaitində “İqtisadi hüquq” kursu çərçivəsində tədrisi nəzərdə tutulan mövzular, o cümlədən iqtisai münasibətlər sistemində hüquq, iqtisadi hüququn mənbələri və normativ-hüquqi bazası, iqtisadi hüquqda müqavilə münasibətləri, rəqabət hüququ, maliyyə hüququnun əsasları, vergi hüququ, enerji hüququ, kommersiya hüququ, informasiya hüququ, nəqliyyat hüququ, gömrük hüququ və beynəlxalq iqtisadi hüquq əhatə edilmişdir.
2013, 360 səh.



Thursday, September 25, 2014

Mehman Süleymanov
Gülüstan müqaviləsi (I və II hissə)

Kitab XVIII əsrin sonu və XIX əsrin əvvəllərində Azərbaycan xanlıqları ərazisində və bütünlükdə Cənubi Qafqazda baş verən hərbi-siyasi proseslərə həsr olunmuşdur. Nadir şah dövlətinin dağılmasından sonra Azərbaycan xanlıqlarının yaranması, xanlıqlar və qonşu xalqlar arasındakı qarşılıqlı münasibətlər, bu xanlıqların hərbi potensialı, xanlıqların işğalçı hücumlara qarşı mübarizəsi, xanlıqlar əhalisinin işğala qarşı mübarizəsi və “Gülüstan” müqaviləsinin imzalanmasına qədər bölgədə baş vermiş digər hərbi-siyasi hadisələr geniş şəkildə tədqiq edilmişdir.

2014, ISBN 978-9952-8176-4-5, 624 səh.


Wednesday, September 24, 2014

Riçard Brenson
"Hər şeyi kənara qoy! Giriş və et!"

Tərcüməçi: Fəxriyyə Rzayeva

Bakı «Kitab Klubu» Riçard Brensonun «Hər şeyi kənara qoy! Giriş və et!» kitabını Azərbaycan dilində təqdim edir. Bu əsər biznesin ilk - 10 kitabından biridir. 
Şotland mənşəli Britaniya iş adamı, 400-dən artıq müəssisəni birləşdirən “Virgin” şırkətlər qrupunun sahibi Riçard Brenson öz fəaliyyətini, ona uğurlar qazandırmış prinsipləri, həyatdan aldığı dərsləri səmimi bir dillə təsvir etmişdir.

KitabKlubu.org, 2014, 136 səh.
ISBN 978-9952-8252-3-7
(012) 492-12-38, (050) 404-91-13