Friday, October 31, 2014

ARTIQ SATIŞDA!..
© Bakı Kitab Klubu öz yeni nəşrlərini təqdim edir. Almaq istəyənlər kitab mağazalarına müraciət edə bilər.. Ətraflı saytımızda -http://kitabklubu.org/


Wednesday, October 29, 2014

Тельман Айдамиров
Вывоз бакинской нефти из Азербайджана 

Книга посвящена истории политики вывоза бакинской нефти из Азербайджана. В работе, на основе анализа и обобщающих фактических данных из архивных и других материалов освещены некоторые аспекты развития нефтяной промышленности в Азербайджане. 
2014, 368 стр. 


Thursday, October 23, 2014

Rafael Hüseynov | “Söztək gözəl Məhsəti”

Monoqrafiyada zəngin əlyazma və arxiv materialları, ilk mənbələr, müxtəlif dünya dillərində olan tədqiqat əsərləri əsasında Məhsəti Gəncəvinini həyat və yaradıcılığı tədqiqata cəlb olunub.


Wednesday, October 22, 2014

Pərviz Nuri
Ayın o biri üzü

“Ayın o biri üzü” romanı Pərviz Nurinin ilk qələm təcrübəsidir. Mahiyyət etibarilə vətənpərvərlik ruhunda yazılmış romanın ba qəhrəmanı Mətin böyük əqidə və inam nümayiş etdirərək həyat sınaqlarından uğurla çıxır. Əsərdə insana saf və ülvi duyğular, əzmkarlıq, dözüm və iradə kimi təmiz hisslər aşılanır. 

ISBN 978-9952-445-03-7, 2014, 160 səh.


Tuesday, October 21, 2014

“ŞAHNAMƏ” - Əbülqasim Firdovsi

Klassik Şərq şeirinin fəxri olan Əbülqasim Firdovsinin “Şahnamə” əsəri bütün dünyada şöhrət qazanmış, bədii söz və hikmət aşiqləri tərəfindən sevilə-sevilə oxunmuşdur. Dahi Nizaminin “sözü gəlin kimi bəzəyən tuslu ustad” deyə vəsf etdiyi şairin dünya ədəbiyyatı xəzinəsində öz təravətini min ildir saxlayan bu əsərinə Şərqin böyük sənətkarları yüksək qiymət vermişlər. Tarixi-fəlsəfi epopeya olan “Şahnamə”nin hər bir dastanı şairin dünyagörüşünü, onun öz zəmanəsinə münasibətini əks etdirir.
2004, 432 səh.



Thursday, October 16, 2014

Dilarə Ağamusa Nağıyeva-Muxtarova
Nurlu əməllərin işığında (Milyonçu Ağa Musa Nağıyevin mənalı ömür yolu) 

Müəllifin Ağa Musa Nağıyevin mnalı ömür yoluna yenidən müraciət etməsi və yığcam zaman kəsiyində qazndığı nailiyyətlər, onun vətənpərvərlik hisslərindən, humanizmindən, millətin formalaşmasında xidmətləri olan soykökə ehtiramından və məhəbbətindən irəli gəlir. Onun yazdığı hər bir kitabda Azərbaycanın tarixi, tanınmış simaların portret cizgiləri əsas xətt olaraq təqdim edilir. Baradakı hər yeni fakt, sənəd tariximizin bir parçası, yaşanılan illərin əks-sədasıdır.

ISBN 978-9952-8024-3-6, 2014, 380 səh.



Tərtibçilər: Hacı Casim Muxtarov, Axund Hacı Soltan Əlizadə 
Kürdəxanı
( təkmilləşdirilmiş nəşr)
Kitabda Kürdəxanı kəndinin tarixi, abidələri və xeyirxah insanları haqqında ətraflı məlumat verilir. Kitabda həmçinin kəndin tarixi ilə bağlı sənədlər və şəkillər də öz əksini tapıb.
Tərtibçilər: Hacı Casim Muxtarov, Axund Hacı Soltan Əlizadə 
Dil: Azərbaycan
Nəşriyyat: “Zərdabi"
Nəşr ili: 2012
ISBN: -
Səhifə: 452 səh.
Format: 60x84 1/16 (150x210 мм) 
Çildi: bərk
Tiraj: 500 nüsxə