Monday, June 29, 2015


Fərman Kərimzadə. Çaldıran döyüşü (3-cü nəşr)
Kitab Klubu, 2015, 368 səh.

Roman görkəmli dövlət xadimi, sərkərdə və şair, ulu tarixi­mizdə xüsusi yeri olan Şah İsmayıl Xətainin həyatından, çox­cəhətli ictimai fəaliyyətindən bəhs edən "Xudafərin körpüsü" dilogiyasının ikinci hissəsidir. Siyasət meydanına yenicə qədəm qoyan Şah İsmayılın vahid və qüdrətli Azərbaycan uğrunda apardığı gərgin mübarizələr, ağıllı dövlət xadiminin mədəniyyətin və sənətin yüksəlməsinə göstərdiyi qayğı, xalqımızın orta
əsr məişət tərzi romanın əsas mövzusudur.

ISBN 978-9952-8278-7-3
© “Kitab Klubu”, 2015
© “Yazıçı”, 1987


Saturday, June 27, 2015

DƏK / "Dünya Ədəbiyyatı Kitabxanası" Seriyası
----------------------------------------------
Tezliklə çapdan çıxacaq kitablar bunlardır..

Tomas Vulf. Seçilmiş əsərləri
Antuab de Sent Ekzüperi. Seçilmiş əsərləri
Ərəb ədəbiyyatı antologiyası
Latın Amerikası ədəb. antologiyası
Samuel Bekket. Seçilmiş əsərləri






Thursday, June 25, 2015

Mir Möhsün Nəvvab
"Təzkireyi-Nəvvab"
Redaktor Vasif Quliyev
Burada XIX orta əsrlərdə Qarabağdan çıxmış 100-dən artıq şairin həyatı və yaradıcılığı haqqında məlumatlar toplanmışdır. Təzkirə ilk dəfə 1913-cü ildə Bakıda kitab şəklində nəşr olunmuşdur.
"Azərbaycan" Nəşriyyatı, 1995

Wednesday, June 24, 2015

Vaqif Əlixanlı
Əkmə qəm ağacı...

Kitab müəllifin atasına ithaf olunub.
Kitaba müəllifin esseləri, publisistik yazıları və kinossenariləri daxil edilib.
Rəsmlər Səhhət Veysovundur.

"Hüquq ədəbiyyatı" nəşriyyatı
Bakı, 2013, 824 səh. tiraj 300
ISBN 978-9952-8182-7-7


Мехрибан Тагирова
«ЛАРЕЦ ЧУДЕС» (3 книги)
Дуб и Муравей
Сказка о Мудрой Ширин
Королевство Цифр

В комплект входят красочные 3 книги, изданные со вкусом и напечатанные с большим качеством печати.
Книги предназначены детям от 6 лет.
В книгах на примерах сказок детям прививается любовь, дружба, доброта, честность, щедрость, бескорыстие, благородство, великодушие и другие правильные и хорошие чувства и поступки.
Заметим, что это первая книга из серии «Ларец чудес». / 1

Художник цветных иллюстраций: сам автор
© Тагирова Мехрибан, 2013
Изд-во: TЕКНУР, тираж 1000



Çexovdan Markesə qədər
Seçmə hekayələr toplusu
Tərcümə Mərkəzinin kitabları seriyasından

Bu toplu XX əsr dünya ədəbiyyatının mənzərəsini “yığcam” janrın-hekayə və novellalar vasitəsilə işıqlandırmağa cəhd edir. Ayrı-ayrı mədəniyyətlərin ədəbiyyatını təmsil edən görkəmli ədiblər dünyagörüşləri, bədii üslubları ilə bir-birindən fərqləndiyi kimi, topluya daxil edilmiş kiçik ədəbiyyat nümunələri də mövzu və yanaşma baxımından çox müxtəlifdir.
ISBN 978-9952-503-03-6, 2015, 408 səh.


Tuesday, June 23, 2015

Səfurə Çərkəzqızı
And olsun atlara! (hekayələr)
“And olsun atlara!” müəllifin işıq üzü görən ilk kitabıdır. Kitabda müəllifin hekayələri və müxtəlif illərdə “Həyat hekayələri” adı altında dövri mətbuatda dərc olunmuş yazıları toplanıb. Dövrünün ictimai münasibətlərini, xarakterlərini özündə cəmləmiş bu hekayələr oxucuların marağına səbəb olacağına inanırıq.
ISBN 978-9952-82-81-1-5, 2015, 96 səh.