Monday, August 31, 2015

Türk hekayələri (Antologiya)
Oxuculara təqdim olunan bu kitabda müasir türk nasirlərinin əsərlərindən nümunələr toplanmışdır. Əsasən «Varlıq» jurnalından alınmış bu hekayələrdə türk cəmiyyətindəki insanların ağır güzəranından bəhs olunur.
Kitabı tərtib edərkən əsərlərin düzülüşündəki ardıcıllıq müəlliflərin anadan olma tarixinə görə müəyyən edilmişdir.
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2015
ISBN 978-9952-8210-3-1
Səhifə: 376 səh.
Format: 60x84 1/16 (140x200 мм) 
Cildi: yumşaq
Tiraj: 100


Friday, August 28, 2015

FƏRAHİM CƏFƏROV
GÜNAHKAR (roman)
Kitabda iki tələbə qızın həyatından bəhs olunur
Gənc yazarın ilk kitabı
Redaktor: Nigar Hacızadə, Zülfiyyə Əliyeva
Kitabın üz qabığındakı rəsmin kollajı: Sara Musayeva
238 səh.
Qiyməti: 7 manat.
Çap tarixi: 25.08.15
Format: 13x20
© Alatoran 2015



“Dünya Ədəbiyyatı Kitabxanası”ndan tərcümə mərhələsində olan nəşrlər

1. Çarlz Dikkens. “Oliver Tvistin macəraları” 
2. Edqar Allan Po. S/əsərləri 
3. Emil Zolya. S/əsərləri 
4. Qustav Flober. Əsərləri
5. Stendal. S/əsərləri
6. Akutaqava Rünoske. S/əsərləri
7. Bertolt Brext. S/əsərləri
8. Con Faulz. S/əsərləri
9. Frensis Skott Fitscerald. S/əsər.
10. Fridrix Dürrenmatt. S/əsərləri
11. Herbert Uells. S/əsərləri
12. Karlos Kastaneda. S/əsərləri
13. Marsel Prust. S/əsərləri
14. Umberto Eko. “Qızılgülün adı”
15. Boris Pasternak. S/əsərləri
16. Elfrida Yelinek. S/əsərləri
17. Elias Kanetti. S/əsərləri
18. Eyvind Yonson. S/əsərləri
19. Fransua Moriak. S/əsərləri
20. Günter Qrass. S/əsərləri
21. Kenzaburo Oe. S/əsərləri
22. Nadin Qordimer. S/əsərləri
23. Romen Rollan. S/əsərləri
24. Sol Bellou. S/əsərləri



Wednesday, August 26, 2015

Şəhla Abdullayeva
“Azərbaycan ədəbiyyatında “Şeyx Sənan” mövzusu”
Kitab gənc şərqşünas alimin sayca 10-cu kitabıdır. “Şeyx Sənan” qissəsinin haradan qaynaqlandığını, bu qəhrəmanın prototipinin kim olması haqqında müxtəlif ölkələrin bir çox ədəbiyyatşünasların araşdırmaları barədə məlumat verən Ş.Abdullayeva yazılı ədəbiyyatda məlum olan əsərləri təhlil edir. O, bildirir ki, ilk olaraq yazılı ədəbiyyatda “Şeyx Sənan” qissəsini XII-XIII əsrlərin ən tanınmış sufi şairlərindən olan Şeyx Fəridəddin Əttar qələmə alıb.
Alimin sözlərinə görə, “Şeyx Sənan” mövzusu XIV-XX əsrlərdə Azərbaycan ədəbiyyatında geniş yayılan mövzulardan biri olub. Monoqrafiyanın müəllifi Üzeyir bəy Hacıbəylinin “Şeyx Sənan” operasını, Hüseyn Cavidin eyniadlı faciəsini, Mehti bəy Hacınskinin 1908-ci ildə “Каспiй” qəzetində dərc etdiyi əfsanəni və digər əsərləri tənqidi dəyərləndirir, onların ideya-məzmun qayəsi haqqında dəyərli mülahizələr irəli sürür.
"Elm və təhsil", 2015, 304 səh.


Monday, August 24, 2015

"Dünya xalqlarının atalar sözləri"
KitabKlubu.org, 2015, 264 səh.

Tərtib və tərcümə edəni: Ayaz Vəfalı
Transliterasiya korrektoru: Xədicə Cəfərova

Atalar sözləri insanların həyat tərzini və düşdüyü vəziyyətləri
ifadə etmək baxımından ümumbəşəri, ayrı-ayrı xalqların həyat və
məişətini əks etdirmək baxımından isə məxsusidir. Müxtəlif
xalqların fərqli həyat şəraiti fərqli ifadə formalarına gətirir. Bəzi
xalqların düşdüyü situasiyalar Azərbaycan oxucusuna tanış
olmaya bilər. Hörmətli oxucu, diqqətinizə təqdim edilən kitab
məhz bu baxımdan orijinal və maraqlı olacaqdır.

© Kitab Klubu MMC, 2015
© Azərnəşr, 1976
ISBN 978-9952-8210-2-4
Qiyməti: 5.00 AZN


Friday, August 21, 2015

Məhəmməd Əsəd Bəy
Şərqdə neft və qan
Tarixi-publisistik roman
Alman dilindən tərcümə edən : Çərkəz Qurbanlı
Kitabda XIX əsrin sonlarında və XX yüzilin əvvəlində Bakı şəhəri, burdakı neft maqnatlarının həyat tərzi, Suraxanıdakı Atəşgah və onun tarixi, azərbaycanlıların adət-ənənələri, Azərbaycanda yaşayan almanların bu ölkədəki tarixi, daşnak-bolşevik cütünün 1918-ci ilin 30 mart 1 aprel tarixlərində azərbaycanlıra qarşı törətdiyi soyqırımı, Bakı komissarlarının rejimindən İrana və Türküstana qaçmış milli burjuaziyanın məşəqqətləri, 26 Bakı komissarlarının Türküstanda güllələnməsi, Türküstan və İran həyatı gənc yazıçının göz şahidliyi ilə oxunaqlı bir dildə təsvir olunur.
Roman 1920-ci ildə Bakıdan ayrılandan cəmi doqquz il sonra çap olunur.
© Kitab Klubu MMC, 2015
ISBN 978-9952-8210-1-7
KitabKlubu.org, 2015, 304 səh.
Qiyməti: 6.00 AZN


Tuesday, August 18, 2015

Mehman Süleymanov
"Türkmənçay müqaviləsi"

Kitab 1813-cü ilin oktyabrında imzalanmış Gülüstan müqaviləsindən sonra Azərbaycan xanlıqları ərazisində və bütünlükdə bölgədə yaranmış hərbi-siyasi vəziyyətin araşdırılmasına həsr edilmişdir. Azərbaycan xanlıqları əhalisinin işğala və kənar hərbi müdaxilələrə qarşı mübarizəsi, böyük dövlətlərin Azərbaycan xanlıqlarına qarşı təcavüzkar siyasəti, Azərbaycan xanlıqlarının işğalını möhkəmləndirən Türkmənçay müqaviləsinin imzalanmasına aparan hərbi-siyasi proseslər, habelə Türkmənçay müqaviləsinin yol açdığı nəticələr kitabda geniş şəkildə tədqiq edilmişdir.

“Elm və təhsil”, ISBN 978-9952-8142-9-3, 2015, 744 səh., 17x25, sərt
Qiyməti: 10.00 AZN