Saturday, October 31, 2015

“QABUSNAMƏ”
“Qabusnamə” tərbiyəyə və etikaya aid mühüm məsələləri özündə ehtiva edən etik-didaktik əsərdir. Bu əsəri 1082-1083-cü illərdə Azərbaycanın cənubunda, indiki İranın şimalında yerləşən Gilan dövlətinin padşahı Ünsürülməali Keykavus oğlu Gilanşaha müraciətlə yazıb.
Nəsihət janrında yazılmış əsər üslubu sadə olmaqla yanaşı, canlı və əyləncəli ifadə edilmiş hekayələrdən, müdrik müəllif kəlamlarından ibarətdir.
“Qabusnamə” orta əsrlərdə hökmdarların, din xadimləri, elm adamları və müəllimlərin masaüstü kitabı olub. Bu əsər əsrlər boyu gənc nəslin tərbiyəsində mühüm rol oynayıb.


Aydın Qarabağlı
Azərbaycanın qarqar uruqları və amazonlar
Oxucuya təqdim olunan bu toplum 2008-ci ildə nəşr olunmuş elmi-kütləvi “Qarabağ, onun qədim tayfaları və toponimləri” adlı kitabın bir növ tarixi-coğrafi və məntiqi davamıdır. O Qarabağın ən qədim aborigen və iri türk tayfalarından biri olan Qarqar uruqları və və Amazonlara ( döyüşçü qadınlara) həsr olunmuşdur. Müəlif ulu baba və nənələrimizin iziylə Böyük Qafqaza, onun quzeyinə, Dəsti-Qıpçaq çölünə (indiki “Böyük Rus çölü”) səyahətə çıxmış, sonra Güney-İran Azərbaycanında (Ərdəbil, Təbriz) səfərdə olmuş, zəngin təəssüratını qələmə almışdır. Kitabda ulu türk babalarımızın ilk dövlət qurumlarına, onların axın etdikləri uzaq ölkələrdə; İtaliya (Roma şəhərinin), Ukrayna(Kiyev şəhərinin) və Rusiyada ( Moskvada məşhur Kreml divarı və qüllələrinin) yaradıcısı, qurucu əməyinə, özləri ilə apardıqları mədəniyyətə toxunulmuşdur.
Qarqar uruqlarilə Turova (Troya) uğrunda çiyin-çiyinə vuruşmuş Amazonlarla yanaşı, onların çağdaş davamçıları; II Cahan müharibəsində və Qarabağ savaşında fərqlənmiş qeyrətli döyüşçü ana və bacılarımız haqqında yazılara yer ayrılmışdır.
Nəhayət, kitaba əlavə olunan toponimvə etnonimlərin etimologiyasınıelmi surətdə açıqlayan izahlı lüğət isə onu daha məzmunlu və maraqlı etmişdir.
2015, ISBN 978-9952-28-232-0, 384 səh.

Friday, October 30, 2015

ELXAN ELATLI
"Xəstə ruhlar"
(tarixi-detektiv roman)
Romanda artıq geniş oxucu kütləsi tərəfindən sevilib qəbul edilmiş xəfiyyə Qanbay Qasımlı yenidən oxucuların görüşünə gəlir. Roman təxminən yüz əlli illik bir dövrü əhatə etdiyi və bu dövrdəki hadisələrin təsvirinə detektiv janrın tələblərilə yanaşıldığı üçün bir qədər mürəkkəb görünə bilər. Lakin, ustalıqla qələmə alınmış bu əsərin də Elxan Elatlının digər əsərləri kimi maraqla, birnəfəsə oxunacağına əminik.
Bakı, "Elgün", 2015, 304 səh.
ISBN 978-9952-827-61-3



Tuesday, October 27, 2015

Hacı Mail. Qәzәllәr
Yeni nәşrin tәrtibçisi vә redaktoru:
Hacı Mustafa Mailoğlu

Kitaba görkәmli füzulişünas-alim, qәzәlxan-şair, ustad Hacı Mailin yaradıcılığının müxtәlif illәrindә qәlәmә aldığı qәzәllәr daxil edilmişdir.

Müəllif: Hacı Mail
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2015
ISBN 978-9952-8210-5-5
Səhifə: 380 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 100
© Kitab Klubu MMC, 2015


Saturday, October 24, 2015

Эсли Дильбази
«Осколки любящих сердец»

Поэзия молодой и талантливой поэтессы Эсли Дильбази просто очаровывает. Это первая книга автора. Оформление и название книги относятся непосредственно к перу автора.
Отметим, что Эсли Дильбази происходит из рода Дильбази. Она с отличием окончила Азербайджанский государственный экономический университет. Э.Дильбази увлекается поэзией с ранних лет. Ее стихи были опубликованы в газете «Мир литературы», а также вошли в сборник «Антология живой литературы – поэзия», изданный российским издательством «Скифия».

От автора:
В течение жизни я встречала разных людей, и у каждого из них была своя история, с их взлетами и падениями, счастливыми моментами и горькими разочарованиями, надеждами, согревающими душу, и уроками, преподнесенными судьбой. Некоторые истории трогали настолько, что вдохновляли меня на написание стихов. Моя поэзия есть отражение событий и переживаний из жизни чужих людей, чьи души и судьбы в какой-то степени стали мне родными.

Автор: Эсли Дильбази
Языки: Русский
Издательство: "Индиго"
ISBN 978-9952-486-11-7; 2015 г.
Страниц: 200 стр.
Формат: 70x100 1/32 (120x160 мм)
Тираж: 500 экз.
Переплёт: тв. обложка

БАКИНСКИЙ КНИЖНЫЙ КЛУБ
ЦЕНА : 12,00 МАНАТ

------------------
ОТРЫВОК ИЗ КНИГИ

Через несколько лет они встретились вновь
Двое тех, чьи сердца разрывала любовь
Двое тех что молчали о чувствах своих
И теперь просыпались в объятьях чужих.
Обменявшись набором банальнейших фраз
Он вдруг резко спросил не сводя с нее глаз
«- Ты любила меня? -А ты будто не знал?
- Нет, напротив, я знал.. но ты знаешь, я ждал…
- Ждал чего? - Что однажды ты скажешь как есть…
- Ты в глазах моих должен был это прочесть!
- Я читал…но не знал как себя повести
И вела себя странно ты… - Ну уж прости!
Говоришь нужно было об этом кричать?!
- Нет могла бы тихонько мне просто сказать…
- Как сказать если не замечал ты меня…
- Ошибаешься…ждал до последнего дня!
- Значит... ты..меня тоже любил или как?
- Я ведь ждал , что ты сделаешь первая шаг…
- Так любил или нет? - Эх …не важно теперь…
- Нет скажи! Доя меня это важно, поверь…
- Да я очень любил, обожал! Что с того?
Ведь теперь ты с другим и ты любишь его
- Ну зачем,ну зачем ты тогда не сказал…
- Я боялся, стеснялся, что делать не знал
И сказал уже странно себя ты вела
- Я ведь тоже боялась, стеснялась, ждала
Да теперь я с другим, но люблю я тебя
-И я тоже тебя…Но увы..не судьба»
И пошли они каждый дорогой своей
Она в мыслях о нем, а он в мыслях о ней
Но не вместе увы, вот и сказке конец
Каждый день так ломается сотни сердец
И становится спутником жизни печаль
А все было настолько реально…Мораль:
«Как грустно и глупо, порою любовь
Становится жертвой несказанных слов…»


Hümayi-ƏRŞ
Qarabağlı Şeyx Mir Həmzə Nigarinin Mənaqibnaməsi
MATM-nin əməkdaşı Əli Fərhadovun redaktorluğu ilə 19-cu əsr sufi şairi Mir Həmzə Nigari haqda olan osmanlıca “Hümayi-ərş” (müəllifi Mustafa Fəxrəddin Ağabali) əlyazması azərbaycan dilində nəşr olunub.
Əsərin naşiri professor Mehmet Rıhtım, azərbaycancaya uyğunlaşdıran Fəridə Əliyeva, redaktorları professor Minaxanım Təkləli, professor Ömer Okumuş, Nazim Əkbərov və Əli Fərhadovdur.
ISBN 978-9952-468-45-8, 2015, 500 səh. 20x28

Thursday, October 22, 2015

İsmayıl Umudlu
"Şıxlinskilər"
( Etno-tarixi və genealoji rakurs)
Azərbaycan Türklərinin əsilzadə soylarından olan Şıxlinskilərin soy kitabı və şəcərələri 18 illik araşdırmalardan sonra bütün genişliyi ilə təqdim olunur. Qazax bölgəsi ilə bağlı olan bu soyun zəngin keçmişi milli tariximizlə sıx bağlılıqda gözdən keçirilmişdir. Genealoji tələblər gözlənilməklə yanaşı, soyun ayrı-ayrı parlaq isimlərinin ömür yolu təfsilatı ilə verilir.
ISBN 978-9952-404-05-0, 2015, 676 səh.