Monday, December 28, 2015

Qabusnamə
Farscadan tərcümə edən: Rəhim Sultanov
Fars ədəbiyyatının qiymətli nümunələrindən olan “Qabusnamə” özünün məzmun rəngarəngliyinə görə geniş şöhrət qazanmışdır. Dünyanın bir çox xalqlarının dillərinə tərcümə edilmiş bu hikmət kitabı dövranın acısını-şirinini dadmış qoca atanın öz oğluna nəsihəti və vəsiyyətindən bəhs edir. Qabusnamə həyatın müxtəlif sahələrinə həsr edilmiş 44 fəsildən ibarətdir. Allahın vəsfinə həsr olunmuş birinci fəsil və peyğəmbərlərin yaranmasına həsr edilmiş ikinci fəsil nəzərə alınmazsa, “Qabusnamə” başdan-ayağa həyati məsələləri öyrətmək, yaşamaq qayda-qanunlarını təbliğ etmək arzusundan ibarətdir.
Kitab “Qabusnamə” (Bakı, Azərnəşr”, 1961) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır
Müəllif: Keykavus
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2015
ISBN -
Səhifə: 256 səh.
Format: 60x84 1/16 (140x200 мм) 
Cildi: yumşaq
Tiraj: 100

Friday, December 25, 2015

CÜRCÜ ƏDƏBİYYATI SİLSİLƏSİ
------------------------------------------
Kote Candieri. "Qloballaşma"
Kitabda müəllifin iki hekayəsi, bir povesti və bir epostolyar novellası təqdim olunur.
"Kitablar arasında, insanlar arasında olduğu kimi, yaxşı və pis mühitə düşmək olar"
2015, ADK Publishing House
Qiyməti: 6.00 AZN


Thursday, December 24, 2015

Kamran Nəzirli. "Dördüncü Möhür" (roman)
"Dördüncü Möhür" qısa hekayələr müəllifi kimi tanınan yazıçı Kamran Nəzirlinin ilk iri həcmli əsəridir. Roman 33 fəsildən ibarətdir. Maraqlı süjet xətti olan bədii-fəlsəfi-psixoloji məzmuna malik bu əsərdə yazıçı tarixi faktlardan və sənədlərdən də istifadə edib.
Romanın əsas qəhrəmanı Banu iki dəfə qaçqınlıq həyatı yaşamış gənc azərbaycanlı qızıdır. Yeniyetməlik çağlarından bəri taleyin bütün ağır zərbələrini – baba, ata, əmi, oğul və digər qohumların itkisini yaşamış bu gənc qız sınmır, Türkiyədə tibbi təhsil alır, Vətənə dönür, klinikada işə düzəlir, inadla elmin dalınca düşür; birinci evlilik həyatı, sevgisi uğursuz olur, doğma balasını itirir... Taleyin yeni zərbələri onun elmi araşdırmalarına mane olmur... dünyanın qibtə edə biləcəyi həkim-psixiatr kimi tanınır. Bundan sonra o, anlayır ki, insanların psixoloji durumunda böyük problem var, dünya əhalisinin yarıdan çoxunun psixoloji durumu acınacaqlıdır...müharibələr, etnik münaqişələr, qaçqınlıq, xəstəliklər, terrorlar... bəlkə elə bütün bunlar psixoloji pozuntularla bağlıdır? Bu qlobal problemi aradan qaldırmaq üçün gənc alim qız yollar axtarır, təlim proqramı hazırlayır. Onun psixo-analitik mülahizələri yenidir, dünya alimləri tərəfindən maraqla qarşılanır. O, dünyanın xilas olunmasının yollarını göstərməyə çalışır.
Bunlar nədən ibarətdir? Ümumiyyətlə, bu mümkündürmü? Romanda bu suallara cavab tapmaq olar.
Müəllif: Kamran Nəzirli
Dil: Azərbaycan
Nəşriyyat: “Mütərcim”
Nəşr ili: 2015
ISBN: 4702060000-292-15/026
Səhifə: 464 səh.
Format: 60x84/16 (130x200 мм)
Cildi: yumşaq
Tiraj: 2000 nüsxə
Kitabı Bakı Kitab Klubundan əldə etmək olar.


Tuesday, December 22, 2015

Fərman Eyvazlı
Qaçaq Kərəm
(2‐ci hissə)
KitabKlubu.org, 2015, 224 s.
Kitaba görkəmli yazıçımız Fərman Eyvazlının ʺQaçaq Kərəmʺ romanının ikinci hissəsindən parçalar olan ʺDüyünlü günlərʺ və ʺBir kisə qızılʺ povestləri, İsrafil ağanın həyatla vidalaşması səhnəsinə həsr olunmuş ʺAğanın ölümüʺ hekayəsiʺ və ədibin İran səfəri əsasında yazılmış ʺXoy səfəriʺ publisistik yazısı daxil edilmişdir.

© Kitab Klubu MMC


Seyfulla Aslanov
"İBTİDAİ İSTİNTAQ" (dərs vəsaiti)
Kitabda təhqiqat və ibtidai istintaq aparılmasının prossesual qaydalarından bəhs olunur. Kitabda ibtidai araşdırmanın anlayışı və mahiyyəti, formaları, cinayət prosesinin ilk mərhələsi kimi cinayət işi başlanması, ibtidai istintaqın ümumi şərtləri və əsasları, konfidensiallıq, sübutların toplanması, təqsirləndirilənşəxs qismində cəlb etmə, qətimkan tədbirlərinin tətbiqi, bəzi kateqoriyalı şəxslər barəsində ibtidai istintaqın xüsusiyyətləri, cinayət işi üzrə icraatın dayandırılması və ona xitam verilməsi, ittiham aktının tərtib edilməsi və cinayət işinin məhkəməyə göndərilməsi kimi məsələlər şərh edilir.
2015, 608 səh. tiraj 500
ISBN 978-9952-36-067-7


Tuesday, December 15, 2015

Azərbaycan Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi
Saday Budaqlı
“Yolüstü söhbət”
Saday Budaqlının 60 yaşı münasibətilə nəşr olunan “Yolüstü söhbət” kitabına yazıçının “Zədə” romanı, povestləri, 1990 və 2000-ci illərdə yazdığı hekayələri toplanıb.
2009-cu ildə Azərbaycan Mədəniyyət Nazirliyinin “Qızıl Kəlmə” mükafatına layiq görülüb.
Hekayələri ingilis, yapon, litva, türk və başqa dillərə tərcümə olunub. M.Bulqakov, E.Kabavata, Q.Markes, M.Lyosa, X.Onetti, Kamilo Xose Sela, Migel Delibes və digər yazıçıların əsərlərini dilimizə tərcümə edib.
“Yolüstü söhbət” S.Budaqlının latın qrafikasında nəşr olunan ilk kitabıdır.
"Aspoliqraf", 2015, 320 səh., 13x20, bərk, tiraj 500

Sunday, December 13, 2015

Ceyms Corc Frezer / "Qızıl budaq"

(Maqiya və dinin tədqiqi)



Kitab klubu bəşəriyyət tarixinin ən dəyərli kitablarından biri olan «Qızıl budaq» kitabını nəşr etməyi planlaşdırır. 

Kitabın müəllifi şotland antropoloqu ser Ceyms Corc Frezerdir. 
Tərcüməçisi Yusif Rəhimoğludur. 


Bu kitab

- qədimlərdən bəri yer üzündə olmuş və olan ən inanılmaz, ən qəribə, ən maraqlı adət-ənənələri təsvir
və bunların əsasında
- magiya, din və elm haqqında edilmiş fundamental fərziyyələr və çıxarılmış qlobal nəticələri əhatə edən köklü elmi-tədqiqat əsəridir.

Macəra ədəbiyyatı qədər maraqlı, dünyaya baxışınızı dəyişdirəcək qədər təsirlidir.
Kitabı hər şeylə maraqlanan həvəskar səviyyəsində oxuyub ləzzət almaq, tədqiqatçı səviyyəsində – əldə qələm – öyrənib, elmi fayda götürmək olar.

Adət-ənənələr, magiya, din və elmin yaranması ilə maraqlananlar və bu fenomenləri öyrənənlər – etnoqrafiya, filologiya, tarix … fakültələrinin tələbələri, magistrlər, aspirantlar, elmi işçilər üçün nəzərdə tutulub.
Yüz ildən artıqdır ki, «Qızıl budağa» olan tələbat azalmır və o, dövri olaraq nəşr edilir.
Əziz oxucu. İstəyimiz belə məzmunda kitabın sizi nə dərəcədə maraqlandırdığını öyrənməkdir. Verəcəyiniz hər səs (LİKE) kitabın nəşrini tezləşdirəcək və onun satış qiymətini aşağı salacaqdır. Uğurlu və xeyirli olsun.
Kitabda təsvir edilmiş yüzlərlə adətdən bir neçəsi ilə tanış olun:
Madam ki, kölgə insan və ya heyvanın həyati vacib hissəsidir, demək ona toxunma bəzi hallarda elə onların bədənlərinə toxunma qədər təhlükəli ola bilər. Buna görə də vəhşi adam hansı səbəbdənsə təhlükəli saydığı bəzi şəxslərin kölgələrindən bir qayda olaraq qaçınmağa çalışır. Bu cür insanlar sırasına o, bir qayda olaraq, ağıçıların hamısını, qadınları və xüsusən də qaynanasını aid edir. Şusvap hinduları inanırlar ki, ağıçının kölgəsi insanın üzərinə düşsə, o, dərhal azarlayar. Avstraliya aborigenlərinin kurnai qəbiləsində (Viktoriya) inisiasiya (kişiliyə qəbul,- tərc.) zamanı gəncləri xəbərdar edirlər ki, üzərlərinə qadın kölgəsi düşməməlidir, yoxsa onlar arıq, tənbəl və axmaq olarlar. Belə söyləyirlər ki, bir avstraliyalı aborigen ağac altında yatarkən ayaqlarına qaynanasının kölgəsi düşdüyünü biləndə az qalıb qorxudan ölsün. Vəhşi insanın qaynanasına münasibətindəki bu xurafatçı xof ən çox bəlli olan antropoloji faktlardan biridir. Yuin tayfalarında (Yeni Cənubi Uels) kişinin öz qaynanası ilə hər cür təmasına ciddi yasaq qoyulurdu. O, nəinki qaynanasına, ona tərəf belə baxa bilməzdi. Kişinin kölgəsi təsadüfən qaynanasının üzərinə düşürdüsə, bu, boşanma üçün bir əsas olurdu. Be halda ər arvadını buraxmalı, arvad isə öz ata evinə qayıtmalı idi. Yeni Britaniya sakinlərinin təxəyyülü kişinin təsadüfən öz qaynanası ilə danışmasının dərhal törədə biləcəyi fəlakətlərin miqyasını təsəvvür etməkdə acizdir; belə kişi üçün ən yaxşısı özünü öldürməkdir. Yeni Britaniya aborigenlərinin ən təntənəli andı belədir: “Ser, yalan deyirəmsə, qoy qaynanamla əl verib görüşməli olum.”

Qallaslarda qadın təsərrüfat qayğılarından usananda rabitəsiz sözlər danışmağa və özünü qəribə aparmağa başlayır. Bu onun əlamətidir ki, ona müqəddəs ruh Kallo nazil olmuşdur. Əri dərhal onun ayaqlarına düşür. Bundan belə kişi ona“arvadım” yox, “hökmdarım” kimi müraciət etməlidir. Daha qadın ev işlərinin qeydinə qalmır və hər bir buyruğu ilahi qanuna çevrilir.

Saçları qırxdırmaq zərurətə çevrilirsə, bu əməliyyat ilə bağlı riskləri minimuma endirmək üçün tədbirlər görülür. Fici adasındakı namosi tayfasının başçısı saçını qırxdırmaq zərurəti qarşısında qalanda, saçını qırxan adamı, hər ehtimala qarşı, yeyirmiş.
Malay cadugərliyinin, ocibveylərin  cadugərliyini daha çox xatırladan başqa bir forması boş pətəkdən götürülmüş mumdan ayaq pəncəsi boyda oxşarın (kuklanın) düzəldilməsindən ibarətdir. Onun gözlərini çıxarın ­– düşməniniz kor olacaq; qarnını deşin –xəstələnəcək, başına iynə batırın – baş ağrıları başlanacaq, sinəsini deşin – xəstə düşəcək. Amma düşməndən biryolluq can qurtarmaq istəyirsinizsə neştəri elə sancın ki, kuklanın başından girib ayağından çıxsın, onu meyit kimi kəfənə bükün; üstündə cənazə duası oxuyun; yolun ortasında, qurbanınızın onu mütləq tapdalayacağı bir yerdə basdırın. Qanın boynunuzda qalmasını istəmirsinizsə belə deyin:
Onu mən basdırmıram,
Müqəddəs Qavriil (Cəbrayıl) basdırır.
(Xristianlarda ölüm mələyi kimi Əzrayıl deyil, Cəbrayıl qəbul edilir.)

Beləliklə, qətlin vəbalı mələk Cəbrayılın boynunda qalacaqdır ki, onun da bu məsuliyyət yükünü daşıması çətin olmayacaq.