Monday, August 22, 2016

Dostlarınızla paylaşın, fürsəti qaçırmasınlar)
-------------------------------------------------------
Bu kitablara şamildir - https://www.docdroid.net/xnOLaH4/aksiya-50.pdf.html


Friday, August 19, 2016

KİTABLARI ZİBİLLİYƏ ATMAYIN!!!
Makulatura aksiyamıza sən də qoşul!..


Wednesday, August 17, 2016

Gulnara Useinova (author)
"Simple Azerbaijani Language" (+ Includes CD)
f o r   b e g i n n e r s
“Simple Azerbaijani Language” is a short zero beginner’s course and a foundation course for the Full Azerbaijani Language Course, designed for adults who want to start to use Azerbaijani for a short period of study. The audio CD contains recordings of all the textbook materials.
Author(s): Gulnara Useinova
Country: Azerbaijan
Language: English, Azerbaijani
ISBN: 978-9952-8084-0-7
Date Publication: 2006
Publisher: Baku, "KMT"
Format: 60x84 1/16 (200x290 мм)
Cover Type: paperback
Pages: 230
Copies: 1000



Monday, August 15, 2016

Stefan Sveyq / Stefan Zweig
ŞAHMAT (novella)
Tərcümə: Çərkəz Qurbanlı
Stefan Sveyq “Şahmat” novellasında insanın dərin duyğularının ən gizlin qatlarına enməyi bacarıb. Sveyq poetikasının əsasını qəlbi oxumaq qabiliyyəti idi. Bu novella çox qısa zaman ərzində kəskin bir-birinə zidd olan iki insanın xarekterini çılpaqlığı ilə gözlər önünə sərir.
© Kitab Klubu MMC, 2016
© Bakumoz MMC, 2016


Saturday, August 13, 2016

Əhməd Ağaoğlu
"Sərbəst İnsanlar Ölkəsində"

(İlk nəşr: İstanbul, 1930)
Azərbaycan türkcəsinə çevirənlər:
Sevda İsmayılova,
Zeynal Məmmədli
© TUTU Nəşriyyatı, 2001
© Kitab Klubu MMC, 2016


Thursday, August 11, 2016

Nodar Dumbadze
Kukaraça (povest)
Tərcümə: Ulduz Sadıqova

Gürcü yazıçısı Nodar Dumbadzenin (1928-1984) yaradıcılığı özünün xüsusi səmimiliyi, yumoru və yüksək dramatikliyi ilə fərqlənir. “Kukaraça“ (1980) povesti Dumbadzenin ən güclü və təsirli əsərlərindən biridir. Hətta infarktdan sonra da yazıçı əsər üzərində işləməkdən qalmır: qəhrəmanının – sahə müvəkkili Tuşuraşvilinin həyatı, müəllifi bir anda sakit buraxmır. Anna İvanovnanın hətta qatı cinayətkar Murtalonun sətir altı sözləri Sovet İttifaqının heç də bitkin cəmiyyət olmadığını oxuculara ustalıqla göstərirdi. Bu mənada inanıram ki, indiki cavan oxucularımız üçün də bu əsər böyük maraq kəsb edəcəkdir.

© Kitab Klubu MMC, 2016
© Gənclik, 1989

Müəllif: Nodar Dumbadze
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2016
Səhifə: 126 səh.
Format: 70x100/32 (120x170 мм)
Cildi: yumşaq
Tiraj: 100 nüsxə



Wednesday, August 10, 2016

Ernest Heminquey
Fiesta (roman)
Tərcümə etdi: Abdıyeva Tamella

Ernest Heminqueyin “Fiesta” ("Günəş doğur") romanı “itirilmiş nəsil” adlandırılanlardan bəhs edir. Romanın Birinci Dünya Müharibəsində fiziki və mənəvi işgəncələrə məruz qalan qəhrəmanları acı xatirələrdən uzaqlaşmağa çalışırlar. Onların hər biri bədbəxtdir: həyatda dayaq axtarırlar, amma tapa bilmirlər. Onların təlaşı, yeni təcrübələrə susuzluğu və səmimi ünsiyyətə olan aclığı buradan qaynaqlanır. Onlar fədakardırlar, sevgi və dostluğun, fiesta və təbiətlə ünsiyyətin bəxş etdiyi nadir dəqiqələrdə özlərini yenidən dünyaya gəlmiş kimi hiss etməyi bacarırlar.

© Kitab Klubu MMC, 2016

Müəllif: Ernest Heminquey
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2016
Səhifə: 256 səh.
Format: 60x84 1/16 (130x200 мм)
Cildi: yumşaq
Tiraj: 100