Friday, February 24, 2017

Calal Bərgüşad
Sıyrılmış qılınc (tarixi roman)

Calal Bərgüşadın "Sıyrılmış qılınc" tarixi romanı məşhur xalq sərkərdəsi Babək Xürrəminin ölməz həyatına həsr edilmişdir. Romanda Babəkin azadlıq və istiqlaliyyət uğrunda xilafətə qarşı apardığı bir sıra şanlı döyüşlər, o dövrün tarixi xronologiyası təsvir olunur.
Bakı Kitab Klubu, 2017, 436 səh.


Wednesday, February 8, 2017

Vladimir Bartol
ƏLAMUT (tairixi roman)

Tərcümə etdi: Rəvan Musayev
Redaktor: Elxan Rzayev
Korrektor: Sevinc Rzayeva

Roman oxucunu XI yüzilliyə, Böyük Səlcuq Dövlətinin hökmranlığı dövrünə aparır. İslam dini, şərq fəlsəfəsi, hakimiyyət uğrunda mübarizə, dövrün tarixi hadisələri müəllif tərəfindən elə təsvir edilmişdir ki, sanki hər şey oxucunun ətrafında cərəyan edir. İnsan özünü zamanın müasiri kimi hiss edir və əsərin bəxş etdiyi ovsunlu abu-havadan bir an belə ayrılmaq istəmir.
Bakı Kitab Klubu, 2017, 432 səh.


Thursday, February 2, 2017

Donald J. Trump
Meredit Makiver

Çempion kimi düşün
Maqnatın həyat və biznes haqqında düşüncələri

Azərbaycan dilinə tərcümə edən:
Elxan Rzayev

4,5 milyard dollar mülkiyyəti ilə dünyanın ən nəhəng biznesmenlərindən biri. Manhettendəki ən yaxşı daşınmaz əmlakın 2 milyon kvadratmetrinə sahib olan tikinti maqnatı. Onun adı brendə çevrilib və milyon dollara satılır. Onun həyat hekayəsi yüksəliş və enişlərlə doludur, lakin o, hər bir böhrandan sonra mütləq yüksəlir və əvvəlki zirvəsindən də yuxarı qalxır.

© Kitab Klubu MMC, 2017

Müəllif: Donald J. Trump, Meredit Makiver
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2017
Səhifə: 216 səh.
Format: 60x84 1/16 (120x180 мм)
Cildi: yumşaq
Tiraj: 100


Monday, January 23, 2017

ABUNƏÇİLƏRİN NƏZƏRİNƏ:
DƏK Seriyasından yeni 6 kitabı qarşılayın...

DƏK Seriyasından yeni (6 kitab) aşağıdakılardı!

1. Henrix Heyne, S/Əsərləri
2. Akutaqava Runoske, S/Əsərləri
3. Çarlz Dikkens, Oliver Tvist
4. Bertold Brext, S/Əsərləri
5. Skandinav adəb. antologiyası
6. Amerika ədəb. antologiyası

Beləliklə DƏK layihəsindən ümumilikdə 124 kitab çap olunub.
Yolunuzu gözləyirik...
---------------------------
Ünvanımız:

Təbriz küçəsi (keçmiş Çapayev), Tələt Şıxəliyev 14
(Şuşa restoranının yaxınlığı / 4saylı poliklinika) Nərimanovla 28 mayın arası. (hər iki tərəfdən 5№li qırmızı BakuBus*-lar gəlir)
Əlaqə nömrələri: 012 489 84 69, 050 404 91 13



Saturday, January 21, 2017

İsrafilov Mahir Mənsur oğlu
Məntiq
(nəzəriyyə və praktika)

Elmi redaktor: prof. H.R.İmanov
Rəyçilər: fəlsəfə elmləri doktoru,
prof. Ə.B.Məmmədov fəlsəfə elmləri namizədi, dos. Q.Yusifova
Redaktor: fəlsəfə elmləri doktoru, prof. H.İsrafil

Kitabda məntiqin aktual problemlərinin (təfəkkür formalarının) konkret təhlili verilməklə, ilk dəfə “Təbii dilin tədqiqi“, “Normalar məntiqi", “Əqli nəticənin məhkəmə praktikasında rolu“, “Arqumentasiya nəzəriyyəsi, onun taktikası" və digər məsələlərə də xüsusi diqqət ayrılmışdır. Kitabın nəzəri və praktik əhəmiyyəti onunla səciyyələnir ki, ondan hər bir insan istifadə edə bilər.

Müəllif: Mahir İsrafilov
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2017
Səhifə: 408 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 100



Thursday, January 12, 2017

Vaqif Qasımov
İnformasiya axtarışı üsulları və sistemləri (dərslik) 

Dərslikdə informasiya ilə bağlı əsas anlayışlar, informasiya təlabatı, onun formalaşması mərhələləri və öyrənilməsi üsulları, eləcə də internetin informasiya ehtiyatları və xidmətləri barədə geniş məlumat verilmişdir.

2015, 288 səh.


Tuesday, January 10, 2017

Nəcəf bəy Vəzirov
Müsibəti-Fəxrəddin (seçilmiş əsərləri)

Tərtibçi: F.Qasımzadə
Bakı, “Kitab Klubu” N.E., 2017, 432 səh.

Nəcəf bəy Vəzirovun Azərbaycan dramaturgiyasının formalaşmasında, ideya-estetik məzmun bədii sənətkarlıq keyfiyyətlərinin zənginləşdirilməsində, milli teatrın yaradılmasında və inkişafında müstəsna rolu vardır.
Kitaba dramaturqun pyesləri, hekayələri, məqalələri və kiçik mütəfərriqələri daxil edilmişdir.

© Kitab Klubu, 2017
© Azərnəşr, 1954