Saturday, August 19, 2017

Əziz Nesin
Bir sürgünün xatirələri (hekayələr)
Tərcümə etdi: A.Babayev, Ə.Əmiraslanov
Kitabda beynəlxalq mükafatlar laureatı, ötən əsrin müqtədir satirik ədibi Əziz Nesinin müxtəlif illərdə yaratdığı mətbu əsərləri toplanmışdır. “Bir sürgün xatirələri” silsiləsi müəllifin şəxsən başına gələn müsibətlərin və məşəqqətlərin bədii-yumoristik ifadəsidir. Oxucular bu kitabda böyük yazıçının çoxşaxəli yeni yaradıcılıq məziyyətləri ilə tanış olacaqlar.
Müəllif: Əziz Nesin
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2017
ISBN: 
Səhifə: 208 səh.
Format: 60x84 1/16 (130x200 мм) 
Cildi: yumşaq
Tiraj: 50

Saturday, August 5, 2017

İlhami Əliyev
Naxçıvan bölgəsi Səfəvilər dövründə
Monoqrafiyada Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan diyarının XVI-XVIII əsrin əvvəllərinə aid ictimai-siyasi, tarixi, iqtisadi həyatı, əhalisi və tarixi coğrafiyası tədqiq olunmuşdur.
2014, 224 səh.


Thursday, July 27, 2017

Gi de Mopassan. HƏYAT (roman)

Mopassan «Həyat» romanını otuz üç yaşında yazıb. «Həyat» Mopassanın ilk romanıdı. Əsər Azərbaycan dilinə 1989-cu ildə çevrilib . Romanı gənclər oxusalar çox yaxşı olar. Xüsusən gənc xanımlar. Mopassanın dili çox dinamikdir. Asan oxunur. Təsvirləri çox sadədir. Lakin Mopassanı oxuduqdan sonra adam hər şeyə şübhəylə baxır. Cəmisi 43 il yaşamış bir adamın həyatı bu dərəcədə bilməsi hər səhifədə adamı mat qoyur.

Tərcümə: Əziz Gözəlov

Müəllif: Gi de Mopassan
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2017
ISBN: -
Səhifə: 316 səh.
Format: 60x84 1/16 (130x200 мм)
Cildi: yumşaq
Tiraj: 50


Wednesday, July 26, 2017

Eldar MƏMMƏDOV
"BİZİM GÖZƏL DİLİMİZ"

Tərcüməçinin stolüstü kitabı
(əlavələr və düzəlişlər edilmiş ikinci nəşr)
Bakı, Kitab Klubu, 2017, 282 səh.

Bu yaxınlarda tanınmış alimlərimizdən biri əlacsızlıqdan elan edib ki, onun feysbuk səhifəsinə göndərilmiş, amma Azərbaycan dilində savadlı yazılmamış ismarıclara qadağan qoyacaqdır.
Bu həyəcan təbili son zamanlar ancaq sınaq imtahanlarını vermək üçün öyrənilən və qısa müddətdən sonra yaddan çıxarılan savadlı Azərbaycan dilinə olan münasibətimizin bir göstəricisidir.
Təqdim etdiyimiz kitab da növbəti həyəcan siqnalıdır. Kitabın müəllifi, tərcüməçi Eldar Məmmədov elə məsələlərə toxunub ki, onlar çoxumuzun yatanda yuxusuna belə girmir.
Kitab həm peşəkarlar, həm də həvəskarlar üçün nəzərdə tutulub.
Onu da qeyd edək ki, müəllifin toxunduğu bir çox məsələlər müzakirə və mübahisə predmeti ola bilər. Amma bu müzakirə və mübahisələr arzu ediləndir, çünki dilimizin xeyrinə olacaqdır.

© E.Məmmədov
© Kitab Klubu


Wednesday, July 19, 2017

Əhməd Cavad. Əzilsəm də susmaram! /Seçilmiş əsərləri/
Tərtibçi: Əli Saləddin

Şair, tərcüməçi Əhməd Cavadın (tam adı: Cavad Məhəmmədəli oğlu Axundzadə) şeirləri 1913-cü ildən çap edilmişdir. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-cı ildə "Qoşma" adlı ilk kitabı çap-dan çıxmışdır. 1919-cu ildə isə "Dalğa" adlı kitabı nəşr olunmuşdur. Onun məşhur "İstiqlal uğrunda şeirlər" kitabı isə 1928-ci ildə İstanbulda buraxılmışdır. Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad, haqsız olaraq həbs edilmiş, dəhşətli işgəncələrə məruz qalmış, 1937-ci il cəza tədbirlərinin qurbanı olmuşdur.
Kitaba şairin zəngin yaradıcılığının bir hissəsi daxil edilib.

Müəllif: Əhməd Cavad
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2017
ISBN: -
Səhifə: 326 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 50


Monday, July 17, 2017

Mehman Kərimov
Müdrikliyə, ədalətə, uğura 40 çağırış
Bilik biliyə ehtiyac yaradır
Didaktik müntəxəbat

Orta insan 50 il ərzində 2600 kitab oxuyur. Əlbəttə bu oxunanların hamısı yadda qalmır. Amma elə hikmətli və faydalı fikirlər olur ki, onları bir yerə toplamaq və dövri olaraq oxumaq istəyirsən. Bu kitabın tərtibçisi Mehman bəy Kərimov da rastına çıxan və dəyərli hesab etdiyi fikirləri bir yerə toplamış, sonra isə bu fikirlərdən başqalarının da faydalanması üçün onu kitab şəklində nəşr etdirmək qərarına gəlmişdir.
Kitab həqiqətən də çox maraqlı alınmışdır.

Müəllif: Mehman Kərimov
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2017
ISBN: -
Səhifə: 236 səh.
Format: 60x84 1/16 (130x200 мм)
Cildi: yumşaq
Tiraj: 50