Thursday, January 24, 2019

Arçibald Kronin. QALA (roman)
Tərcümə edəni: Tələt Ələkbərov
Bakı, KitabKlubu.org, 2018, 404 səh.
Qala, Kroninin bəlkə də ən məşhur kitabıdır; bu, insanın həyat yolunu şəxsiyyətin formalaşmasından və inkişafından başlayaraq acı gerçəkliyin ağırlığı altında parçalanmasına və çökməsinə qədər əhatə edən gözəl, aktual roman-pritçadır. 
Əndru Mənson ilk iş yerinə nəcib bir məqsədlə gəlir: mümkün qədər çox insana kömək etmək. O, tibbi gerçəkdən şöhrətləndirə bilənlərdən olmaq istəyir. Hər şey kiçik bir işdən başlayır, lakin Əndru çətinliklər qarşısında geri çəkilmir: bir əyalət şəhərciyində həkim köməkçisi olur, amma əslində özü də həkimdir. Həyat mürəkkəbdir və Əndru bu həyatın meydan oxumasını qəbul edir! Yavaş-yavaş, müxtəlif xəstəxanalarda işləyərək, Əndru başgicəlləndirən bir karyera qurur. Ancaq bu yüksəlişdə öz “mən”ini tapmaq çətin olur. Uğurlu həkim, tibb sistemini necə dəyişdirmə ilə bağlı qlobal sualları özünə daha gec-gec verir.


Tuesday, January 8, 2019

Rusiya azərbaycanlılarının federal milli-mədəni muxtariyyətinin Federal Şurasının üzvü Şaiq Məmmədovun dəstəyilə nəşr olunub
Elmi redaktor: Giorgi Mamulia, tarix elmləri doktoru, Fransa Sosial Elmlər Ali Məktəbinin əməkdaşı
Rəyçi: Yavuz Akpınar, Egey Universitetinin professoru
Aydın Balayev. Məmməd Əmin Rəsulzadə. Qürbətdə Vətən davası. 1922-1943. 
Bakı: 2019, “Pergament” Y.E., 200 səh.
Kitab son illərdə müxtəlif ölkələrin arxivlərində aşkarlanıb, ilk dəfə olaraq elmi dövriyyəyə daxil edilmiş sənədlər əsasında milli dövlətçiliyimizin banisi Məmməd Əmin Rəsulzadənin 1922-1943-cü illərdə mühacirətdəki fəaliyyətinin tədqiqinə həsr olunub.
Kitabda M.Ə.Rəsulzadənin həmin dönəmdə Azərbaycan və Qafqaz mühacirəti daxilində gedən proseslərdə iştirakı, onun mühacirətin birliyinə nail olunması istiqamətindəki fəaliyyəti, eləcə də sovet rejiminə qarşı barışmaz və davamlı mücadiləsinin müxtəlif məqam-ları yeni faktlar əsasında araşdırılır.

© Aydın Balayev

Monday, December 24, 2018

Əlisa Nicat. GƏNCƏLİ MÜDRİK

Kitab böyük mütəfəkkir, dahi Azərbaycan şairi və tariximizin önəmli şəxsiyyətlərindən olan Mirzə Şəfi Vazehin həyatı və həyat mübarizəsi haqqındadır.

Bakı, KitabKlubu.org, 2018, 334 səh. 
© Kitab Klubu MMC, 2018


Tuesday, December 18, 2018

Əziz dostlar! 
Bu günlərdə Kitab Klubunun direktoru Elxan Rzayevin əziz xatirəsinə həsr edilmiş "Günəşə doğru gedən adam" kitabı işıq üzü gördü. Kitabın ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulub. Tədbir bu həftənin şənbə günü - 22 dekabr, saat 11.00-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək. 
Təqdimat mərasimində iştirak etmək istəyənlər buyurub gələ bilərlər. KİV nümayəndələri də dəvətlidirlər.


Saturday, December 15, 2018

Məti Osmanoğlu
"Sözün o üzündə" Ədəbi fraqmentlər

Bakı. Kitab klubu, 2018, 408 səh.
Kitabda müəllifin əsasən son illərdə yazdığı filoloji araşdırmaları, esseləri və xatirələri toplanmışdır.
© Məti Osmanoğlu, 2018
ISBN 978-9952-8023-1-3



Hüseyn Baykara
Azərbaycanda Yeniləşmə Hərəkatı
XIX ƏSR

Şuşada Qavarelli Şirinbəylilər kimi tanınmış və şərəfli yol keçmiş nəslinin parlaq nümayəndəsi Huseyn Baykaranın əziz xatirəsinə ithaf olunur

Türk dilindən çevirəni
Vəfa Rzazadə

Bakı, KitabKlubu.org, 2018, 242 səh.
© Azelma Həsənova, 2018
Kitabı əldə etmək üçün:
KitabKlubu.org: (012) 489-84-69, (050) 404-91-13


Thursday, December 6, 2018

“Cümhuriyyətə işıq saçan qadınlar”
/Azərbaycan Cümhuriyyətinin 100 illiyinə töhfə/
Tərtibçi: Samir Ramizoğlu

Toplu Cümhuriyyətə qədərki, Cümhuriyyət dövrü və Cümhuriyyətin süqutundan sonrakı dövrü əhatə edir. Kitabda Azərbaycan tarixində silinməz izlər qoyan, cəmiyyətdə yüksək nüfuza malik, fəaliyyətləri və yaradıcılıqları ilə yüksək nüfuza malik qadınlarımız haqqında maraqlı, bir çox hallarda ilk dəfə rast gəldiyimiz məlumat və faktlar öz əksini tapmışdır. Kitabda həmçinin Azərbaycan tarixində ilk dəfə olaraq qadınların kişilərlə bərabər mülki, əmək və siyasi, ən başlıcası, Avropa və Amerika qadınlarından daha öncə seçki hüququnun əldə edilməsi sahəsində aparılan mübarizə yoluna da işıq salınmışdır.
Kitabda işıqlı xanımlarımızdan Hənifə xanım Məlikova, Sürəyya Ağaoğlu, Nigar Şıxlinskaya, Ümgülsüm Sadıqzadə və başqaları haqqında dolğun məlumatlar yetəri qədərdir.
Ümumilikdə 67 məqaləni əhatə edən toplu Azərbaycanda qadın hərəkatının araşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
MİMTA, 2018, 496 səh, 500 ədəd
ISBN 978-9952-507-98-0