Monday, April 29, 2019

Bəhmən Vətənoğlu
ALLAH EŞQİNƏ
(şeirləri və poemaları)
Transliterasiya korrektoru: Gülnar Zülfüqarova
Bakı, KitabKlubu.org, 2019, 422 səh.

Kitaba sevimli el şairimiz Bəhmən Vətənoğlunun dillər əzbəri olan şeirlərini daxil etmişik. Qeyd edək ki, əvvəllər işıq üzü görməyən bir sıra şeirlər ilk dəfə dərc olunur. Ümid edirik bu nəşr də o biriləri kimi çoxsaylı oxucularımız tərəfindən rəğbətlə qarşılanacaq.

© Kitab Klubu MMC, 2019
© Etibar Bəhmənoğlu, 2019


Friday, April 19, 2019

Sənan İsmayılov Vergilər: praktiki aspektlər

Son illər ərzində vergilərin həyatımıza daxil olması köklü şəkildə genişlənib desək, yanılmarıq. Artıq vergi öhdəlikləri fərdin və yaxud hər hansı bir təşkilatın digər öhdəlikləri arasında özünə əsaslı yer tutmuşdur. Bu kitabın daşıdığı əsas məqsəd qanunvericiliyin əsaslandığı məntiqi qabartmaq və misallar əsasında vergitutma prosesinin alqoritmini izah etməkdən ibarətdir. Hesab edirik ki, kitabın formatı vergi ilə bağlı ortaya çıxan bir çox praktiki məsələlərin həllində oxuculara yardımçı olacaq.


Thursday, April 18, 2019

Bəhram ÇƏLƏBİ
OĞRU MÜHARİBƏLƏRİ (Birinci kitab)

Qırxıncı və doxsanıncı illərin oğru qanunları bir-birindən çox fərqlənir. Bu fərqi başa düşmək olar. İttifaqın dağılması oğru qardaşlığına da birbaşa təsir edib. Zakonniklərin bir qismi bu dövrdən də sağ-salamat çıxaraq öz ənənələrinə sadiqliyini qoruyub saxlamağa müvəffəq oldu. Klassik ənənələrə sadiq oğrulara indi NEP dövrünün oğruları deyirlər. Yeni oğrular isə oğru qanunlarını müasir tələblərə uyğun şəkildə tətbiq edənlərə deyilir.
Yenidənqurma başlamazdan xeyli əvvəl də SSRİ-nin meqapolislərində cinayətkar klanlar arasında mübarizə çox ciddi şəkildə gedirdi. Lakin əsasən “peşka”lar və ya “döyüşçü”lər qırılırdılar, mübarizə avtoritetlərin qətlinəcən gedib çatmırdı.
İttifaq dağıldıqdan sonra isə…
© Bəhram Çələbi, 2019

Müəllif: Bəhram Çələbi
Dil: Azərbaycan
Nəşriyyat: S-Print
Nəşr ili: 2019
Səhifə: 270 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 200


Wednesday, April 10, 2019

Aydın Kərimov
"MÜHASİBAT UÇOTU, VERGİLƏR" 2019
(nəzəri-praktiki vəsait)
---------------------
İş adamının stolüstü kitabı
Bu nəzəri-praktiki nəşr mühasiblər, maliyyəçilər, iqtisadçılar, mütəxəssislər, tələbələr, ümumiyyətlə, bütün iş adamları üçün nəzərdə tutulub. Kitabda mühasibat uçotu, vergi sistemi, gömrük əməliyyatları, statistik hesabatlar, sosial və digər fondlarla hesablaşmalar, maliyyə hesabat formaları və s. nəzəri və praktiki şəkildə nümunələrlə şərh edilib. Kitabda istinad edilən qanun, qərar və təlimatlar 2018-ci il tarixə qədər olan bütün dəyişiklikləri özündə əks etdirir.
• Vergi Məcəlləsi, nümunələr
• Bəyannamələrin tərtibi
• Hesabatların tərtibi
• Maliyyə qoyuluşları
• Qiymətli kağızlar
• Sosial sığorta
• İcarə, lizinq
• Gömrük əməliyyatları
• Özəlləşdirmə və uçotu
• Maliyyə hesabatları
• Bank, valyuta əməliyyatları
• Hesabatların yoxlanılması
• Yeni hesablar planı
• Qeyri-maddi aktivlər və s.
Müəllif: Aydın Kərimov
Dil: Azərbaycan
Nəşriyyat: “CBS-PP”
Nəşr ili: 2019
Səhifə: 504 səh.
Format: 60x84 1/16 (210x290 мм)
Cildi: yumşaq
Tiraj: 500 nüsxə
Qiyməti: 35 AZN


Saturday, April 6, 2019

Cek Kenfild, Mark Viktor Hansen
Canlı əhvalatlar. /seçmə hekayələr/
(Yaxşıların yaxşısı)
Tərcüməçilər:
A.Kazımova, M.Qarayev, M.Qaraxanlı, V.Əhmədova, S.İsrafilova, G.Allazova və J.İsmayılova
KitabKlubu.org, 2019, 336 səh.
Bu kitabı birnəfəsə, bir oturuma da oxuyub başa çıxmaq olar, amma onu ləzzət ala-ala, tələsmədən çeynəyib udmaq da mümkündür. Çalışın ki, onu birdəfəyə, biruduma udmayasınız. Çünki burda nəql olunan hər bir əhvalatın arxasında insan taleyi durur. Deməli, hər əhvalat – bir kəşfdir!
Kitabda toplanmış əhvalatlar ürəkdən-ürəyə yol tapır, adamın qəlbini isidir, çətin məqamlarda insana həyan olur, ona güc verir. Və həm də, ola bilsin, bu əhvalatların sayəsində siz öz həyatınıza yeni gözlə baxacaqsınız.
ISBN 978-9952-812-53-4

Saturday, March 30, 2019

Mehriban Vəzir
Ağabəyim ağa Cavanşir
Tarixi-sənədli roman

Mehriban Vəzir “Ağabəyim ağa Cavanşir” tarixi-sənədli romanında Azərbaycanın, eləcə də Türk dünyasının yetirdiyi ən möhtəşəm xanımlardan biri, dövrün siyasi fəsadlarını taleyində yaşamış, dözüm və əzm rəmzi Ağabəyim ağa Cavanşirdən (1782-1832) bəhs edir. Ağabəyim ağa Qarabağ hakimi İbrahim Xəlil Xan Sarıcalı-Cavanşirin qızı, İran şahı Fətəli şah Qacarın zövcəsi idi. O, Qarabağ siyasi mədəniyyətinin yüksək təmsilçisi olaraq Qacar səltənətinin ilk Şahbanusu (birinci xanım) təyin edilmişdi, İranın dövlət siyasətində söz sahibi idi.
Ağabəyim ağa Qarabağı rus işğalından qurtarmaq üçün dövlət siyasətinə təsir edir və Abbas Mirzənin hərbi yürüşlərinə dəstək verirdi. Bu səbəbdən rus mənbələrində onun adı “İran və Rusiya münasibətlərini pozan kraliça” kimi keçir.
Ağabəyim ağa Qarabağın işğaldan azad edilməsinə ömrünü, gününü, əməyini, varidatını fəda etdi... Bu yolda da şəhid oldu...
Əsər, Ağabəyim ağanın özkeçmişini şəkilləndirməklə yanaşı, Rusiya-İran savaşlarının tapdağına çevrilmiş Azərbaycanın tarixi-milli faciəsindən, Qafqazın, Azərbaycan – Türk xanlıqlarının, eləcə də Qarabağın dövlət müstəqil-liyini itirməsindən, rus işğalına düşməsindən bəhs edir.

Müəllif: Mehriban Vəzir
Dil: Azərbaycan
Nəşriyyat: Pergament Yayın Evi
Nəşr ili: 2019
ISBN: 978-9954-5454-5-4
Səhifə: 218 səh.
Format: 60x84 1/16 (140x200 мм) 
Cildi: yumşaq
Tiraj: 200


Thursday, March 14, 2019

Məmmədquluzadə Cəlil
Ölülər (pyes)
(adaptasiya olunmuş nəşr)
ikidilli - almanca-azərbaycanca
Transliterasiya və tərtibat: Rafiq Məmmədli
Bakı, ‘mammadli.az’ nəşriyyatı, 2019, 140 səh.
* * *
Mamedkulizade Dshalil
Die Toten (Bühnenstück)
(die angepasste Ausgabe)
zweisprachig - deutsch-aserbaidschanisch ikidilli
Die Transliteration und das Layout von Rafig Mammadli
Baku, ‘mammadli.az’ Verlag, 2019, 140 P.
* * *
Джалил Мамедкулизаде
Мертвецы (пьеса)
Адаптированное издание
Немецко-азербайджанское, двуязычное
Баку, 2019, издательство: ‘mammadli.az’, 140 стр.

In diesem Büchlein des hervorragenden aserbaidschanischen Schriftstellers Dsh. Mamedkulizade findet der Leser das prachtvolle satirische und sozial-psychologische Drama «Die Toten», – das Gipfelwerk der vor-sowjetischen aserbaidschanischen Dramaturgie. Äußerlich gebaut auf der, der Sozialanekdote nahe kommenden Situation, enthält das Werk die ganze Tragik der damaligen Epoche: hinter der hinreißenden, sich dynamisch entwickelnden einfachen Intrige enthüllt sich der tiefe Inhalt des Textes: die äußerst charaktervollen Personen werden ganz unerwartet in tragische Gestalten umgewandelt. 

ISBN 978-9952-825-2-1-3