Thursday, November 28, 2019

AFORİZMLƏR və MÜDRİK KƏLAMLAR

Hər kəsin hikmət dəryasına, müdriklərin kəlamlarına ehtiyacı vardır. Biz də öz süzgəcimizdən keçirib bəyəndiklərimizi bu kitabımızda toplamağa çalışdıq. Gözyorucu mövzulardan qaçanda, burada dahilərin hikmətli kəlamlarını oxuyub
az da olsa təskinlik tapmaq ümidi ilə...
Xoş mütaliələr!..

“Pergament”, 2019, 268 səh
© Baku Book Club, 2019


Wednesday, November 6, 2019

МУХАММЕД ЭМИН РАСУЛЗАДЕ
ИСТОРИЯ ВОЗНИКНОВЕНИЯ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ

Газета «Азербайджан», на Русском языке.
28-го мая 1919-года, № 110

Баку, JekoPrint, 2019, 152 стр. ISBN 978-9952-8369-9-8
В книге вкратце прослеживается исторический путь возникновения Азербайджанской Республики (1918-1920 гг.)
© Ядыгяр Тюркел


Tuesday, August 20, 2019

Ənvər Zeynaloğlu Mustafayev
"Sirli əbədiyyətin astanasında" 
(xatirələr və düşüncələr)

Axır ki, gəlib Böyük Qafqaz sıra dağlarının tam zirvəsinə çatdıq. Burada ətraf dümdüz idi. Buralar əsl alp çəmənlikləri idi, ətrafda ağaca bənzər heç nə görsənmirdi. Yayın ən isti vaxtı olmasına baxmayaraq hər tərəf yam-yaşıl ot və gül-çiçəklə dolu idi. Büllur kimi su çeşmələri qaynayırdı. Göylə yer sanki biri-birinə bitişmişdi. Gül-çiçək ətrindən və ətraf mənzərənin gözəlliyindən adam bihuş olurdu. Göy üzü buludsuz və günəşli olsa da havanın soyuqluğu hamını isti geyinməyə məcbur edirdi. Burada qaynayan bulaqların əmələ gətirdiyi dumduru çayların bir hissəsi cənuba – aran tərəfə, digər hissəsi isə şimala – Dağıstan tərəfə axırdı. Həmin vaxtlar vahid Sovet Sosialist Respublikaları İttifaqı adlı dövlətdə yaşadığımıza görə Azərbaycanla Rusiyanın tərkibində olan Dağıstan arasında heç bir sərhəd xətti yox idi. Hazırda isə iki ölkə arasındakı sərhəd xətti məhz bu yerlərdən keçir. Xalq arasında bu yerin adına “Dindi” deyilirdi. Bu sözün dəqiq mənasını heç kəs bilməsə də yəqin ki, “çox soyuq yer”, “şaxtalı yer” mənasını verirdi. Belə ecazkar məkanda bir daha və axırıncı dəfə olaraq atlara və özümüzə istirahət verdik və nahar etdikdən sonra yola düşdük. 
* * *
Kitabda bir insanın keçdiyi enişli-yoxuşlu həyat yollarından bəhs olunur. Müəllif uşaqlıq və gənclik illərində gəzdiyi, gördüyü yerlər haqqında maraqlı məlumat verir, dünyada və ölkədə cərəyan edən hadisələrə öz münasibətini bildirir.
“Pergament” N.E., 2019, 222 səh.


Friday, August 16, 2019

Исмихан Юсубов
Моя армейская одиссея и латышские друзья (1964-1967)

Баку, "Ecoprint", 2019, 60 стр. ISBN 978 9952291035
Данная книга состоит из воспоминаний бывшего солдата Исмихана Юсубова о своей воинской службе и о своих латышских армейских друзьях.
Возвращение Одиссея или путь длиною в 55 лет (2019-1964)
Баку, "Ecoprint", 2019, 104 стр.
В данной книге описываются встречи бывшего солдата Исмихана Юсубова со своими латышскими армейскими друзьями, предыстория и постистория этих встреч, а также его планы на будущее в этом направлении.






Saturday, June 15, 2019

Фуад Ахундов
«О причинах исчезновения книги Иосифа Орбели»
Над книгой работали: перевод с древнеармянского языка - член-корреспондент Академии Наук Грузии Заза Алексидзе, дополнительный перевод с древнеармянского языка - Тельман Гасымов и Эльшад Алили, составитель - Ризван Гусейнов, консультант - Эльбрус Мамедов.
«Сегодня ситуация повторяется. 100 лет назад, в 1919 году, И.Орбели под натиском правительства Армении сразу же после издания в Петрограде уничтожил весь тираж своей книги, на которую потратил годы исследований. Сегодня, спустя 100 лет, Армения устроила обструкцию известному российскому кинорежиссеру, директору «Мосфильма» Карену Шахназарову после его признания о принадлежности армян Нагорного Карабаха к тюркскому этносу», - подчеркивает Ахундов.
Книга Иосифа Орбели «Надписи Гандзасара и hавоцптука» около ста лет считалась утерянной. Но завсектором администрации президента Азербайджана политолог Фуад Ахундов обнаружил ее в российских архивах. На основе издания и других трудов он подготовил собственную книгу, которая научно подтверждает уничтожение армянским ученым своей работы.
Azer-Globe, 2018


Tuesday, June 11, 2019

Xanlar Bayramov Gəncə üsyanı – 1920. Sənədlər və materiallar. Kitab sovet işğalına qarşı 1920-ci il mayın 26-31-də Gəncədə baş vermiş xalq üsyanını əks etdirir. Azərbaycanın işğal edilməsinə, onun dövlət müstəqilliyinə son qoyulmasına qarşı xalqın kütləvi və mütəşəkkil müqaviməti burada sənədlər və materiallarla təsvir olunur. Üsyan 1920-ci il mayın 24-dən 25-nə keçən gecə Gəncədə Azərbaycanın sovetləşməsinə etiraz əlaməti olaraq başlanıb. Ağır zərbədən sarsılan istiqlal mücahidləri Gəncəyə toplaşaraq üsyana qalxdılar. Üsyanın təşkilatçılan və istiqamətverici qüvvəsi Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabitləri idi. Mayın 23-də üsyan başçılarının sonuncu müşavirəsi keçirildi. Müşavirədə Azərbaycan ordusunun təchizat rəisi general Məhəmməd Mirzə Qacar, 1-ci piyada diviziyasının komandiri general-mayor Cavad bəy Şıxlinski, süvari diviziyasının komandiri Teymur bəy Novruzov, 3-cü Şəki süvari alayının komandiri polkovnik Cahangir bəy Kazımbəyli və başqaları iştirak edirdilər. Kitabın təkrar çapında etdiyi dəstəyə görə Yüksəl Bağırova dərin təşəkkürümüzü bildiririk.. Müəllif: Xanlar Bayramov Dil: Azərbaycan Nəşriyyat: © Bakı KitabKlubu Nəşr ili: 2019 Səhifə: 280 səh. Format: 60x84 1/16 (140x200 мм) Cildi: yumşaq Tiraj: 100


Monday, June 10, 2019

Əliağa Vahid
Mənə naz et...

Füzuli ənənələrinin davamçısı olan Əliağa Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Ə.Vahid Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan türkcəsinə tərcümə etmişdir. Kitabımıza müəllifin qəzəllərini və şeirlərini daxil etmişik.

Müəllif: Əliağa Vahid
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı KitabKlubu
Nəşr ili: 2019
Səhifə: 434 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 100