Cиявуш Дадаш, Аслан Дадаш
ВИЗУАЛЬНЫЙ ЯЗЫК АЗЕРБАЙДЖАНСКОГО КОВРА
----------------
Стамбул, 2022
Формат: А4
Тираж 300 экз.
Цена 40 АZN
Friday, September 9, 2022
Wednesday, November 10, 2021
Sunday, October 17, 2021
Molla Pənah Vaqif
Heyran olmuşam (əsərləri)
Bakı, Kitab Klubu, 2021, 220 səh.
Azərbaycan ədəbiyyatının və bədii fikrinin salnaməsində yeni parlaq səhifə Vaqifin adı ilə bağlıdır. O, ədəbiyyatımızda realizm meyillərinin, demokratik əsasların çərçivəsini xeyli genişləndirmiş, ədəbiyyatı xalqın həyatına və arzularına xeyli yaxınlaşdırmışdır. Vaqif lirikası poeziyamızda nikbin bir əhvali-ruhiyyə, həyati və dünyəvi gözəlliyə pərəstiş hisslərini qüvvətləndirir. Kitaba böyük şairin qоşma, təcnis, qəzəl, müxəmməs, müstəzad və s-dən ibarət əsərləri daxil edilmişdir.
Saturday, July 31, 2021
Türk dilindən çevirən:
Elşən Əbülhəsənli
Vəfa Rzazadə
Hüseyn Baykara. Azәrbaycan istiqlal mübarizәsi tarixi
(düzəlişlər və əlavələr edilmiş üçüncü nəşr)
Bakı, JekoPrint Çap Evi, 2021, 346 səh.
Müstəqil milli Azərbaycan Cümhuriyyəti dövründən bəhs edən bu kitab ilk dəfə 1975-ci ildə İstanbulda türk dilində nəşr olunmuşdur. Əsərdə Azərbaycanın Rusiya tərəfindən işğalı, yeni yaranan dövlətin başına gələn müsibətlər, V.İ.Leninin “alman casusu” olması, S.Şaumyanın nə üçün Bakıya gəlməsi, ermənilərin və bolşeviklərin törətdikləri qırğın, türklərin hərbi yardımı və s. bizə məlum olmayan hadisələr, sənədlər öz əksini tapmışdır. Kitabda həmçinin Azərbaycanın mühacirətdə olan ziyalıları haqqında da geniş məlumat var.
© İstanbul, 1975
© Azərnəşr, 1992
© Azelma Həsənova, 2021
Tuesday, June 22, 2021
Tadao Yamaquçi / Ticarətin yolu kitabından...
--------
Ən yaxşı şagirdlərdən biri soruşdu: “Müəllim, əgər alıcı məndən çoxdan aldığı malın pulunu vermək istəmirsə nə edim?”
Müəllim sakit dayandı və hətta elə görkəm aldı ki, guya şagirdin sözlərini heç eşitməyib. Şagird sualını təkrarladı. Və yenə də diqqət görmədi.
Şagirdlər təəccüblə pıçıldaşdılar, kimsə təxmin etdi ki, Müəllim bu sualın cavabını bilmir.
Onda Müəllimin bir dəfə də olsun sualı cavabsız qoymadığını bilən Birinci Şagird, soruşan şagirdi kürəyindən itələdi və sualı dəfələrlə təkrarlamağa məcbur etdi.
Vaxt gedir, gün sona yaxınlaşırdı, yorulmuş şagird isə sualı artıq neçənci dəfə idi ki, təkrarlayırdı, Müəllim bütün bu vaxt ərzində öz işləri ilə məşğul olurdu.
Nəhayət, günəş batanda, şagirdlər qərara gələndə ki, bu gün cavabı eşitməyəcəklər, şagird bir də soruşdu:
– Müəllim, alıcı artıq ona verdiyim malın pulunu ödəmək istəmirsə nə edim?
Müəllim ona tərəf döndü, gülümsədi və dedi:
– Təkrarla! – Və cavab zalda olan şagirdlərə aydın oldu.
* * *
Danışırlar ki, o unudulmaz gün Müəllimin evində olan bütün şagirdlər, vaxt keçdikcə özləri də hörmətli Müəllimlər oldular. Onların hamısı, ömürlərinin sonuna kimi, həmin günü “Qızıl gün” adlandırırdı.
Thursday, June 3, 2021
Subscribe to:
Posts (Atom)





