КНИГИ СОЛМАЗ АМАНОВОЙ | SOLMAZ AMANOVANIN KİTABLARI
«İnsan iz qoyur»
Kitab bədii albomdur. Tanınmış
rəssamların çəkdikləri şəkillərin və tabloların süjetinə uyğun şerlər, nağıllar
və pyeslər yazılıb. Kitaba Azərbaycan xalqının zəngin mədəni irsi daxil edilib.
Kitaba əlavələr var 1-4 siniflər üçün “İRS” müəllimlər üçün vəsait, və
şagirdlər üçün iş dəftərləri Elektron fleş kitab. Azərbaycan Respublikası
Təhsil Nazirliyinin əmri ilə “İRS” və “İnsan iz qoyur” kitabları ümumtəhsil
məktəblərinin ibtidai sinifləri üçün əlavə dərs vəsaiti kimi təsdiq edilmişdir.
Kitab və disk iki dildə rus, azərb. dillərində
«Hanəğah
əczaxanəsi»
kitabda nağıl və olmuş əhvalatlar
əsasında farmakologiya, həmçinin xalqımızın tarixi açıqlanır. Nağıl yalnız
əyləndirici macəra deyil. Bu, həmdə nəsillərdən nəsillərə keçən xalq
müdrikliyidir. Nağıl, tamaşa və şeirlər incəsənət əsərləri; əfsanə və əsatirlər
əsasında yazılmışdır. Kitab üç hissədən ibarətdir: iş dəftəri 4-6 siniflər,
müəllimlər üçün metodik vəsait və disk. Moldaviyada Beynəlxalq sərgisində
birinci yerə layiq görülüb (2014) Kitab və disk iki dildə
«Anatomiçeskiy
teatr»
Kitabda anatomiya terminologiyası
incəsənətdə - nağıl və olmuş əhvalatlar əsasında anatomiyanın tarixi , həmçinin
xalqımızın tarixi və dünya xalqlarının tarixi açıqlanır. Elektron fleş kitab. “Anatomik
teatr”, kitabı 2009-cu ilin sentyabrında Moskvada keçirilən “Kitab sənəti”
sərgi-müsabiqəsində üçüncü yeri tutub. “Anatomik teatr” kitabı Fransada kitab
sərgisində tibb kitabları nominasiyasında birinci yeri tutmuşdur
«İrs»,
“Naslediye»
Kitabları 2009-cu ilin sentyabrında
Moskvada keçirilən “Kitab sənəti” sərgi-müsabiqəsində ikinci yeri tutub.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə “İRS” kitabı ümumtəhsil
məktəblərinin ibtidai sinifləri üçün əlavə dərs vəsaiti kimi təsdiq edilmişdir.
Elektron fleş kitab.”İRS” fənni bir neçə məktəbdə keçirilir. Kitab və disk iki
dildə
«Gəncə
xəzinəsi»
Kitabı Nizami Gəncəvinin «Xəmsə»sinə
daxil olan əsərlərin süjet xəttinə əsasən işlənmişdir.«Gəncə xəzinəsi» adlı
nağıl tarix elmləri doktoru Ziya Bünyadovun «Azərbaycan VII-IX əsrlərdə»
kitabında təsvir edilən əfsanənin mahiyyətini açır. Kitabın iş dəftəri və iki
diski var. 4 sinif üçün nəzərdə tutulub, müəllimlər üçün metodik vəsait var. Elektron fleş kitab və
əlavə iş dəftəri üçün disk. Kitab və disk iki dildə
Hacı
Zeynalabdin Tağıyev — məşhur azərbaycanlı
milyonçu, mesenat, Rusiya İmperiyasının həqiqi mülki müşaviri, müsəlman
Şərqində ilk qızlar məktəbinin yaradıcısı haqqında cizgi film və elektron dərs
(Ana dili kitabında 3-4 sin. bu mövzu keçirilir). Disk iki dildədir.
«Turac»
Nağıl, tamaşa və şeirlər incəsənət
əsərləri; əfsanə və əsatirlər əsasında yazılmışdır. Elektron fleş kitab, cizgi
film. Bakının bir çox məktəblərində bu tamaşa səhnələşdirilib. Türkiyədə “Kitab
sənəti” sərgi-müsabiqəsində üçüncü yeri tutub. (2014). Kitab və disk iki dildə
«Xurcun»
komplekt 2 disk-audio-video kitab və elektron
fleş disk - müəllimlər üçün vəsait, iş dəftəri 3 sinif üçün və nağıl kitabı.
Nağıl, tamaşa və şeirlər incəsənət əsərləri; əfsanə və əsatirlər əsasında yazılmışdır.
Bu kitab Robert Koxun medalına Almaniyada “Evromedika-Hannover” konqresində
layiq görülüb.(2010-cu ildə). Hələ Azərbaycan təhsilində kurrikkulum modelinin
tətbiqinə başlanmazdan öncə bu vəsaitlər mütərəqqi təcrübə kimi diqqət
mərkəzində dayanmış, qabaqcıl müəllimlərin marağını cəlb etmişdir. Kitab və
disk iki dildə
Azərbaycan əlifbasındakı 32 hərfin hər
birinə həsr etdiyim, belə demək mümkündürsə, dərs-kompozisiyasıdır. Yeni təlim
texnologiyalarının, multimedia vasitələrinin geniş istifadə olunduğu bu
komplekt 32 cizgi filmindən, müxtəlif oyunlardan, müəllim vəsaitindən
ibarətdir. (1-ci sinif dərslərini əhatə edir) 2 iş dəftərindən, 4 diskdən, Oxu “İlmənin macəraları” nağıllarından
ibarətdir. Komplekt – Əlifba 1-2 hissə, onun 2 diski, oxu kitabı “İlmənin
macəraları” kitab və disk 32 cizgi filmi.
«Gəncə
haqqında hekayət»
Nağılı tarix elmləri doktoru Ziya
Bünyadovun «Azərbaycan VII-IX əsrlərdə» kitabında təsvir edilən əfsanənin
mahiyyətini açır. Elektron fleş kitab. Kitab və disk iki dildə
Ümumiyyətlə
mənim yaradıcı işlərim Təhsil Nazirliyi tərəfindən təsdiq olunub və bütün
vəsaitlərin standartları var. – Müasir müəllimin müasir biliklərlə, onları
tətbiq etmək üçün multimedia vasitələri ilə "silahlanması" dövrün
qarşıya qoyduğu tələbdir. - "İrs" uşaqların qarşısında yeni bir dünya
açır. Nağıl, əfsanə, şeir, musiqi, teatr dünyanı yenicə dərk etməyə başlayan
uşaq üçün bir möcüzədir. "İrs" bu möcüzəni həqiqətə çevirir.
Müəllimin bəhs etdikləri, hələ uşaq üçün qaranlıq olanlar elektron lövhədə
canlandıqca uşaqların öyrənmək istəyini gözlərindən aydın oxumaq olar. Öyrətmək
üçün bu, mühüm şərtdir. "İrs" uşağın əlindən tutub onu irəli aparır.
Uşaq özünü nağıllar aləmində hiss edir. Şübhəsiz ki, bu, yalnız yaxşı müəllim
sayəsində əldə olunur.
"İrs"
bunu təlqin edir: yalnız yaradıcı işləməklə şagird nailiyyətlərinin sırasını
genişləndirmək mümkündür.
Hörmətlə:
Solmaz Amanova
No comments:
Post a Comment