Şakir Qabıssanlı (Həmzəyev)
Azərbaycan xalçalarının
açılmamış sirləri.
Bakı, «Təhsil», 2014, 232 səh. illüstrasiyalı, 22x30, bərk üz qabığı, tiraj 500
Kitabda dünyaya məlum olmayan, lakin
dünyamızda olan sirli aləmlərə yeni qapılar açılır. Xalçalar və xalça işarələri
(predmet yazıları) dünyanın on yeddi ölkəsində olan qayaüstü rəsm və işarələrin
sivil davamı kimi antik dünyamızın tarixi sirlərinə sanki mənəvi yollar açır.
Dünya fəlsəfəsinin, fəlsəfi fikrinin əzəli kimi ulu peyğəmbərlərin diktələrini
özündə təcəssüm etdirir. Kitabda Nuh tufanının danılmaz arqumentləri, «Zənd-Əvəsta»
(«Avesta») ilə vəhdətdə İbrahim peyğəmbərin ilkin dini əlamətləri fəlsəfi ideoloji
tənliklərlə oxuculara çatdırılır. Sonda rəqəmlərin, xətlərin müqəddəslikdən
doğulan məna-mahiyyətləri işıqlandırılmaqla dünyanın yaranma əlamətləri
xüsusi sistemlə oxuculara çatdırılır. Kitabda xalçaların açmaları başlıca
olaraq kod və şifrələrin açmaları ilə bəsirət gözünə bağlılıqla açılır və
işıqlandırılır.
|
Wednesday, October 7, 2015
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment