Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsi
2017, 396 səh.
Kitaba 29 dekabr 2015-ci il tarixində qəbul
edilmiş və 19 yanvar 2017-ci il tarixinədək edilmiş bütün əlavə və dəyişikliklərlə
Azərbaycan Respublikasının yeni İnzibati Xətalar Məcəlləsi, həmin Məcəllənin təsdiq
edilməsi haqqında Qanun və Məcəllənin tətbiqinə dair Azərbaycan Respublikası
Prezidentinin Fərmanı daxil edilmişdir.
Kitab inzibati xətalara baxan orqanların
əməkdaşları, habelə bu sahədə qanunvericiliyin tətbiqi və öyrənilməsi ilə əlaqədar
fəaliyyət göstərən digər şəxslər, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə
tutulmuşdur.
2017, 396 səh.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
Kitaba 1 fevral 2017-ci il tarixinədək
edilmiş bütün əlavə və dəyişikliklərlə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi,
həmin Məcəllənin təsdiq edilməsi və qüvvəyə minməsi ilə əlaqədar Qanun, Məcəllənin
tətbiqinə dair Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər etmiş qanunların
siyahısı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan
Respublikası Ali Məhkəməsinin Plenumlarının qərarlarının tam mətnləri daxil
edilmişdir. Məcəlləyə edilmiş düzəlişlərlə əlaqədar maddələrin qüvvədə olan mətnləri
ilə bərabər, qüvvədən düşən, yəni ilkin mətnləri də kitabda yer almışdır.
Kitabdan cinayət qanunvericiliyinin tətbiqi
və cinayət hüququnun tədrisi fəaliyyətinin əhatə etdiyi şəxslər, habelə
maraqlanan digər şəxslər istifadə edə bilərlər.
2017, 686 səh.
Azərbaycan Respublikasının Vergi Məcəlləsi
Kitaba 1 fevral 2017-ci il tarixinədək
edilmiş bütün əlavə və dəyişikliklərlə Azərbaycan Respublikasının Vergi Məcəlləsi,
həmin Məcəllənin təsdiq edilməsi və qüvvəyə minməsi ilə əlaqədar Qanun, Məcəllənin
tətbiqinə dair Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Vergi Məcəlləsinin
müxtəlif müddəalarının tətbiqi və şərhi ilə bağlı qərarları daxil edilmişdir.
Kitab vergi qanunvericiliyinin tətbiqi və
öyrənilməsi ilə əlaqədar fəaliyyət göstərən şəxslər, habelə geniş oxucu kütləsi
üçün nəzərdə tutulmuşdur.
2017, 394 səh.
No comments:
Post a Comment