Monday, September 30, 2013

Zəlimxan Yaqub | Əsərləri * (13 cilddə)

Xalq şairi Zəlimxan Yaqubun 13 cildlik külliyyatı “Şərq Qərb” nəşriyyatında işıq üzü görüb. I-VII cildlərdə şeirlər, VII-XI cildlərdə isə müxtəlif illərdə yazılmış 40 poema yer alıb. Külliyyatın XII-XIII cildlərində Zəlimxan Yaqubun ictimai-siyasi və dövlət xadimlərinə məktubları, rəsmi dövlət tədbirlərindəki çıxışları, kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr çap olunub. Xalq şairinin görkəmli ədəbiyyat və sənət adamlarına açıq məktubları, onlar haqqında xatirələri, ayrı-ayrı müəlliflərin kitablarına yazdığı ön söz və rəylər, ozan-aşıq sənəti ilə bağlı düşüncələri və s. yazıları toplanıb.
Çoxcildliyin tərtibçisi və redaktoru Musa Nəbioğludur.


Friday, September 27, 2013

Банин | Кавказские дни. Парижские дни

Романы франко-азербайджанской писательницы Банин в талантливом переводе Ульвии Ахундовой подтвердили, что Баку уже сто лет назад был городом, в котором органично соединялись Европа и Азия, национальное с мировым. 
Б.: «Азернешр», 2012, 510 стр.


Əbu Hamid Əl-Qəzali 
Kimyayi-səadət / Səadət kimyası (2 kitab)

(Fəlsəfi incilər kitabxanası)

Müsəlman düşüncə dünyasının tanınmış simalarından olan ƏbuHamid Əl-Qəzalinin Kimyayi-səadət (Səadət kimyası) kitabı onun iki şah əsərindən biridir. Birinci əsər “Ehya-i üluməd-Din” (Din elmlərinin dirçəlişi) müəllifinensiklopedik düşüncə karvanının incəliklərini, onun elmi-məfkurəvi, dini-əxlaqi və əqli-mənəvi dünyasını ərəb dilində geniş şəkildə açıqlayır. Qəzalinin bu əsəri isə həmin müfəssəl kitab əsasında özü tərəfindən farsca yazılan nisbətən yığcam və dəyərli bir Orta əsr abidəsidir. Quran, hədis və başqa zəngin məxələr əsasında yazılan bu əsər Qəzali dünyası ilə yaxından tanışlıq üçün önəmli bir qaynaqdır.

Müəllif: Əbu Hamid Əl-Qəzali
Dil: Azərbaycan
Nəşriyyat: “Şərq-Qərb”
Nəşr ili: 2011
ISBN: 978-9952-450-27-9
Səhifə: 688 səh.
Format: 70×90 1/16 (150x220 мм) 
Cildi: bərk
Tiraj: 1000 nüsxə


Thursday, September 26, 2013

Naşir: Rəşad İmanlı 
Nizami Gəncəvi: Azərbaycanca yazdığı divan

Nizami Gəncəvinin azərbaycanca yazdığı lirik şeirlərdən ibarət divanı təsadüfən Misirin “Darül-kütüb” kitabxanasından tapılıb. Həmin şeirlərin uzun müddət XV əsr Türkiyə şairi Nizami Qaramanlıya aid olması fərz edilirdi. Misirdə tapılan əlyazma sübut etdi ki, Qaramanlının divanına daxil olan lirik şeirlərin əksəriyyəti Nizami Gəncəvinindir, sadəcə olaraq, Qaramanlı həmin şeirlərin əksəriyyətinə nəzirə yazmış və ya onları öz divanına sirqət edərək köçürüb. 
ISBN 978-9952-8214-2-0, 2013, 192 səh., qiyməti 5 man.


Sunday, September 22, 2013

Aleksandr Soljenitsın
İvan Denisoviçin bir günü
(tərcümə: Günel Mövlud)

Sovet dövrünün məşhur dissident yazarı Aleksandr Soljenitsının yaradıcılığı müəllifin uzun illər Sovet cəza düşərgələrində məhkumluq ömrü yaşaması ilə diqqəti çəkir. Şəxsi təcrübəsini ustalıqla bədii yaradıcılığa çevirən dissident yazarın “İvan Denisoviçin ömründən bir gün” əsəri də bu qəbildən olan ədəbiyyat nümunəsidir.
“Fikir sexi”, ISBN 978-9952-484-57-1, 2013, 152 səh., 13x20, yumşaq, 1000.
Qiyməti 5 man.


Friday, September 20, 2013

Bertris Smoll
Yad Yasəmən
(tarixi məhəbbət romanı)

Hadisələr Hindistanda, İngiltərədə və İrlandiyada baş verir. Yasəmən - böyük Moqolhökmüdarı Əkbərin milliyyətcə ingilis olan qırxıncı arvadı Kandradan doğulan qızıdır. İlahi gözəlliyə malik olan Yasəmən şahzadə olsa da çox keçməkeşli həyat tərzi keçirib. O, 14 yaşında ikən 30 yaşlı qardaşı Səlimin ehtiraslı məhəbbəti ilə üz-üzə gəlir. Səlim həm də vəliəhddir. Hökmdar öz doğma oğlunun niyyətindən xəbərdar olduğu üçün Yasəməni Hindistandan anasının vətəni İngiltərəyə qaçırmağa məcbur qalır. Lakin Yasəmənin gözəlliyi İngiltərədə də onu rahat buraxmır...Əsərdə tarixi hadisələr dəqiqliyi ilə əks olunur və romanda adı çəkilənlər tarixi şəxsiyyətlərdir.

Müəllif: Bertris Smoll
Dil: Azərbaycan
Nəşriyyat: "İncə"
Nəşr ili: 2012
ISBN: -
Səhifə: 678 səh.
Format: 60x84 1/16 (150x210 мм)
Cildi: yumşaq
Tiraj: 1000 nüsxə


Thursday, September 19, 2013

Budda
"Dhammapada"
(tərcümə: Müşfiq Şükürov)
Şərq fəlsəfəsi incilərindən

Dhammapada – hind fəlsəfəsinin mənbələrindən biri, Siddhartha Qautamaya (Budda) aid edilən fikirlər toplusudur. Buddizmin ana kitabı sayılan Dhammapada ilk dəfədir ki, Azərbaycan oxucusuna təqdim olunur.


Müəllif: Budda
Dil: Azərbaycan
Nəşriyyat: “Başla Kitab”
Nəşr ili: 2013
ISBN: 978-9953-8066-3-1
Səhifə: 108 səh.
Format: 60x84 1/16 (110x170 мм)
Cildi: yumşaq
Tiraj: 500 nüsxə

Wednesday, September 18, 2013

Səbahəddin Əli 
Xəz paltolu madonna 

Səbahəddin Əli müasir tərəqqipərvər türk ədəbiyyatının görkəmli nümayəndəsidir. Ən gözəl əsəri burjua cəmiyyətinə və onun əxlaq normalarının ifşasına yönəldilmiş psixoloji “Xəz paltolu Madonna” povestidir. Əsərinqəhrəmanı Raif əfəndi cəmiyyətdən, əhatəsindəki insanlardan üz döndərir, tənhalığa qapılır. Raif xoşbəxtliyi yalnız məhəbbətdə, aydın fikirli bir qızı sevməkdə görür. Ancaq yenə də yanılır... 
2013, ISBN 978-9952-29-082-0, 232 səh.


Tuesday, September 17, 2013

Xalid Hüseyni 
"Və dağlardan səda gəldi" 
(ingiliscədən tərcümə: Səbinə Mütəllimova) 

Xalid Hüseyni nəsillər və qitələr aşaraq Kabildə başlayıb, Paris, San Fransisko və yunan adası Tinosa qədər gedib çıxan bir hekayə ilə kimliyimizi və həyatımızı müəyyən edən bağlılıqlardan bəhs edir. Müəllif əzizlərimizə qarşı rəftarımızı, etdiyimiz seçimlərin nəticələrini və ən yaxın hesab etdiyimiz kimsələrin ən gözlənilməz davranışlarını insanın daxilinə nüfuz edən bir müdriklik, dərinlik, uzaqgörənlik və mərhəmətlə araşdırır. 
2013, ISBN 978-9952-26-584-2, 504 səh.,
Qiyməti 8 man.