Wednesday, September 13, 2017

Faruq Sümər. "Oğuzlar"

Türk dilindən tərcümə edəni
Ramiz ƏSGƏR

Oğuzlar türk xalqlarının təşəkkülündə, inkişafında böyük rol oynamış ən güclü qollardandır. Ötən yüzilliklər oğuz tayfalarının vətəni, xalqı, milli istiqlaliyyəti uğrunda mərdanə döyüşlərinin şahididir. Oğuzların ucaltdığı tarixi abidələr bütün dünyanı valeh etmişdir.
Oğuzlar həm də azərbaycanlıların əcdadıdır. Türk professoru Faruq Sümərin kitabı onun uzun axtarışlarının əvəzsiz bəhrəsidir. Oğuzların həyatı, məişəti, bir etnos kimi qədim zamanlardan təşəkkül tapması, dövlət idarəetmə bacarığı monoqrafiyada öz əksini tapmışdır.
«Oğuzlar» kitabının oxucularımız tərəfindən maraqla qarşılanacağı şübhəsizdir: bu əsər onları Azərbaycan xalqının yaranışı, varlığı ilə bağlı ilkin mənbələrlə tanış edəcəkdir.
432 səh.


Thursday, September 7, 2017

Zqorj A. "Tale ilə təkbətək"
Bethovenin həyatı haqqında povest

Tərcümə edəni O. Məmmədov

Bu povest dahi bəstəkar Lüdviq van Bethovenin həyatı haqqındadır. «O, müasir incəsənətdə ən qəhrəman qüvvədir. O, əzab çəkən və mübarizə edən adamların hamısının ən böyük və ən yaxşı dostudur» – onun barəsində bu sözləri fransız yazıçısı Roman Rollan demişdir. Bu kitabda bəstəkarın dahiliyi və faciəli taleyi təsvir olunmuşdur. Gərgin hekayətlər o dövrün tarixi hadisələri fonunda inkişaf edir.

© Kitab Klubu MMC, 2017

Müəllif: Zqorj Antoni
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2017
ISBN -
Səhifə: 280 səh.
Format: 84x108 1/16 (130x185 мм)
Cildi: yumşaq
Tiraj: 50