Wednesday, August 27, 2014

Valeri Voskoboynikov
Əbu Əli İbn Sina. Böyük loğman. Tərcümeyi-hal
Tərcümə edəni Zeynal Babayev
Bakı «Kitab Klubu» məşhur rus uşaq yazıçı-publisisti Valeri Mixayloviç Voskoboynikovun tarixi povestini diqqətinizə çatdırır. Əsər 1972-ci ildə yazılmış və bestsellərə çevrilmişdir. Təsadüfi deyil ki, bu kitab UNESCO-nun qərarı ilə İbn Sinanın 1000 illiyi ərəfəsində bir çox dünya dillərinə tərcümə edilmişdir. Müəllif Böyük Loğmanın həyatı yolu ilə birgə onun yaşadığı zəmanənin də – Orta Asiyada İslamın ən təzadlı tarixi inkişaf mərhələsində (950-1050-ci illər) saray əhli və adi insanların həyat şəraitini də çox gözəl işıqlandırıb.
Kitab yaşından asılı olmayaraq tarix, islam dini və tibb elminin yaranışı ilə maraqlanan və ya sadəcə məqsədinə qətiyyətlə çatmaq istəyən bütün oxucular üçündür...
© «Gənclik», 1976
© «Kitab Klubu» MMC, 2014

Müəllif: Valeri Voskoboynikov
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2014
ISBN 978-9952-8252-8-2
Səhifə: 224 səh.
Format: 84x108 1/16 (130x200 мм) 
Cildi: yumşaq
Tiraj: 150


Tuesday, August 26, 2014

Stiven Li Smouk
İşığın oyunu. Tanrını axtaran detektiv

(Rus dilindən tərcümə edənlər: Zaur Hüseynzadə, Elxan Rzayev)

Valeri Tirel – San-Fransiskodan olan varlı iş adamının gözəl dul arvadı, depressiyadan çıxmaq üçün, özəl detektiv Nik Sendzi muzdla tutur ki, o… Tanrını tapsın.
Qəhrəmanların Amerikanın Qərbinə səyahəti onları tamamilə qeyri-adi insanlarla üzləşdirir. Nəticədə, dünyanı görməyin yeni təcrübəsi ilə zənginləşmiş Valeri və Nik Kainatla harmonik əlaqə qurmaq qabiliyyəti əldə edirlər.

Müəllif: Stiven Li Smouk
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2014
ISBN 978–9952–8252-6-8
Səhifə: 264 səh.
Format: 100x70 1/32 (120x170 мм)
Cildi: yumşaq


 < İşığın kələyi. Allahı axtaran detektiv >



Monday, August 25, 2014

Təranə Cəbiyeva
"Bakı kəndlərinə səyahətim" 
(ensiklopedik-etnoqrafik kitab)

Bakı kəndlərinin etnoqrafiyası, o cümlədən mədəniyyəti, adət-ənənələri, dini inancı ətraflı araşdırılıb. Burada tarixi abidələr və memarlıq nümunələrinin hər biri öz tarixçəsi ilə kitaba oxucuların böyük marağını qazandırır. Tarixə aid səhifələrdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi 1918-ci il mart soyqırımı barədə mühüm faktlar, həmçinin həmin ilin sentyabrında xilaskar türk ordusunun Bakıya daxil olması da təfərrüatı ilə əks olunur.

Dörd bölmədən ibarət yeni nəşrdə Şərq və Qərb memarlığının həmişəyaşar ənənələrini məharətlə birləşdirən qədim məkan - Bakının mənbələrdə əks olunmuş tarixinə ayna tutulub. Müəllif çalışıb ki, hər bir kənd haqqında oxucuda ətraflı və dolğun təsəvvür yaratsın. Bu kitab Bakı kəndlərinə çox maraqlı bir səyahətdir. Hər bir kəndin maddi mədəniyyət abidələri - türbələr, qədim hamamlar, ocaqlar, ziyarətgahlar, məscidlər, körpülər, toponimləri, eləcə də məşhur şəxsiyyətləri haqqında məlumat verilib.

"Bakılı alimlər" bölməsində isə bu torpaqdan pərvazlanmış görkəmli şəxsiyyətlər haqqında maraqlı oçerklər qələmə alınıb. Eləcə də "Bakılı şairlərin söz xəzinəsindən" verilən seçmələrdə paytaxtımızın və onun ətrafındakı kəndlərin poeziyada necə tərənnüm edildiyi diqqət çəkir. "Arxiv sənədləri" bölümündə isə müəllif həmin mənbələrin fotosurətini verərək hələ XVIII-XIX əsrlərdə Bakı ilə əlaqədar imzalanan bir sıra fərmanları, onun əhalisinin sayını, sakinlərinin məşğuliyyətini oxucuların diqqətinə çatdırıb.



Saturday, August 23, 2014

Raha 
Onlar türklərdi


 (naşiri və redaktoru: Ağarəhim Səmədov, azərbaycan türkcəsinə uyğunlaşdıranlar: Aslan Kənan, Maarif Teymurov) 

Bu əsər Stalin-sovet rejimində günahsız olaraq Sibirdə çürüdülən 300 min türkün yalnız 30 nəfərinin faciəli taleyindən söhbət açılır. Əsər böyük Azərbaycan mütəfəkkiri Hüseyn Cavidin sürgün həyatının son günlərindən məlumat verir. Bu naməlum yazıçının əsəri nəinki Azərbaycan türklərinin, ümumiyyətlə, 300 milyonluq türk dünyasının Turanın faciəsindən bəhs edir. "Onlar türklərdi" kitabının ilk çapından 60 ildən çox bir vaxt keçməsinə baxmayaraq, xalqımızın başına gələn müsibətlərin çoxundan hələ də xəbərsizik. Bu baxımdan kitabın yenidən çap olunması çox önəmli bir hadisədir.
2012, 168 səh.




Wednesday, August 20, 2014

Oşo
"Sadəcə özün ol"

Ancaq səmimi, dürüst insan olsan, özün olmağa inad etsən, hamı tərəfindən lənətlənərsən. Hamı tərəfindən lənətlənmiş biri olmaq üçün gərək böyük cəsarətin ola. Təkcə ayaqüstdə durub "Hamı kimi olmayacağam? yaxşı yaxud pis, qəbul ediləcək yaxud əksinə, hörmətli yaxud hörmətsiz, necə olsam da, özüm olacağım, başqa kimsə olmayacağım məsələsidir." - deyə bilmək üçün gərək skeleti dəmirdən olan bir insan olasan. Bu, həyata qarşı son dərəcə üsyankar yanaşmadır. Bu, səfalət bataqlığından çıxmaq istəyən hər bir fərdin ehtiyac duyduğu əsas üsyandır.

2014, 70 səh., qiyməti 3 man.



Tuesday, August 19, 2014

Sara Bağırova
Lövhədəki yazı

Məktəb həyatı hər kəsin ömründə özünəməxsus izlər qoyur. İnsanlar istəsələr də, istəməsələr də yaddaşlarında yaşatdıqları var. Tozlanıb solmuş kimi xatırlasalar da yaddaşlarından silinmək istəməyən xatirələri var. Lövhədəki yazı kimi. Bu yazı "Tənbölənlər" sinfinin şagirdlərinin yaddaşlarından itmir. Cümləni yazan bir, daha doğrusu, iki nəfər olsa da lövhəyə yazılmış sözlər şagirdlərin hamısının yaddaşında əbədi qalıbmış... Lövhəyə yazılmış o cümlə təsadüf idimi? Ya uşaqlıq dünyasından başlayıb etiraf olunmayan məhəbbət idi...

2014, 192 səh.



Monday, August 18, 2014

Sara Bağırova
“Əjdaha Mağarası” (roman)

“Günahını keçmişində saxlaya bilmirsənsə gələcəyinə daşıyırsan deməkdir. Yeddi nəsil sonra olsa belə bu hadisənin təkrarlanmayacağı mümkünsüzdür.

Bu kitab ata-anasının günahından yaranıb yaşadığı dünyada rahatlıq tapmayan, məhəbbətlərini tam olaraq yaşaya bilməyib tənha qalan, nəticəyə, kötücəyə qədər çayır otunun zoğu kimi uzanıb nəsil ola bilməyən qızların həyat hekayəsindən bəhs edir”.
"Nurlar" NPM, 2014, 216 səh, tiraj 300



Thursday, August 14, 2014

Şamil Saleh oğlu Qafarov
Pulun diktaturası
(Monoqrafiya)
Monoqrafiyada pulun bütün incəliyinə və eybəcərliyinə qədər cəmiyyət həyatında oynadığı rol, onun diktatorluğu, pula verilən elmi təriflər, pul haqqında müxtəlif deyimlər, bu möcüzəli, sirli, cazibədar, qeyri-adi güc və qüdrətə malik bəşər sivilizasiyasına meydan oxuyan, dünyada bütün müharibələrin, toqquşmaların səbəbi olan, həm də insanlara zənginlik gətirən və onlara sanki "qürurluq" verən, insan olmayanı "insan" edən, maddi dünya adlanan bir dünyanı formalaşdıran pulun təhlili verilir.
Monoqrafiyada daha dərinə gedərək aşağıdakı suallar cavablandırılır: pul - siyasətdirmi, iqtisadiyyatdırmı, vəzifədirmi, ailədirmi, məhəbbətdirmi, mənəviyyatdırmı, dostluqdurmu, yoldaşdırmı, namusdurmu, qeyrətdirmi, ədaalətdirmi, həqiqətdirmi və s.? Rüşvət və korrupsiya pulun "yeni" funksiyasıdırmı? Bazar iqtisadiyyatı pul iqtisadiyyatıdırmı? Pul yaşadığımız cəmiyyətdə bütün hadisə və proseslərdə diktatordurmu? Bir sözlə - pul bütün münasibətlərin əsasıdırmı?
Monoqrafiya elmi işçilər, müəllimlər, doktorantlar, magistrlər, bakalavr təhsili alanlar, iqtisadçılar və iqtisadi məsələlərlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Müəllif: Şamil Saleh oğlu Qafarov
Dil: Azərbaycan
Nəşriyyat: “İqtisad Universiteti”
Nəşr ili: 2014
ISBN: -
Səhifə: 552 səh.
Format: 60x84 1/16 (150x210 мм) 
Cildi: qalın
Tiraj: 500 nüsxə


Howard Zinn
"A People's History of the United States
Amerika Birləşmiş Ştatları xalqlar tarixi

Uyğunlaşdıran: Rebecca Stefoff
Tərcüməçi: İlkin Hüseynli

Kitaba Amerika tarixçisinin qeydləri daxil edilib..

Kitabdan bir hissə:

İllər boyu həmişə bu suallarla qarşılaşmışam: “Amerika Birləşmiş Ştatlarının vərdiş edilmiş tarixindən olduqca fərqli olan bu kitabınızın gənclərə uyğun olduğunu düşünürsünüzmü? Bu hal ölkəmizlə bağlı məyusluq yaratmazmı? Hökumətin siyasətini bu şəkildə tənqid etmək doğrudurmu? Xristofor Kolumb, Endryu Cekson və Teodor Ruzvelt kimi xalqın ənənəvi qəhrəmanlarını bu cür alçaltmaq
doğrudurmu? Quldarlıq və irqçiliyə, hindu qətliamına, işçi
sinfinin istismarına və ABŞ-ın Amerikanın aborigenlərini məhv edərək genişləməsinə diqqət çəkmək vətən xainliyi deyilmi?”

Bəzi insanların belə radikal və tənqidi fikirləri nəyə görə
gənclərə uyğun görmədikləri məni çox maraqlandırır. Görəsən, bu insanlar gənclərin bu mövzuları dərk edə bilməyəcəklərinimi düşünürlər? Mənə görə gənc oxucuların öz ölkələrinin siyasətinə vicdanlı yanaşacaq yetkinlikdə olmadıqlarını düşünmək yanlışdır. Bəli, bu bir vicdan məsələsidir. Necə ki fərdlər olaraq öz xətalarımızı düzəltmək üçün vicdanlı olmağımız lazımdır, milli siyasətimizi qiymətləndirərkən də vicdanlı olmaq labüddür. Mənə görə vətənpərvərlik hökumətin hər etdiyini sorğulamadan qəbul etmək deyil. Hökumətimizin hər etdiyini sorğulamadan qəbul etmək demokratiyaya aid bir xüsusiyyət də deyil.

Əgər demokratik ölkədə yaşayırsınızsa, deməli, hökümətin siyasətini tənqid etmək haqqınız var.

Müəllif: Howard Zinn
Dil: Azərbaycan
Nəşriyyat: “Başla”
Nəşr ili: 2014
ISBN: 978-9952-494-14-3
Səhifə: 248 səh.
Format: 84x108 1/32 (130x190 мм)
Cildi: yumşaq
Tiraj: 500 nüsxə



Tuesday, August 12, 2014

Наталья Голумб
"Mətbəx Couture"

Книга посвящена гастрономическим изыскам международной кухни и развитию высокого кулинарного искусства в Азербайджане.

В книге вашими виртуальными собеседниками будут замечательные шеф-повара, рестораторы, бизнес-леди и простые люди из мира кулинарии "От кутюр". Ведь и в кулинарном мире, как и в мире любого искусства, есть свои ценности, редкости и уникальные вещи, которые стоят не просто дорого, а очень дорого. Иногда несколько граммов продукта стоят дороже золота, а за один обед можно выложить целое состояние. Когда вы в дорогом ресторане и вам на завтрак вместо обычной яичницы приносят изысканно сервированную самовлюбленность шефа это чувствуешь почти физически. И дело тут даже не в мишленовких звездах,а в вашем хорошем настроении. Кулинарный вкус, как музыкальный или литературный, можно и нужно развивать.
Именно об этом книга Натальи Голумб - "Mətbəx Couture"









Monday, August 11, 2014

qorxu bizi adam eləyir
"PREZİDENTİN QIZI" roman
(Vüsal Nuru)

Kitab yazıçının üslubuna uyğun olaraq qotik janırdadır. Mistika, dəhşət, paranormal hadisələr, nəfəs kəsici sujet xətti, axıcı və rəvan təhkiyəsi kitabı sizə sevdirəcək.

“Pirallahı adasının yaxınlığındakı kantorların birində əlli il əvvəl baş vermiş hadisə bura təsadüən gəlmiş dört dost olan fotoqraflar və onların iki fotomodel qızları tərəfindən yenidən təkrarlanır. Kantorda faciyəvi, sirrli, müəmmalı şəkildə ölmüş adamların taleyini indi həmin fotoqraflar yaşamağa məhkumdurlar. Onlar bilmədən kontordakı lənəti oyadıblar.

Çəkdikləri şəkillərlə lənəti evlərinə gətirirlər. Şəklin mistikası onların həyatlarını alt-üst edir. Evlərində paranormal hadisələr baş verir.

Əlli il əvvəl ölmüş qoca kişi onların qarşısına çıxır. İndi ölümləri qaçılmazdı.
Qardaş qədər doğma olan dostlar arasındakı körpülər yanır. Buzlar əridikcə saxtalıqları, xayinlikləri, nifrətləri, sirrləri üzə çıxır. Onlar baş verən hadisələrdə bir-birlərindən şübhələnir, bir-birlərinin qatı düşməninə çevrilirlər.
Lənəti pozmaq üçün və əsl həqiqəti tapmaq üçün əlli il əvvəl bu kontorda işləmiş qocanın və onun üç dostunun ölüm sirri, səbəbi tapılmalıdır.”

Zərdabi NPM, 2014, 384 səh.
Qiyməti: 5.00 AZN



Saturday, August 9, 2014

<< ARTIQ SATIŞDA >>
“Əmək Münasibətləri: A-dan Z-yə” 
(yenidən işlənmiş 5-ci nəşri)

Nəşrdə “Əmək Müqaviləsi”, “Əmək Kitabçası”, “Sosial Sığorta Şəhadətnaməsi”, “Əmək haqqı”, “Əmək haqqından güzəştlər”, “Məzuniyyətlər”, “Sosial məzuniyyətlər və müavinətlər” və “Hesabatlar” bölməsi ilə yanaşı yeni fəsillər əlavə edilib. Belə ki, kitabın yenidən işlənmiş üçüncü nəşrində “Çalışmanın yaş həddi”, “Müavinətlərin yeni qayda ilə hesablanması və rəsmiləşdirilməsi”, “Dövlət Əmək Müfəttişliyi Xidmətinin yoxlamaları”, «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta » adlı fəsillər əlavə olunub. Eyni zamanda, bəzi fəsillərdəki hesablamalar (məsələn, sosial məzuniyyətlərlə bağlı) yenidən aparılıb, vəsait əlavə nümunəvi formalarla zənginləşdirilib.

Kitabın qiyməti 30.00 manatdır




Friday, August 8, 2014

İrvinq Stoun
Yaşamaq yanğısı

(Ruscadan tərcümə edən: Fərhad Qəmbəroğlu)

Bir sıra maraqlı tarixi-bioqrafik əsərlər müəllifi, tanınmış Amerika yazıçısı İrvinq Stounun "Yaşamaq yanğısı” sənədli povesti milliyyətcə flamand (hollandiyalı) olandahi fransız rəssamı Vinsent Van Qoqun keşməkeşli həyatına, bənzərsiz yaradıcılığına həsr olunmuşdur.

Yazıçının böyük ürək yanğısı ilə canlandırdığı Van Qoq obrazı bütöv bir şəxsiyyət olmaqla inandırıcı və parlaqdır. Müəllifin özünəməxsus təhkiyəsi ilə əsərin bir sıra personajları da tarixi və psixoloji səciyyə daşıyır.

Müəllif: İrvinq Stoun
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2014
ISBN: 978-9952-824-53-7
Səhifə: 472 səh.
Format: 60x84 1/16 (150x200 мм)
Cildi: yumşaq



Thursday, August 7, 2014

T.Ə.Cəfərli
Bir əsr - bir nəsil
(Budur gəldi bahar fəsli)
dördüncü kitab

Kitab keçən əsrin 40-60-cı illərdə baş verən hadisələri əks etrdirir.
Aşıq Şakirlə bağlı olan insanlar - kitabda söz alıblar..
2013, "Ləman" NPM


Wednesday, August 6, 2014

Nəsib Muxtarov
Qədim Qəbələdən bir epizod
(Qədim yaşayış məskəni Qala yeri - Qaş)

Kitab Azərbaycan Respublikasının şimal-qərb regionunda Qəbələ rayonu ərazisində Eneolit dövrünün final mərhələsinə-Leylatəpə mədəniyyətinə aid ilk yaşayış yerinin ilkin tədqiqatına həsr olunur. Yaşayış yeri Qala yeri-Qaş Əlvənd-Qaş dərəsində aşkar edilmişdir və e.ə. IV minilliyin I yarısına, II-I minilliyə, antik və ilk orta yüzilliklərə aid arxeoloji materiallar əsasında təhlil edilir. Qala yeri - Qaş yaşayış yeri Qaş, Qalatap və Qala yeri təpəliklərinin ərazisini əhatə edir.
2012



Tuesday, August 5, 2014

Elçin Ələkbərzadə
Dünyanın 7 möcüzəsi və 33 mözüzə insan

Kitabda dünyanın 7 möcüzəsi: Misir piramidaları, Zevsin Olimpdəki heykəli, Semiramidanın asma bağları, İskəndəriyyə mayakı, Qalikarnas mavzoleyi, Rodosda geliosun 36 metrlik bürünc heykəli və Efesli Artemidanın məbədi haqqında təfərrüatı ilə məlumat verilmişdir. Bundan əlavə qeyri-adi, möcüzəvi qabiliyyətlərinə görə adları tarixə düşmüş 33 möcüzə insan haqqında müfəssəl informasiya yer almışdır.

Müəllif: Elçin Ələkbərzadə
Dil: Azərbaycan
Nəşriyyat: "Zərdabi LTD" MMC NPM
Nəşr ili: 2012
ISBN: 978-9952-460-05-06
Səhifə: 192 səh.
Format: 60x90 1/16 (140x210 мм)
Cildi: yumşaq
Tiraj: 2000 nüsxə



Monday, August 4, 2014

Məfatihul-cinan (Cənnətin açarları)
Müəllifi Şeyx Abbas Qumidir
Mütərcim: Zəfər Cəfərzadə
(kiril qrafikasında)

Bu kitabda Məhəmməd peyğəmbər, qızı Fatimeyi Zəhra və 12 imamdan nəql olunan dualar toplanmışdır.

2006, 1232 səh., tiraj 7000


Friday, August 1, 2014

ОСВОБОЖДЕННЫЙ ПОДТЕКСТ

Триптих романов:
Магомед, Мамед, Мамиш
Семейные тайны
Директория Igra

Чингиз Гусейнов. Освобожденный подтекст. Романы в зеркале 60-80-х годов. Объем 37 а.л.
Книга составлена из романов известного русско-азербайджанского писателя Чингиза Гусейнова, переведенных на многие языки мира. Но это не обычное переиздание: автор создает новый оригинальный литературный жанр, сопровождая художественный текст комментариями, которые становятся историко-культурным свидетельством минувшего. Так освобождается подтекст.
"Магомед, Мамед, Мамиш", не изданный по сей день на "малой родине", был выпущен в Москве "в собственном переводе автора с родного азербайджанского на родной русский", хотя и здесь не обошлась без цензурных давлений. Роман "Семейные тайны" был изъят из продажи в тогдашней союзной республике. Трудная судьба ждала и "Директорию Igra". Типы, обстоятельства и конфликты романов удивительным образом перекликаются с сегодняшним днем, сохранив сюжетную занимательность и историческую содержательность.

"… наши антисоветчики – безнадежно отсталое племя, упустило свой шанс (хотя еще может наверстать упущенное): азербайджанское, но советское общество критикуется с резкостью и силой, до которой далеко тем счастливым диссидентам, которыми любят поживиться наши средства массовой информации".
Андре Вюрмсер (1983)

"… рассчитано на толкового, въедливого – и непременно чувствующего иронию – читателя… Чингиз Гусейнов исследует бытие целой семейной мафии, вскрывает механизм ее многолетней бесперебойной работы. Он пишет мир этой мафии изнутри, мир людей, убежденных в своих особых привилегиях, особой силе".
Наталья Иванова (1987)

"… я думаю, что пройдёт время, и про позднесоветский-постсоветский Азербайджан будут говорить как о времени Чингиза Гусейнова".
Дмитрий Фурман (2004)

"… новый тип повествования, необычный ритм прозаической речи… Многозначная художественная мысль, вобравшая в себя сплав лирического и драматического, трагического и пародийного, иронического и публицистического, нашла адекватное выражение в динамике жанрово-стилевой организации текста.
Казбек Султанов (2008)