Tuesday, November 24, 2015

Xacə Nəsirəddin Tusi. Əxlaqi-Nasiri

Dünya şöhrətli mütəfəkkir, ensiklopedik biliyə malik görkəmli Azərbaycan alimi Xacə Məhəmməd Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri” (1235) əsərini latın qrafikası ilə yenidən nəşr etməyi özümüzə şərəf duyuruq.
Əsrlər boyu Orta və Yaxın Şərqdə mənəviyyat və əxlaq qaynağı hesab olunan “Əxlaqi-Nasiri” kitabında Məhəmməd Nəsirəddin Tusinin insan, ailə, cəmiyyət, əxlaq, din, ictimai münasibətlər barədə dolğun təsəvvürləri, etik-fəlsəfi fikirləri yer alıb. Əsərin tərcüməsində müəllifin yazı ruhu mümkün qədər qorunub saxlanıb.
Hesab edirik bu kitabımız oxuculara Nəsirəddin Tusi dühasını tanıtmaqla yanaşı, həm də müasir cəmiyyət həyatında aktuallığını itirməyən mövzulara diqqət çəkmək baxımından müstəsna əhəmiyyət daşıyır.

Müəllif: Xacə Nəsirəddin Tusi
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2015
ISBN: -
Səhifə: 336 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 100


Kitabi - Dədə Qorqud (dastan)
Qədim turk eposunun növbəti nəşrini oxuculara təqdim etməkdən məmnunuq.
«Kitabi-Dədə Qorqud” dilimizin, ədəbiyyatımızın, dastan yaradıcılığımızın, ümumiyyətlə mədəniyyətimizin tarixini öyrənməkdə böyük əhəmiyyətə malikdir.
Dastanın mətni iki variantda – orijinala tam uyğun və müasirləşdirilmiş şəkildə verilir.
© Kitab Klubu MMC, 2015
Müəllif: -
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2015
ISBN: 978-9952-8245-1-3
Səhifə: 432 səh.
Format: 60x84 1/16 (140x200 мм) 
Cildi: yumşaq
Tiraj: 100

Friday, November 20, 2015

Qaçaq Nəbi
Azərbaycan xalqının milli azadlıq hərəkatında özünəməxsus iz qoymuş yüzlərlə qəhrəmanlardan biri də Nəbi Alı oğludur. Xalq arasında Qaçaq Nəbi kimi məşhur olan bu Azərbaycan oğlu zalımlara, xalqı talayıb son tikəsini onların əlindən alan çar üsul idarəsinə, onun hökumət dairələrinə qarşı mübarizə apararaq xalqın milli qəhrəmanına çevrilmişdir.
“Çıraq”, 2009, 440 səh., 15x21, sərt, 500


Thursday, November 19, 2015

Qəzənfər Paşayev
Altı il Dəclə-Fərat sahillərində
KitabKlubu.org, 2015, 312 s.
Görkəmli şərqşünas, dilçi alim Qəzənfər Paşayevin adı çəkiləndə istər-istəməz keşməkeşli tarixi olan, indiyə kimi də çalxalanıb durulan İraq yada düşür. Bu da onunla bağlıdır ki, Q. Paşayev 1960-70-ci illərdə Yaxın Şərqin ən qədim dövləti olan İraqda 6 il tərcüməçilik fəaliyyəti ilə məşğul olmuş, bu müddət ərzində ”Dəclə və Fərat sahillərində” yaşayan xalqların, ictimai həyatını, tarixini, adət-ənənələrini, mədəniyyətini, ədəbiyyat və incəsənətini mükəmməl şəkildə qələmə alaraq yığcam şəkildə elmi-bədii-sosioloji salnamə yarada bilmişdir.
Bu kitab bu gün də oxunaqlıdır. Ən azından İraqın dünəni və bu gününü müqayisə etmək baxımından. Bundan başqa soyumuz-kökümüz bir olan türkmanların maddi-mənəvi varidatını öyrənmək, o dövrün türkman yazarlarının yaradıcılığı ilə tanış olmaq üçün burada kifayət qədər məlumat əldə etmək olar.
© Kitab Klubu MMC, 2015
© Yazıçı, 1987

Thursday, November 12, 2015

"İnformasiya-kommunikasiya texnologiyaları üzrə ingiliscə-rusca-azərbaycanca izahlı lüğət"
(AMEA İnformasiya Texnologiyaları İnstitutu)
Tərtibçilər: S.Kərimov, N.Rəhimova, N.Vəliyev, T.İbrahimzadə və N.Cəfərovdur.
Lüğətdə İKT sahəsində istifadə olunan 12 min termin əhatə edilib. Sözügedən sahənin bütün istiqamətləri - kompyuter texnikası, kommunikasiya vasitələri, alqoritmləşdirmə və proqramlaşdırma, sistem və tətbiqi proqram təminatı, əməliyyat sistemləri, informasiya sistemləri, verilənlərin operativ analizinə yönəlmiş sistemlər, süni intellekt sistemləri, informasiya təhlükəsizliyi, kompyuter şəbəkələri, İnternet şəbəkəsi üzrə ingiliscə-rusca-azərbaycanca terminlər toplanıb və onların Azərbaycan dilində izahı verilib.
Terminoloji lüğət İKT sahəsində çalışan mütəxəssislər, müəllimlər, tələbələr, magistrlar, doktorantlar, proqramçılar və tərcüməçilər üçün nəzərdə tutulub.

İbn Hişam
Muhəmməd Peyğəmbərin (s.) həyatı (birinci kitab)
(tərcümə edən: Elmira Qafarova)

Oxuculara təqdim olunan bu kitab Muhəmməd Peyğəmbərin (s.) həyatı haqqında ən etibarlı mənbədən tərcümə olunub. Kitab Elmira Qafarovanın tərcüməsində 4 cilddə təqdim olunacaq.
2015, ISBN 978-9952-494-67-9, 192 səh.


Wednesday, November 11, 2015

Microsoft PowerPoint təqdimat redaktoru 2013 : dərs vəsaiti
M. N. Əlizadə, M. Z. Əhmədov, M. N. Musayev
Microsoft PowerPoint 2013 proqramı peşəkar səviyyədə təqdimatların hazırlanması və tərtibatı üçün nəzərdə tutulmuşdur.
Bakı : Bilik, 2015. - 120 s. : cədvəl, .şək., foto ; 21 sm


Monday, November 9, 2015

AMEA Tarix Muzeyi
Azərbaycan bayraqları (kataloq)
Elmi redaktor: Nailə Vəlixanlı
Bu kataloq Milli Azərbaycan Tarix Muzeyinin fondlarında saxlanılan 90-dan artıq bayrağı əhatə edir. Azərbaycanın xanlıq və respublikalar dövrü bayraqları ilə yanaşı katraloqa XIX əsrdə Rusiya imperatorları tərəfindən rus ordusunda xidmət edən Azərbaycan generallarına və hərbi birləşmələrinə təqdim edilən bayraqlar da daxil edilmişdir. Kataloqda II Dünya müharibəsi cəbhələrində vuruşan Azərbaycan diviziya və alaylarına verilən bayraqlar, eləcə də ölkədə baş verən mühüm hadisə və tədbirlər münasibətilə təsis edilən müxtəlif xarakterli bayraqlar haqqında məlumat vardır.
2005, ISBN 5-8066-1709-2, 88 səh.

Monday, November 2, 2015

Minaxanım Təkləli
Türk kitabı
Kitabda tarixən türk xalqları yaşayan böyük ərazilərdə, eləcə də indi digər respublikaların hüdudları içərisində qalan ulu türk torpaqlarında bir neçə yüz illər boyunca adı dəyişdirilən, başqa yad adlarla əvəz edilən əski türk məskənlərindən bəhs edilir. Əldə olunan nəticələr vasitəsilə Altaylardan Balkanlara və Cənubi Qafqazlaradək olan əzəli Türk torpaqlarının həqiqi mənzərəsi əks olunur.
Müəllif: Minaxanım Təkləli
Dil: Azərbaycan
Nəşriyyat: “Nurlar”
Nəşr ili: 2009
ISBN: -
Səhifə: 320 səh.
Format: 60x84/16 (140x210 мм)
Cildi: yumşaq
Tiraj: 500 nüsxə